600 manat birdəfəlik müavinət sabahdan kimlərə veriləcək?
Sabahdan etibarən Azərbaycanda vəfat edən şəxslərin dəfni ilə bağlı birdəfəlik müavinətin verilməsi avtomatlaşdırılmış qaydada həyata keçiriləcək.
Sonxeber.az Modern.az-a istinadən xəbər verir ki, müvafiq qaydalara əsasən, "Sosial müavinət haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qulluqçularına verilən ömürlük müavinət alan, yaşa, əlilliyə və ailə başçısını itirməyə görə müavinət alan şəxslər, "İşsizlikdən sığorta haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsizlikdən sığorta ödənişi alan şəxslər, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq əmək pensiyası alan şəxslər, eləcə də "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sığortaolunan şəxslər vəfat etdikdə, onların dəfnini öhdəsinə götürən şəxslərə birdəfəlik müavinət ödənilir.
Sığortaolunanlara və əmək pensiyaçılarına münasibətdə məcburi dövlət sosial sığorta haqqı hesabına, digərlərinə münasibətdə isə dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.
Dəfn üçün birdəfəlik müavinət ölümü dövlət qeydiyyatına alınmış şəxsin soyadı, adı, atasının adı, fərdi identifikasiya nömrəsi və dəfnlə bağlı xərcləri çəkmiş şəxs barədə məlumatlar əsasında 2026-cı il 1 may tarixindən avtomatlaşdırılmış qaydada təyin olunur. Dövlət qulluqçularına verilən ömürlük müavinət, yaşa, əlilliyə, ailə başçısını itirməyə görə müavinət alan şəxslər, işsizlikdən sığorta ödənişi alan şəxslər və sığortaolunanlar üzrə dəfn üçün birdəfəlik müavinətin məbləği 600 manat, əmək pensiyaçıları üzrə isə minimum aylıq əmək pensiyasının üç misli miqdarındadır. Müavinəti almaq üçün müraciət müddəti məhdudlaşdırılmır.
Vəfat etmiş şəxs eyni zamanda həm sığortaolunan, həm də əmək pensiyaçısı olduqda, dəfn üçün müavinətin məbləğcə daha böyük olanı ödənilir.
Təyinatın avtomatlaşdırılmış qaydada aparılmasının mümkün olmadığı hallarda, "Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin təyin edilməsi, hesablanması və ödənilməsi Qaydası"nın 1 nömrəli əlavəsi ilə müəyyən edilmiş formada sığortaedən tərəfindən müraciət edildikdən sonra müavinətin verilməsi təmin edilir.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
Düyünü bişirəndə bunu əlavə edin: Dənə-dənə və ətirli alınacaq
Boyadan istifadə etmədən ağ saçları necə daha az nəzərəçarpan etmək olar?
1,5 metrlik nəhəng balıq bazarda satışa çıxarıldı - görənlər təəccübləndi - VİDEO
13 yaşlı qızla görüşmək üçün 14 saat yol getdi, evə çatanda polislə qarşılaşdı - VİDEO
Adil Əmrahlı Allahı və peyğəmbəri təhqir etdi - VİDEO
Şamaxıda "Pirqulu Park" hotelinin açılışı olub - FOTO
El-Nino bu qış hava şəraitinə təsir göstərə bilər - Qar az olacaq
Bakıda 13 yaşlı qız hamilə qaldı, əməldə zorakılıq olmaması müəyyən edildi
Nəcməddin Sadıkova 21 minlik armudu stəkan alan - Polkovnikin məhkəməsi başladı
Mobil nömrə istifadədən çıxarılıb başqa şəxslərə satıldıqda təhlükəsizlik necə qorunur? - AÇIQLAMA
Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - FOTO