Boşanmadan ikinci dəfə evləndi, müəmmalı qəzada öldü...

Boşanmadan ikinci dəfə evləndi, müəmmalı qəzada öldü...Sonxeber.az xəbər verir ki, Kulis.az tanınmış xanəndə Səxavət Məmmədov haqqında 10 maraqlı fakt hazırlayıb.

1. Səxavət Əmirxan oğlu Məmmədov Səxavət Məmmədov 1953-cü il oktyabr ayının 23-də Ağdam rayonunun Abdal-Gülablı kəndində anadan olub. Uşaq vaxtından qarmonda ifa etməyi bacarırdı, ancaq toylara getməyə utanırdı.

Asəf Zeynallı adına musiqi texnikumunda təhsil alır. Orda ustad xanəndə, xalq artisti Hacıbaba Hüseynovdan muğamı mükəmməl səviyyədə öyrənir. Bu ərəfələrdə Səxavəti əsgər aparırlar. Üstündən bir xeyli vaxt keçir, jurnalistlər Hacıbaba Hüseynovdan "ən yaxşı tələbəniz kimdir" deyə soruşanda məşhur xanəndə deyir: "Ən yaxşı tələbəm əsgərlikdədir".

2. Səxavət çox gənc yaşında tanınıb sevildi. İlk dəfə radioda çıxış etdi və səhəri gün hamı ondan danışdı. Necə deyərlər, bir gecənin içində məşhurlaşdı.

Hacıbaba Hüseynov, Yaqub Məmmədov, Arif Babayev, Qədir Rüstəmov, Sabir Mirzəyev, İslam Rzayev və digər korifey ifaçılardan sonra muğam və xalq musiqisi sənətinə gəlməsinə baxmayaraq, çox tez bir zamanda sənətkar kimi qəbul olundu, eyni zamanda adı çəkilən, çəkilməyən bu böyük sənətkarlar tərəfindən etiraf edildi.

Konsertləri həmişə maraqla qarşılanırdı. 5-10 saat fasiləsiz oxuyurdu, yorulmurdu. Bir toyda, məclisdə ona dəfələrlə "Mirzə Hüseyn segahı" oxudurdular, Səxavətsə hamısını fərqli oxuyurdu.

3. Özü kasıb ailədən olsa da imkansız adamlara əl tutmağı sevərdi. Üstəlik, ilboyu qazandığı pulu qohum-əqrəbaya, kasıb-kusuba paylayırdı. Bir dəfə isə toydan gələndə qazandığı pulların hamısını maşının pəncərəsindən ehtiyacı olan adamlara paylayıb.

4. Səxavət Məmmədov Azadlıq meydanındakı müstəqillik uğrunda hərəkata qoşulub, orda olan insanlara xeyli yardım edib. Oğlu Bəxtiyarı da qucağına alıb meydanda olanlara qazanlarla yemək aparıb. Bundan başqa o, Qarabağ müharibəsi başlanan gündən cəbhə xəttində döyüşən əsgərlərə mütəmadi silah-sursat yardımı göstərib. Qarabağ hadisələrinin ilk illərində "Qarabağ" instrumental ansamblını yaradıb. O, bu ansambl sayəsində ölkələri gəzir və Qarabağ həqiqətlərini dünyaya çatdırırdı.
Deyilənə görə, onu düşmən ermənilər də sənətkar kimi çox sevirlərmiş. Cəbhə bölgəsində yerləşən Abdal-Gülablı kəndində dəfni zamanı erməni tərəfi güllə atmayıb, ailə üzvlərinin və kənd adamlarının Səxavətin qəbrini ziyarət etməsinə şərait yaradıblar.

5. Balaca qardaşı Firuz Səxavət də məşhur xanəndə idi və onların səsləri bir-birinə çox oxşayırdı. Ancaq Səxavətin səsini bənzərsiz hesab edirdilər.

Dostu, ustad tarzən Möhlət Müslümov danışır ki, Səxavət toyunda "bəyhamamı"na bizə gəlmişdi. Yedik-içdik, Səxavət mənə dedi ki, o tarı gətir çal, eynimiz açılsın. Mən tar çaldım, o, oxudu. Necə bizə ruh gəldisə, toyu unutduq. Sən demə, gəlini gətiriblər, toy qurtarıb, evdə hamı bəyi axtarır. Qohum-əqrəba axtarış elan edib. Səxavətin atasının birdən ağlına gəlib ki, oğlu bizdə olacaq.

6. İlk həyat yoldaşından ayrılıb və başqa bir qadınla ailə qurub. Onun yaxınları, qohumları ikinci evliliyini doğru hesab etmirdilər. Lakin, övladlarının sözlərinə görə hər iki ailəsinin də qayğısına qalıb, onların maddi xərclərini qarşılayıb.

7. Maşınlara marağı vardı. Bir növ hobbi idi onun üçün. O vaxt "Qaz 24" sürürdü, amma ən böyük arzusu xarici markalı maşın almaq idi. Qismət olmadı...

Dostları ilə Əli Bayramlıdan qayıdırmış, yolda qəza baş verir və Səxavət Məmmədov o qəzada dünyasını dəyişir. 37 yaşında. Onun ölümündən sonra ikinci həyat yoldaşı iki dəfə intihara cəhd edir.

O, avtomobil qəzasında dünyasını dəyişsə də, ölümü barədə şübhələr bu günə qədər səngimək bilmir. Oğlu Bəxtiyar müsahibələrinin birində deyir: "Bu günə qədər də onun ölümü ilə bağlı bir çox müəmmalar qalır. Çünki atam qəzaya düşəndə yoldaşlarının heç birinə heç nə olmamışdı, amma onların heç biri sonradan sağ qalmadı. Atamın avtomobili ilə toqquşan "Kamaz"ın sürücüsü də müəmmalı şəkildə öldü. Bundan başqa hadisə zamanı qəzadan salamat çıxıb təcili yardım maşınına minən adamlara da nə isə oldu. Yəni atamla bağlı baş verən qəza nə isə çox qarışıq məsələ idi. Atam cəbhədə baş verənlərlə bağlı, belə deyək, növbəti sövdələşmədən qayıdanda Qaradağ yolunda "Qaz zapravkası" deyilən dar bir yerdə qəzaya düşmüşdü. Onların olduğu maşın qəfildən yola çıxan "Kamaz"ın altına girmişdi. Sonradan o "Kamaz" sürücüsü də bayaq dediyim kimi həbsdə müəmmalı şəkildə öldü. Bəzi məsələlər var ki, mən sonradan öyrəndim, bildim, indi bunlar haqqında danışmaq istəmirəm. Onlar mənim özümdə qalsın".

8. Ölümündən 23 il sonra oğlu meydana çıxıb. ATV-də yayımlanan "Öz aramızda" verilişinə dəvət olunan Şəhriyar adlı gənc xanəndə Səxavətin ikinci nikahından dünyaya gəldiyini bildirib. Daha sonra Şəhriyar ögey qardaşı – aparıcı Bəxtiyar Məmmədovdan, Səxavət Məmmədovun qardaşı Firuz Səxavətdən şikayətlənib, ona diqqət yetirmədiklərindən danışıb. Sürücü işlədiyini deyən Şəhriyar uşaq yaşlarından çətinlik çəkdiyini açıqlayıb. Ən sonda isə atasının ifasını xatırladan bir ifa ilə hamını çaş-baş qoyub.

9. Nikaraquada konsert verirmiş. Buzlu su da içib. Oxuyanda əcnəbilər dəhşətə gəliblər və gəlib boğazını yoxlayıblar ki, doğrudan da səs burdan çıxırmı. Onlara elə gəlibmiş ki, o səs aparatdan çıxır.

"Bəxt üzüyü" filmindəki qeyri-adi səsi hər kəsi heyrətə gətirir.

Əfrasiyab Bədəlbəylinin bəstələdiyi "Azad bir quşdum" mahnısını elə oxuyub ki, sanki onu elə özü yaradıb. Mahnı həm də onun ölümünə yazılıb elə bil: "Azad bir quşdum, yuvamdan uçdum, torpağa düşdüm bu gənc yaşımda".

10. Yuxuda görübmüş ki, Abdal-Gülablıdakı evlərinin həyətində çadır qurulub, qarşıda da qəbiristanlıq görünür. Kənddəki evləri qəbiristanlığın yaxınlığında idi. Yuxudan durub və deyib: "Mən öləcəm". Bu yuxudan bir ay sonra vəfat edib.

Qəbri üstünə qoyulmaq üçün Bakıda sifariş edilən məzar daşı kənddə gedən gərgin döyüşlər səbəbindən ünvanına çatdırıla bilmir. Daha sonra kənd işğal olunur. Səxavət Məmmədovun üzərində şəkli, doğum və ölüm tarixi həkk olunmuş başdaşı Bakıdakı evinin həyətində qalır.


Sonxeber.az
Telegramda izləyin
Mədəniyyət   Baxılıb: 2928   Tarix: 28 iyul 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

98 yaşlı Ömər Eldarov ad günündə belə rəqs etdi - Video

Bir neçə gün öncə dahi heykəltəraş, akademik Ömər Eldarovun 98 yaşı tamam olub. "Qafqazinfo" xəbər verir ki, Xalq rəssamının doğum günü məclisindən çəkilmiş görüntülərini yayıb. Görüntülərdə görkəmli şəxsiyyətin gümrah olması, doğum gününü xoş əhvalla qeyd etməsi maraqla qarşılanıb. Qeyd edə

25 dekabr 2025
.

Murat Dalkılıçın bu görüntüləri müzakirə yaratdı

Türkiyəli müğənni Murat Dalkılıç səhnədə yaşadığı hadisə ilə gündəmə gəlib. xəbər verir ki, ifaçının konsert zamanı geyindiyi şalvarın arxa hissəsinin yaş olduğu görüntülər sosial mediada yayılaraq müzakirələrə səbəb olub. Bununla bağlı Murat özü də açıqlama yayaraq məsələyə yumorla yanaşıb:. "Həqiqətə

17 fevral
.

Rusiyalı musiqiçi: "SSRİ-də ilk rok klubunun yaradılmasında Dövlət Təhlükəsizlik Komitəsi rol oynayıb"

Rusiyalı musiqiçi, "Piknik" qrupunun keçmiş üzvü və Leninqrad rok klubunun həmtəsisçisi Nikolay Mixaylov SSRİ-də ilk rok musiqiçiləri birliyinin necə yaradıldığını xatırlayıb. xəbər verir ki, o, bu barədə -ya müsahibəsində danışıb. Mixaylovun sözlərinə görə, o dövrdə SSRİ Dövlət Təhlükəsizli

8 mart
.

"Avatar" kino tarixində rekorda imza atdı

Rejissor Ceyms Kemeronun "Avatar" filmi kino tarixində ən çox gəlir gətirən trilogiya olub. Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, üç filmin ümumi gəliri 6 milyard dollardan çoxdur. Bu nəticəyə üçüncü hissə olan "Alov və Kül"ün uğuru nail olub. Film dünya üzrə 760 milyo

31 dekabr 2025
.

Kunq-fu üzrə Azərbaycan çempionu oldu, boşandı, İsraildə masajist işlədi - "Bəyin oğurlanması"nın Yasəməni hanı?

Natəvan Məmmədova 7 mart 1966-cı ildə Bakı şəhərində anadan olub. Bakıdakı Moda Evinin işçisi olan anası Flora Məmmədova tanınmış dərzi-dizayner kimi fəaliyyət göstərib. -a istinadən aktrisa Natəvan Məmmədova haqqında maraqlı faktları təqdim edir. Natəvan xanımın qonşusu Arzu Ələsgərova aktrisa haqqınd

3 yanvar
.

Dövlət teatrlarında baş rejissor ştatı ləğv edildi

Azərbaycanda dövlət teatrlarında baş rejissor ştatı ləğv edilib. xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən bildirilib. Qeyd edək ki, Mədəniyyət Nazirliyi tərəfindən dövlət teatrlarının idarəetmə sisteminin təkmilləşdirilməsi istiqamətində müvafiq qərarlar qəbul edilib

26 yanvar
.

Dilarə Əliyeva qız analarına səsləndi

"Dəyişmədim, daha güclü versiyamı yaratdım. Forma nə qədər vacibdirsə, məzmun ondan da vacibdir. Məzmun daşımayan gözəllik mənasını itirir. Görüntüyə bel bağlamıram. Sənətim üzərində də çalışıram. Səhnəyə dünyalar gözəli bir qız çıxsa, yanında ömrünün 90 yaşında Nəsibə Zeynalova dayansa, tamaşaç

6 mart
.

Nazirlik Azər Aydəmirə 657 min manat ödəyəcək

Azərbaycanda "Çar skiflər: Aşquz dövləti" adlı tammetrajlı bədii-sənədli filmin istehsalına başlanılıb. xəbər verir ki, bu barədə İqtisadiyyat.az Mədəniyyət Nazirliyinin tabeliyindəki Azərbaycan Respublikasının Kino Agentliyindən (ARKA) məlumat əldə edib. Bildirilir ki, ARKA bununla bağlı "Aydəmi

22 yanvar
.

Ulu babasının adı yenidən bu meydana verildi - Foto

"Vaxtilə İçərişəhərdə "Tut ağacı" meydanı adı ilə tanınan bu yerə öz qədim adı - "Ağa Salah Meydanı" adı qaytarıldı". "Qafqazinfo" xəbər verir ki, bu barədə Xalq artisti, bəstəkar Eldar Mansurov sosial şəbəkə hesabında bildirib. O qeyd edib ki, həmin meydanı yarada

6 yanvar