12-13 yaşlı uşaqların erkən münasibətlərə marağı NƏDƏN QAYNAQLANIR?

12-13 yaşlı uşaqların erkən münasibətlərə marağı NƏDƏN QAYNAQLANIR?Son dövrlər yeniyetmələrin, xüsusilə 12-13 yaşlı uşaqların evdən qaçması və erkən yaşda sevgi münasibətlərinə maraq göstərməsi valideynlər və cəmiyyət arasında narahatlıq yaradır. Bu davranışların arxasında ailədaxili münaqişələr, valideynlərlə ünsiyyətin zəif olması, diqqət və sevgi ehtiyacının qarşılanmaması, eləcə də sosial şəbəkələrin və ətraf mühitin təsiri dayana bilər. Yeniyetməlik dövründə uşaqların emosional və psixoloji ehtiyaclarının düzgün anlaşılması, onlarla etibarlı münasibət qurulması xüsusi əhəmiyyət daşıyır.

Bəs, 12-13 yaşlı uşaqların evdən qaçmasına və erkən münasibətlərə yönəlməsinə səbəb olan əsas amillər hansılardır? Valideynlər bu halların qarşısını almaq üçün yeniyetmələrlə necə ünsiyyət qurmalı, ailə, məktəb və cəmiyyət hansı birgə addımları atmalıdır?
12-13 yaşlı uşaqların erkən münasibətlərə marağı NƏDƏN QAYNAQLANIR?Mövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən sosioloq Hüseyn İbrahimov bildirib ki, yeniyetmələrin evdən xəbərsiz çıxması və özbaşına hərəkətlər etməsi halları, demək olar ki, hər dövrdə müşahidə olunub.

"Bu proseslər bir çox hallarda onların qoşulduqları müxtəlif sosial və kvazi qruplarla əlaqəli olur. Eyni musiqi zövqünü, həyat tərzini və müəyyən stereotipləri mənimsəyən gənclər spontan şəkildə belə qruplarda birləşirlər. Bəzən kafelərdə, musiqi məkanlarında və digər yerlərdə toplaşaraq öz həyat tərzləri ətrafında bir çevrə formalaşdırırlar. Hətta elə hallar olur ki, valideynlər övladlarını bu qruplardan uzaqlaşdırmaqda və gecə evə gətirməkdə çətinlik çəkirlər.

Bu, Qərb həyat tərzində son 30-40 ildə yayılmış tendensiyalardan biridir. Təəssüf ki, sosial şəbəkələrin geniş yayıldığı indiki dövrdə həmin stereotiplər bəzi gənclərin həyatına da təsir göstərir. Bununla belə, mən deməzdim ki, bu halların arxasında mütləq hansısa sosial və ya ailədaxili problemlər dayanır. Ancaq valideyn nəzarətinin əvvəldən zəif olması bu proseslərin artmasına müəyyən təsir göstərir.

Xüsusilə belə uşaqların bir qismi məktəbə də az gedir, çoxlu dərs buraxırlar. Bu baxımdan məktəblərin də nəzarəti gücləndirilməlidir. Yeniyetmələrin həyat tərzindəki dəyişikliklər, məsələn, oğlanlarda uzun saç saxlamaq, qızlarda isə bədəndə müxtəlif işarələr və rəsmlər etdirmək kimi hallar valideynlərin diqqətindən kənarda qalmamalıdır. Valideynlər bu məsələlərə vaxtında müdaxilə etməlidirlər. Çünki proses başladıqdan sonra onun qarşısını almaq daha çətin olur.

Həmin yaş dövründə oğlan və qızların mənimsədikləri həyat tərzi zamanla onlar üçün bir növ prinsipə, hətta kulta çevrilə bilər. Bu həyat tərzindən uzaqlaşdırılmağa çalışıldıqda valideynlə övlad arasında ciddi qarşıdurma yarana bilər. Buna görə də qabaqlayıcı addımların məhz belə hallar başlamazdan əvvəl atılması vacibdir.

Eyni zamanda, sosial institutların bu istiqamətdə maarifləndirmə işləri gücləndirilməlidir. Yetkinlik yaşına çatmayanların gecə saatlarında klublarda, musiqi məkanlarında və digər yerlərdə toplaşmasının qarşısını almaq üçün inzibati mexanizmlər də tətbiq olunmalıdır. Necə ki, azyaşlıların spirtli içkilərdən və siqaretdən istifadəsinə məhdudiyyətlər var, onların gecə saatlarında belə məkanlarda nəzarətsiz qalmasının qarşısını almaq üçün də müvafiq mexanizmlər düşünülməlidir.

Yeniyetmələrin gecə saat iki-üçədək küçələrdə və ya klublarda vaxt keçirməsi normal hal deyil. Çünki onlar səhər məktəbdə olmalıdırlar. Bu məsələnin tənzimlənməsi yalnız ailənin və məktəbin deyil, digər aidiyyəti qurumların da nəzarət mexanizmləri çərçivəsində həyata keçirilməlidir. Klubların sahibləri də bu məsələdə məsuliyyət daşımalı, yetkinlik yaşına çatmayanların gecə saatlarında həmin məkanlarda olmasının qarşısını almaq üçün müvafiq qaydalar tətbiq etməlidirlər.

Belə kvazi qrupların formalaşması bəzən mənfi deviant davranışlarla müşayiət olunur. Bu hallar Bakı kimi iri şəhərlərdə müşahidə edilir və qlobal tendensiyanın bir hissəsidir. Onların qarşısının alınması üçün ailə, məktəb və digər sosial institutlarla yanaşı, zəruri inzibati tədbirlərdən də istifadə olunmalıdır".

Röyalə Xəyal


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 200   Tarix: 12 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Minimum əməkhaqqı ilə bağlı - Yenilik gözlənilir

"Əmək bazarında qısamüddətli əmək müqavilələrinin, natamam iş vaxtı rejiminin və ayrı-ayrı sahələrdə çevik məşğulluq formalarının mövcudluğu minimum əməkhaqqına yanaşmanın təkmilləşdirilməsini zəruri edir". "Qafqazinfo" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirini

11 noyabr
.

Mənşəyi bilinməyən toyuq əti hansı təhlükələri yaradır? - EKSPERTDƏN AÇIQLAMA

Zabrat qəsəbəsindəki ət emalı müəssisəsində mənşəyi məlum olmayan və müşayiətedici sənədləri olmayan toyuq ətinin aşkarlanması qida təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirir. Mənşəyi və saxlanma şəraiti bilinməyən məhsullar bakterial çirklənmə, qida zəhərlənməsi və müxtəlif infeksiyalar baxımında

12 noyabr
.

Gecə səs-küy salan qonşuları hansı cəza gözləyir? - AÇIQLAMA

Gecə saatlarında yaşayış binalarında yüksək səslə musiqi dinlənilməsi, təmir işlərinin aparılması və digər səs-küy yaradan hallar sakinlər arasında narazılığa səbəb olur. İnzibati Xətalar Məcəlləsinin 521-ci maddəsi gecə vaxtı dincliyin pozulmasına görə məsuliyyət nəzərdə tutur. Lakin bu normanın tətbiqind

12 noyabr
.

Aslan Fətullayevin nəşi Bakıya gətirildi

Əməkdar mədəniyyət işçisi, Prezident mükafatçısı Aslan Fətullayevin nəşi Moskvadan Bakıya gətirilib. xəbər verir ki, bu məlumatı -a açıqlamasında Azərbaycan Dövlət Kukla Teatrının mətbuat katibi Həmidə Rüstəmova verib. "Aslan müəllimin nəşi bu gün səhər saat 05:30-da Moskvadan gətirilib. Direktorumuz

12 noyabr
.

Azərbaycanın bu şəhərində 40-a yaxın bina söküləcək - 2000 AZN kompensasiya...

"Sumqayıt şəhərində istismar müddətini başa vurmuş və qəzalı vəziyyətdə olan yaşayış binalarının mərhələli şəkildə sökülməsi nəzərdə tutulur". -in məlumatına görə, bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc açıqlayıb. Onun sözlərinə görə, proses çərçivəsində ümumilikd

11 noyabr
.

Saxta zeytun yağını necə müəyyən etmək olar? - Alıcıların diqqət etməli olduğu məqamlar - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Zeytun yağı sağlam qidalanmada geniş istifadə olunan məhsullardan biri hesab edilir. Lakin marketlərdə müxtəlif marka və qiymətlərlə satışa çıxarılan zeytun yağlarının hamısı eyni keyfiyyətə malik deyil. Bəzi məhsulların tərkibi, istehsal üsulu və saxlanma şəraiti onların keyfiyyətinə birbaşa təsir göstərir

12 noyabr
.

Evdə halı pisləşən 25 yaşlı qız öldü

Sumqayıt şəhərində gənc qız müəmmalı şəkildə vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə noyabrın 11-i saat 12 radələrində Hacı Zeynalabdin qəsəbəsində baş verib. 2001-ci il təvəllüdlü Fəxriyyə Məmmədova halı pisləşdiyi üçün təcili tibbi yardım avtomobili ilə yaşadığı evdən xəstəxanay

12 noyabr
.

Azərbaycanda Konstitusiya Günüdür

Bu gün Azərbaycan Respublikasının əsas qanununun - Konstitusiyanın qəbul edildiyi gündür. Ölkə Konstitusiyası 30 il əvvəl - 12 noyabr 1995-ci ildə ümumxalq referendumu vasitəsilə qəbul edilib. Bu, Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra ilk Konstitusiyası idi. Azərbaycan dövlətinin ilk Konstitusiyas

12 noyabr
.

Arvadının iynə vurduğu kişi öldü

Lənkəran rayonunda ev şəraitində iynə vurulan şəxs ölüb. "Qafqazinfo" xəbər verir ki, hadisə noyabrın 10-u saat 16 radələrində Veravul kəndində baş verib. 1970-ci il təvəllüdlü Qasımov Rasim Qasım oğlu yaşadığı evdə arvadının ona iynə vurması nəticəsində şok keçirib. O, qısa vaxt sonra dünyasın

11 noyabr