"Ulduzlu Gecə"nin 137 illik sirri açıldı - Fotolar
Niderlandlı dahi rəssam Vinsent van Qoqun 1889-cu ildə çəkdiyi məşhur "Ulduzlu Gecə" tablosunda təsvir etdiyi səmanın real astronomik müşahidələrlə üst-üstə düşdüyü müəyyən edilib. Yeni araşdırma rəssamın əsəri nə vaxt yaratdığı və üzərində nə qədər müddət işlədiyi ilə bağlı müzakirələrə yeni istiqamət verib.
"Qafqazinfo"nun xəbərinə görə, Cənubi Koreyanın Kyunq Hi Universitetindən tədqiqatçı Elyah Conq-Hyun Kimin rəhbərlik etdiyi qrup tablonun mərkəzindəki ulduz düzülüşünü araşdırıb.
Nəticələr göstərib ki, əvvəllər Qoç bürcü ilə əlaqələndirilən ulduzlar, əslində, Buğa bürcündə yerləşən, V formasını xatırladan Hiad ulduz topasına uyğun gəlir.
Tədqiqatçılar rəsmdəki nazik Ayparanın iyun ayındakı səma mənzərəsinə deyil, iyul ayındakı astronomik vəziyyətə uyğun gəldiyini müəyyən ediblər.
Araşdırma çərçivəsində alimlər Fransada sahə tədqiqatları aparıb, tablodakı pəncərə və mənzərə çərçivəsini 1889-cu ilin səma vəziyyətinin kompüter modelləşdirməsi ilə müqayisə ediblər. Təhlillər göstərib ki, həmin il iyulun 22-də sübh vaxtı Ayın, Veneranın və Hiad ulduz topasının mövqeyi rəsmdəki mənzərə ilə ən çox üst-üstə düşüb. Ulduzların bir-birinə nisbətən mövqeləri və üfüq xəttinə görə bucaqları da bu nəticəni dəstəkləyib.
Əldə olunan nəticələr Van Qoqun tablonu iyun ayında yaratmağa başlamış, lakin iyulda da üzərində işləməyə davam etmiş ola biləcəyini göstərir. Beləliklə, rəssamın müxtəlif günlərdə müşahidə etdiyi səma mənzərələrini eyni əsərdə birləşdirməsi ehtimalı yaranır.
Tədqiqatçılar hesab edirlər ki, astronomik məlumatların incəsənət əsərləri ilə müqayisəsi digər tarixi gecə mənzərələrinin yaranma şəraitini və rəssamların müşahidələrini daha dəqiq araşdırmağa kömək edə bilər.






Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Evdə tək"in aktyoru vəfat etdi
Britaniyalı məşhur aktyor Tim Karri 80 yaşında vəfat edib. "Qafqazinfo" "TMZ" nəşrinə istinadən xəbər verir ki, o, avqustun 25-i dünyasını dəyişib. Məlumata görə, aktyorun ölüm səbəbi barədə dəqiq məlumat verilmir, lakin hüquq-mühafizə orqanları zorakılıq əlamətlərinin aşkar edilmədiyin
27 avqustŞükufə Yusupovanın vəziyyəti necədir?
Xalq artisti Şükufə Yusupovanın vəziyyəti açıqlanıb. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, aktrisanın müalicəsi Yeni Klinikanın müvafiq şöbəsində davam etdirilir, vəziyyəti stabil qiymətləndirilir. Qeyd edək ki, avqustu
31 avqustBir şilləyə görə küsdü, boşandığı qadınla eyni evdə yaşadı
Azərbaycan kino səhnəsinin ən yadda qalan simalarından biri olan bu sənətkar tamaşaçını təkcə sözlə deyil, baxışı, jesti və özünəməxsus intonasiyası ilə güldürməyi bacarırdı. Onun yaratdığı obrazlar illər keçsə də köhnəlmir, bu gün də eyni maraqla izlənilir. Lakin şöhrətli səhnə həyatının arxasında çoxlarını
23 avqustZeynəb Xanlarovanın 90 illik yubileyi harda keçiriləcək?
Dekabr ayında SSRİ və Azərbaycanın Xalq artisti Zeynəb Xanlarovanın 90 yaşı tamam olacaq. Qaynarinfo-nun əldə etdiyi məlumatına görə, sənətkarın 90 illik yubileyi münasibətilə böyük tədbir keçiriləcək. İlkin məlumata görə, yubiley mərasiminin Heydər Əliyev Sarayında keçirilməsi planlaşdırılır. Mərasimd
11 avqustFirəngiz Əlizadə: Akademik musiqiyə diqqəti artırmaq lazımdır
Akademik musiqidə çox ciddi problemlər, çatışmazlıqlar var. "Report"un məlumatına görə, bunu Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə Bakıda XVII Beynəlxalq Musiqi Festivalı çərçivəsində I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayında çıxışı zamanı deyib. Onun sözlərin
20 sentyabrPolad Bülbüloğlunun xanımı Əməkdar artist imiş - Fotolar
Xəbər verdiyimiz kimi, Xalq artisti, tanınmış bəstəkar, müğənni və ictimai-siyasi xadim Polad Bülbüloğlu yenidən ailə həyatı qurub. "Qafqazinfo"nun "Publika"ya istinadən məlumatına görə, P.Bülbüloğlunun həyat yoldaşı Azərbaycanın Əməkdar artisti, tanınmış rəqqasə və pedaqoq Eter
26 avqust"Serial bəzi gənclər üçün pis örnəkdi"
Xalq artisti Mehriban Zəki gənc aktyorların üstün və çatışmayan cəhətlərindən danışıb. Axşam.az xəbər verir ki, aktrisa bu barədə "MAG" layihəsində qonaq olarkən danışıb. O, bugünkü gənclərin öyrənməyə həvəsli və çalışqan olduğunu bildirib:. "Bugünkü gənclərin üstün cəhətləri var. Onlar
14 avqustPolad Bülbüloğludan evlilik xəbərinə - Reaksiya
Millət vəkili, Xalq artisti Polad Bülbüloğlu üçüncü dəfə evləndiyi barədə yayılmış məlumatlara münasibət bildirib. "Qafqazinfo" xəbər verir ki, deputat "Novoye Vremya" qəzetinə açıqlamasında sözügedən informasiyanı təkzib edib. Sənətçi hazırda Türkiyədə tətildə olduğunu qeyd edib
26 avqust"The Odyssey" rekordlar qırır: Rejissorun qadağaları diqqət çəkir
Rejissor Kristofer Nolanın Homerin məşhur "Odisseya" dastanı əsasında çəkdiyi "The Odyssey" filmi nümayişə başladıqdan sonra böyük maraqla qarşılanıb. Film bir çox ölkədə rekord göstəricilər əldə edərkən, bəzi yerlərdə biletlərin qara bazarda satıldığı bildirilir. Qaynarinfo xəbə
23 iyul