Bakıdan Tel-Əvivə getmək istəyənlərə ŞAD XƏBƏR - Xüsusi uçuşlar başlayır
20 iyun 2021-ci il, Bakı - 11 iyul tarixindən "Azərbaycan Hava Yolları" aviaşirkəti Bakı - Tel-Əviv - Bakı marşrutu üzrə xüsusi uçuşlar həyata keçirməyə başlayır.
"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən Sonxeber.az-a verilən məlumata görə, qeyd olunan marşrut üzrə uçuşlar hər həftənin bazar günləri həyata keçiriləcək.
Biletlərin satışı aviaşirkətin www.azal.az rəsmi saytında, həmçinin aviadaşıyıcının akkreditə olunmuş agentliklərində həyata keçirilir.
Mövcud epidemioloji məhdudiyyətlər şəraitində uçuş icazəsi olan sərnişinlər kateqoriyası daşımaya qəbul olunacaq.
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, İsrail vətəndaşları 21 iyun tarixindən etibarən aşağıdakı sənədləri təqdim etdikdə Azərbaycana səyahət edə bilərlər:
- tam peyvənd olunmaları barədə sertifikat (COVID-19 pasportu) və ya xəstəlikdən sağalmaları barədə sertifikat;
- həmçinin uçuşdan əvvəl 72 saat ərzində rəsmiləşdirilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsi barədə arayış.
18 yaşınadək İsrail vətəndaşları Azərbaycana hava yolu ilə gəldikdə yalnız PCR testinin neqativ nəticəsi barədə arayış təqdim edə bilərlər, bir yaşınadək uşaqlar üçün sertifikat və arayışın təqdim edilməsi tələb olunmur.
Bu istiqamət üzrə səyahət etməyi planlaşdıran Azərbaycan vətəndaşları İsrail ərazisinə giriş hüququna malik olmalıdılar. Pandemiya dövründə İsrail ərazisinə giriş qaydaları ilə aviaşirkətin saytında aşağıdakı keçid vasitəsilə tanış ola bilərsiniz: https://www.azal.az/az/information/covid-israel.
Azərbaycanda COVID-19-a dair testdən keçə biləcəyiniz klinikaların siyahısı aviaşirkətin rəsmi saytında təqdim edilib: https://www.azal.az/az/information/covid-clinics.
Sərnişin Tel-Əvivdən Bakıya səyahət etdiyi zaman COVID-19-a dair testi dövlət tərəfindən akkreditə olunmuş klinika və ya laboratoriyalardan hər hansı birində verə bilər. PCR testinin neqativ nəticəsi barədə arayışda onun həqiqiliyini təsdir edən QR-kodunun olması arzu ediləndir. Belə kodun mövcudluğu hava limanında rəsmiyyətlərdən daha sürətli keçməyə kömək edəcək.
Qeyd olunan marşrutun sərnişinləri COVID-19-a dair testin nəticəsinin uçuşdan əvvəl 72 saat ərzində etibarlı olduğundan əmin olmalıdırlar.
Sonxeber.az
Telegramda izləyin
Turizm Baxılıb: 1532 Tarix: 20 iyun 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Avropada səyahət qaydalarını yumşaldan ölkələr - SİYAHI
Koronavirusun yayılması səbəbindən bir çox Avropa dövləti səyahət qadağaları tətbiq edir. Ancaq buna baxmayaraq, turistlər üçün giriş qaydalarını yumşaldan ölkələr də var. - a istinadən xəbər verir ki, "TRT Haber" həmin ölkələrin siyahısını təqdim edib. Danimarka 26 iyun tarixinə qədər Avrop
19 may 2021Dünyada koronavirusa yoluxanların sayı 50 milyon nəfəri ötüb
Dünyada yeni növ koronavirusa (COVİD-19) yoluxanların sayı 50 milyon nəfəri ötüb. Trend-ə istinadən xəbər verir ki, bu barədə koronavirus üzrə statistikanı izləyən "Worldometer" portalında bildirilib. Məlumata əsasən, dünyada koronavirusa yoluxanların sayı 50 090 612 nəfərə çatıb. Koronavirus
8 noyabr 2020Bakı-Batumi aviareyslərinin sayı artırılır
"Buta Airways" aşağıbüdcəli şirkət Bakı-Batumi istiqaməti üzrə uçuşların sayını artırır. "Report"a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Mülki Aviasiya Agentliyi şirkətə müvafiq icazəni təqdim edib. Aviaşirkət iyulun 17-dən sentyabrın 18-nə qədər Bakıdan Batumiyə həftəd
29 iyul 2019İranda daha 432 nəfər koronavirusdan öldü
Son 24 saat ərzində İranda 9 min 450 nəfər koronavirusa yoluxub, 423 nəfər isə həyatını itirib. xəbər verir ki, bu barədə məlumatı İranın Səhiyyə Nazirliyinin nümayəndəsi Sima Səadət Lari verib. Onun sözlərinə görə bununla da İranda virusa yoluxanların ümumi sayı 673 min 250 nəfər, ölənlərin sayı is
8 noyabr 2020Natia Turnava "Azərbaycan aviaşirkətləri ilə danışıqlar aparılır."
Gürcüstan hökuməti turizm sektoru ilə bağlı 10 maddədən ibarət təkliflər planı hazırlayıb. "Report"a istinadən xəbər verir ki, bunu Gürcüstanın "Business Media" nəşri yazıb. Sənəd Rusiyanın Gürcüstana birbaşa aviauçuşlara tətbiq etdiyi qadağaya cavab olaraq tərtib olunub. Planın birinc
29 iyul 2019Azərbaycanda mehmanxanaların gəlirləri əvvəlki illərə görə artıb.
Cari ilin birinci yarısında Azərbaycanda mehmanxanaların gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 12,4 faiz çox və ya 187,7 mln. manat olub. "Report"-a istinadən xəbər verir ki, onun da 66,1%-i nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 24,8%-i içkilər də daxil olmaql
29 iyul 2019Koronavirusdan sağaldıqdan sonra tətilə yollanmaq istəyənlər üçün MÜHÜM XƏBƏR
Koronavirusdan sağalan insanlar uzaq ölkələrə yollanmaqdan çəkinməlidir. -ım TASS-a istinadən məlumatına görə, bu barədə rusiyalı infeksionist Vladislav Jemçuqov yay mövsümünün gəlişi ilə tətillərin planlaşdırılmasına münasibət bildirərkən tövsiyə verib. Onun sözlərinə görə, koronavirusa yoluxmuş insanları
13 iyun 2021