"Ölüm növbəsi"ni gözləyənlər... - FOTO

"Ölüm növbəsi"ni gözləyənlər... - FOTOYaxud gerçəklə yuxunun arasındakı məqam

Qədim Yunan mifologiyasında Gecə ilahəsi ki var, o, əkiz olan Yuxu və Ölüm tanrılarının anasıdır. Onlar qaranlığın sakinləridir və orada heç vaxt günəş doğmur. Sanki ora bizim düşüncəmizdəki "o dünya" anlayışına oxşar bir məkandır. Yuxu tanrısı yumşaq qəlblidir və insanların arasında da dolanır. Ölüm tanrısı isə ürəyində zərrə qədər də mərhəməti olmayan qəddardır. Buna görədir ki, insan yuxudan ayıla bilər, ölümdən yox...

"Kaspi" qəzeti bildirir ki, fantasmaqorik üslubda çəkilmiş "Ölüm növbəsi" filminin süjet xətti sürrealelementlərlə zəngindir. "Sınaq Film Prodüser Mərkəzi"nin istehsalı olan bu filmin ssenari müəllifləri yazıçı-dramaturq İlqar Fəhmi və eyni zamanda filmin quruluşçu rejissoru olan Fikrət Əliyev, quruluşçu operatoru Rafiq Quliyev, quruluşçu rəssamı Mais Ağabəyovdur. Qeyd edim ki, fantasmaqoriya fantastik filmə bənzər, lakin daha çox mistik, qeyri-real hadisələr, obrazlar, qarabasmalarla zəngin bir film janrıdır. "Ölüm növbəsi" filmi də yerlə göy arasında olan bir fəzadır. Və burada çox şey real görünsə də, onların həlli, sübutu yoxdur.

"Ölüm növbəsi"ni gözləyənlər... - FOTOFilm Bakı kəndlərinin birində baş qəhrəman Şamilin (rolun ifaçısı Şamil Süleymanov) uzunmüddətli yuxudan ayılması, dama çıxıb yağışın altda Allaha dua etməsi, təmizlənmək istəyi ilə başlayır. Bu xəbər bir anın içində kəndə yayılır və hər kəs onun tamaşasına gəlir. Yuxudan həqiqətləri açıq-aydın görə bilən insan qismində oyanan Şamilə adamlar qəribə baxırlar. Dediklərinin həqiqət olduğunu görəndən sonra isə bunun özlərinə sərf etmədiyini anlayıb, bir az da qıcıqlanırlar ona qarşı.

Keçək yağışın altda insanın təmizlənmək istəyinə. Belə bir inanc var ki, yağış yağanda Allahın dərgahı açıq olur və dualar daha tez qəbul edilir. Şamil indiyə kimi yaşadıqlarının o biri üzünü artıq tül-pərdədən baxan kimi görür. Yəni günahlarını da, savablarını da. Və Allaha dua edibtəmizlənmək istəyir. Amma Şamil indi kənd sakinlərinin də bütün pis əməllərindən xəbərdardır. Və onun dediyi həqiqətlər heç kimin ürəyincə deyil. Sanki insanlar bu həqiqətlərdən qaçır, amma Allahdan qorxmurlar.

"Ölüm növbəsi"ni gözləyənlər... - FOTOFilmdə insan nankorluğu məsələsi xüsusi diqqət cəlb edir. Uzun illər öncə məcburi köçkün kimi ailəsi ilə birlikdə kənddə sığınacaq tapan kişi – Murtuz, əli çörəyə çatmayanda ona çörək verən, qahmar çıxan, evinə gətirən adamlara qarşı dəyişir, onları alçaldır, evindən qovur. Bu adam – elindən-obasından, torpağından uzaq düşən biri, bu elin-obanın torpağını satır, pul qazanır, bununla varlanır. Şamil ona deyir ki, bu torpaq müqəddəsdir, biz onu heç çirkli ayaqqabı ilə də tapdalamazdıq. Mənəviyyatını itirmiş bu adam üçün müqəddəs heç nə yoxdur. O, hər kəsə qarşı aqressiv, qəddardır, onu ancaq pul, var-dövlət maraqlandırır. Bu adam istəklərinə o qədər aludə olur ki, qızı Baharın Laçına (nə vaxtsa evlərində onlara sığınacaq verən adamın oğlu) olan sevgisinə də qərəzlə baxır. Və sonda onların saf məhəbbətinin məhvinə bais olur.

Filmdə Qorxmaz Əlilinin canlandırdığı Əmirqulu obrazı var ki, o da özünəməxsusluğu ilə fərqlənir. Əmirqulu kəndin bərbəridir. Hamıya da eyni sözü deyir: "Allah mənim ömrümdən kəssin, sənin ömrünə calasın!" Və bir gün yarıyuxulu-yarıgerçək bir məqamda Əzrail onu aparmağa gəlir. Qorxudan rəngi saralan Əmirqlunun "məni niyə tez aparırsan" sualına Əzrail belə cavab verir: "Özün o qədər dedin ki, Allah mənim ömrümdən kəssin, səni ömrünə calasın, Allah da kəsdi". Təbii ki, Əmirqulu qorxuya düşür. Sözünü geri götürür. Sonda yuxudan ayılır, amma özü də gördüyünün tam yuxu və ya gerçək olduğunu anlaya bilmir. Bu detal dualarımıza, arzularımıza diqqətli yanaşmalı olduğumuza sətiraltı işarədir.

"Ölüm növbəsi"ni gözləyənlər... - FOTO...Amma Murtuz verdiyi sözdən, bağladığı əhddən də üz döndərmişdi. Qayıdaq Əmirquluya. Özündən zümrəcə kiçik olanlara yumşaq-yumşaq da olsa sözünü deyir, amma məsələn, Cahangir Zeynalovun yaratdığı polkovnik Zeynala heç nə deyə bilmir. Böyük məbləğdə rüşvət alır, ancaq sadə bərbərin zəhmətinin haqqını vermir. Ümumiyyətlə, bu filmdə zümrələr arasındakı təbəqələşmə, ayrı-seçkilik də ön planda verilir. Bu qəhrəmanın beli donqardır. "Donqarı qəbir düzəldər" misalına uyğun olaraq, bu adam da filmin sonuna qədər düzəlmir, hətta ölümlə üz-üzə gəlib geri qayıdandan sonra da.

Filmdə sevgi xətti də "Leyli və Məcnun" misalı əlçatmaz, ünyetməz bir məqamdadır. Varlı olan Murtuz qızı Baharı özünün elə uşaq vaxtı ad elədiyi, "kürəkənim" dediyi Laçına vermək istəmir. Onu alçaldır, qovur... Sözünə naxələf çıxır. Və sonda sevginin aliliyini, müqəddəsliyini hər şeydən üstün bilən bu iki gənc əl-ələ verib qayalardan – real yüksəklikdən səmavi yüksəkliyə – buludlara ucalırlar. Əslində bunun özü də gerçəklə yuxunun arasındakı məqamlardan biridir. Yəni hadisələr Xəzərin sahilindəki qayalıqda baş versə də, onlar özlərini dənizə atmırlar, aşağı enmirlər, əksinə, aliliyə ucalırlar. Burda da rejissor, bunun nə dərəcədə real və qeyri-real olduğunu, onların hara yoxa çıxdığını tamaşaçı düşüncəsinin öhdəsinə buraxır.
Ümumiyyətlə, Şamilin bütün həqiqətləri bilməsi də sual doğuran məqamdır. Yəni bir insan yuxu görüb hər şeyi necə bilə bilər?

"Ölüm növbəsi"ni gözləyənlər... - FOTOQayıdıram yenə də əvvələ – ölüm və yuxuya. Şamil yuxudan ayılır, onunku ölüm deyildi, yuxu idi. Yuxuya həm də qısametrajlı ölüm də deyirlər axı. Amma ölümdən ayılmayanların yuxusu, artıq tammetrajlı, heç vaxt oyanmayacaqları yuxudur. Şamil oyanır və hər şeyi görür. Gördüklərinin içində həqiqətlərdən başqa, ölüm növbəsində dayanan bütün kənd sakinləridir. Əslində bu kənd sakinləri ancaq simvolikdir. Bütün dünya ölüm növbəsindədir – uşaqlı, böyüklü. Biz – sadə insanlar, zamanını bilməsək də, hərənin öz getmə – bu dünyanı tərketmək vaxtı var. Qəbirlərin arasında gəzən, tütək çalan, Əmirqulunu qorxudan uşaq – filmdə onu "Əzrail" adlandırırlar, mənə həmin bu ölüm tanrısını xatırlatdı. Bu uşaq kəndin ortasında qarşısında bir adam oturdub onun üçün həvəslə tütək çalır. O da "qulaq asır". Məlum olur ki, onu dinləyən adam kardır, əslində, heç nə eşitmir. Və bunu o da bilir, amma tütəyi çalır, dayanmır. Görəsən, bununla rejissor, ssenarist nə demək istəyir? Bu həyatda hər şeyin bihudə olmasınamı, yoxsa heç kimin lazımı yerdə, lazımı məqamda olmamağınamı işarə edirlər? Yenə də tamaşaçının öhdəsinə buraxılan suallar barədə düşünürük.
Şamil yuxudan oyananda, onu oyanması münasibətilə təbrik edənlərin də səmimiyyətinə inanmır. O bilir ki, insanlar, sadəcə onun ölmədiyinidəqiqləşdirməkdən ötrü gəliblər. Və Şamil deyir: "Gedin, bozbaş qonaqlığı olmayacaq!" Yəni insanların yas yerinə kimisə itirdiklərinin ağrı-acısını bölüşməyə yox, əslində,qarın doydurmağa gəldiyini dilə gətirir.

Bütün film sürreal hadisələr, maraqlı tapıntılarla zəngindir. Hətta 90 yaşlı kişinin ağıl dişi çıxartması da sual doğuran məqamdır.
Filmdə insanın nankorluğu qabarıq boyalarla əks etdirilib. Yəni yaxşılıqların cavabı yamanlıqla verilir. Bu, pislənir, aydın məsələdir. Digər tərəfdən də, insanlara yaxşılıq etmək ideyasının vacibliyi tamaşaçıya aşılanır. Əgər bu yaxşılığın qarşılığı pisliklə qarşılanırsa necə?.. Yenə də insana seçim verilir: yaxşı ola bilirsənsə, yaxşı ol...

Və filmin sonunda...

Filmin sonunda Şamili gerçəkləri sillə kimi insanların üzünə vurduğuna görə güllələyir, hətta bir qədər sonra onu dəfn edirlər. Amma sonrakı kadrda Şamilin sağ olduğunu, evində yatdığını görürük. Deməli, Şamilin həyatının qayəsi onun güllələnmə anında bitməyib. Onun ölüm növbəsinin çatmasına hələ var...


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Mədəniyyət   Baxılıb: 3652   Tarix: 10 iyul 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Yaqub Zurufçunun dəfn olunacağı yer AÇIQLANDI

Koronavirusdan vəfat edən Əməkdar artist Yaqub Zurufçunun dəfn olunacağı yer müəyyənləşib. xəbər verir ki, Yaqub Zurufçu bu gün "Qurd qapısı" qəbristanlığında Xalq artistləri Arif Quliyev və Rəmişin məzarları yanında torpağa tapşırılacaq. *. Koronavirusdan vəfat edən Əməkdar artist Yaqub Zurufç

15 sentyabr 2021
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevin fərman

18 sentyabr 2021
.

Qaxın möhtəşəm Kürmük məbədi - VİDEO

Erkən orta əsrə aid qədim Alban məbədinin izlərini daşıyan Qax rayonundakı Kürmük məbədi müxtəlif dinlərdən olan minlərlə insanın axışdığı ibadətgah yeridir. Bu məbəd xristianlıq və İslam dininin qəbulundan sonra belə yerli əhalinin qədim inanclar sistemini yaddaşlarda saxladığını göstərir. Arxeoloj

26 avqust 2021
.

XII Qəbələ Musiqi Festivalının rəsmi açılış mərasimində Mehriban Əliyevanın təbrik məktubu oxunub - FOTO

İyulun 31-də Heydər Əliyev Fondunun dəstəyi və təşkilatçılığı, təhsil və mədəniyyət nazirliklərinin, Bakı Musiqi Akademiyasının və "Gilan Holdinq"in dəstəyi ilə keçirilən XII Qəbələ Musiqi Festivalının rəsmi açılış mərasimi olub. APA-ya istinadən xəbər verir ki, tədbirdə əvvəlcə Azərbayca

31 iyul 2021
.

Alişan Bakıdadır - Konsert verəcək + FOTO

Türkiyəli müğənni Alişan Bakıdadır. xəbər verir ki, bu barədə ifaçı instaqram hesabında yazıb. Alişan paytaxtda məkanların birində konsert verəcək. Qeyd edək ki, bundan əvvəl Alişanın bu yay Bakıda planlaşdırdığı konserti təxirə düşmüşdü

11 sentyabr 2021
.

Rusiya və Türkiyə nümayəndələri Şahbulaq qalasında

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə işğaldan azad edilmiş Ağdam rayonuna səfər edən Türkiyə və Rusiya nümayəndə heyətləri Şahbulaq qalasında olublar.  xəbər verir ki, qonaqlara Şahbulaq qalası haqqında məlumat verilib. Bildirilib ki, XVII əsrə aid bu qala Qarabağ ərazisindək

27 iyun 2021
.

Hər reklamdan 50 min qazanacaq

Sonuncu dəfə "Muhteşem yüz yıl" serialında rol alan Merve Boluğur İnstaqram hesabında izlənmə sayı artdığı üçün reklam qiymətini qaldırıb. Türkiyə mətbuatına istinadən xəbər verir ki, 3 milyon 600 min izləyicisi olan aktrisa etdiyi hər reklamdan 50 min TL qazanacaq. Qeyd edək ki, M.Boluğu

22 avqust 2021
.

Arif Babayev müalicə üçün Türkiyəyə aparılıb

Azərbaycan Milli Konservatoriyasının Muğam kafedrasının müdiri, Xalq artisti Arif Babayev müalicə üçün Türkiyəyə aparılıb. APA-ya istinadən xəbər verir ki, bu haqda xanəndənin oğlu Yaşar Babayev məlumat verib. O, A.Babayevin iki gün öncə Türkiyəyə yollandığını deyib:. "Bilirsiniz ki, atam ötən i

30 iyun 2021
.

"Onlar millətin üz qarası, faciəsidir" - Flora Kərimova

"Bu nə dəhşətdir biz görürük? Bu kimi hadisələr millətin üz qarası, faciəsidir. Qadın ərinin vəhşiliyindən şikayət edir barışdırırlar ki, "ailə münaqişəsidir". Sonra başı kəsilir. Altı aylıq körpə boğulur". Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Flora Kərimova yazıb. Müğənn

25 avqust 2021