"ChatGPT" Azərbaycandakı bazar payının 29 %-ni itirib
Oktyabr ayında Azərbaycanda bütün platformalarda (kompüter, mobil cihazlar və planşetlərdə) süni intellekt (AI) "chatbot"u olan "ChatGPT"nin bazar payı 66,51 % təşkil edib.
"Report"un "Statcounter" agentliyinin son hesabatına istinadən verdiyi məlumata görə, bu, sentyabr ayına nisbətən 19,79 faiz bəndi, 2025-ci ilin oktyabr ayının göstəricisi ilə müqayisədə isə 27,04 faiz bəndi və ya 29 % azdır.
İkinci pillədəki "Google Gemini"nin bazar payı aylıq 14,75 faiz bəndi, illik isə 22,71 faiz bəndi artaraq 25,03 % təşkil edib.
Növbəti yerdə qərarlaşan "Perplexity"nin bazar payı aylıq 2,98 faiz bəndi, illik isə 3,81 faiz bəndi artaraq 5,32 % təşkil edib.
Dördüncü yerdəki "Claude"un bazar payı aylıq 1,83 faiz bəndi, illik isə 2,46 faiz bəndi artaraq 2,66 % təşkil edib.
İlk beşliyi 0,48 %-lik bazar payı ilə "Microsoft Copilot" qapayır. Onun payı aylıq 0,24 faiz bəndi artıb, illik isə 1,94 faiz bəndi azalıb.
Müxtəlif platformaların bazar payına görə AI "chatbot"larının ilk beşliyi aşağıdakı kimidir:
Kompüterlərdə:
"ChatGPT" - 59,93 % (aylıq 25,62 faiz bəndi və illik 33,95 faiz bəndi az);
"Google Gemini" - 29,22 % (aylıq 18,62 faiz bəndi və illik 27,73 faiz bəndi çox);
"Perplexity" - 6,51 % (aylıq 3,9 faiz bəndi və illik 4,85 faiz bəndi çox);
"Claude" - 3,67 % (aylıq 2,71 faiz bəndi və illik 3,44 faiz bəndi çox);
"Microsoft Copilot" - 0,67 % (aylıq 0,39 faiz bəndi çox və illik 2,08 faiz bəndi az);
Mobil cihazlarda:
"ChatGPT" - 80,45 % (aylıq 10,51 faiz bəndi və illik 10,85 faiz bəndi az);
"Google Gemini" - 16,76 % (aylıq 8,33 faiz bəndi və illik 8,5 faiz bəndi çox);
"Perplexity" - 2,79 % (aylıq 2,19 faiz bəndi az və illik 2,36 faiz bəndi çox);
Planşetlərdə:
"ChatGPT" - 95,92 % (aylıq 4,08 faiz bəndi az və illik 10,21 faiz bəndi çox);
"Google Gemini" - 4,08 % (sentyabrda bazar payı olmayıb, illik 10,21 faiz bəndi az);
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda sosial ödənişlər nə qədər artıb?
Azərbaycanda son üç ildə sosial ödənişlər 2 400 00 00 manat və ya 60 faiz artaraq 6 400 00 00 manata çatıb, Dövlət Sosial Müdafiə Fonduna büdcədən transfert 40 faizdən 25 faizə enib. -ın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev ilin ilk yarısının yekununa dair keçirilə
31 iyul 2021İnvestisiya Holdinqinin idarə edəcəyi qurumlarla bağlı - Sərəncam
Baş nazir Əli Əsədov Prezidentinin "Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin siyahısı"nda dəyişiklik edilməsi haqqında" Fərmanının icrasının təmin edilməsi barədə sərəncam imzalayıb
8 may 2021"Bitcoin"in qiyməti düşdü
Dünyanın ən populyar kriptovalyutası olan "bitcoin"in qiyməti 18 faizdən çox düşüb. TASS-a istinadla xəbər verir ki, saat 20:45 (GMT+4) üçün "bitcoin"in dəyəri 18,32 faiz ucuzlaşaraq 31,179 min dollar təşkil edib. Qeyd edək ki, saat 16:55-də "bitcoin"in qiyməti 33,348 (-11,0
23 may 2021Bitkoinin qiyməti 42 min dollara yaxınlaşdı
Dünyanın aparıcı kriptovalyutası - bitkoinin qiyməti 41 840 ABŞ dollarına çatıb. xəbər verir ki, kriptovalyuta son 24 saat ərzində 7,94 %, son 7 gün ərzində isə 23,40 % bahalaşıb. Nəticədə onun kapitallaşması 783,73 milyard dollara çatıb. Kapitallaşmaya görə 2-ci pillədə qərarlaşan "Ethereum"u
1 avqust 2021Türkiyə Azərbaycana və Orta Asiyaya yeni nəqliyyat marşrutu açır
Türkiyə Azərbaycanla və Orta Asiyanın türk cümhuriyyətləri ilə əlaqəni təmin edən yeni nəqliyyat marşrutu açır. "Report" Türkiyə mətbuatına istinadən xəbər verir. Məlumatda deyilir ki, beynəlxalq "P&O Maritime Logistics" şirkətinin yeni gəmiçilik marşrutu Xəzər dənizi vasitəsil
22 may 2021Azərbaycan təbii qaz ixracını 57 % artırıb
Bu ilin yanvar-iyun aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 10,379 milyard kubmetr həcmində təbii qaz ixrac edib. xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin statistikasına əsasən xəbər verir. Məlumata görə, ötən 6 ay ərzində Azərbaycandan ixrac edilən təbii qazın dəyəri 1,586 milyar
17 iyul 2021Bitkoin yenə bahalaşdı
Dünyanın ən bahalı kriptovalyutası olan bitkoinin qiyməti bahalaşıb. xəbər verir ki, bu barədə "CoinMarketCap" məlumat yayıb. Məlumata görə, bitkoinin dəyəri 1.79 faiz artaraq 44.55 min dollar olub
8 avqust 2021Azərbaycan apreldə "OPEC plus" üzrə öhdəliyini yerinə yetirib
2021-ci ilin aprel ayında ölkə üzrə gündəlik neft (kondensatla birlikdə) hasilatı 698 min barrel olub. Energetika Nazirliyindən "Qafqazinfo"ya verilən məlumata görə, bunun 594 min barrelini xam neft, 104 min barrelini isə kondensat təşkil edib. Xatırladaq ki, "OPEC plus" ölkələr
9 may 2021