"Serial bəzi gənclər üçün pis örnəkdi"

"Serial bəzi gənclər üçün pis örnəkdi"Xalq artisti Mehriban Zəki gənc aktyorların üstün və çatışmayan cəhətlərindən danışıb.

Axşam.az xəbər verir ki, aktrisa bu barədə "MAG" layihəsində qonaq olarkən danışıb. O, bugünkü gənclərin öyrənməyə həvəsli və çalışqan olduğunu bildirib:

"Bugünkü gənclərin üstün cəhətləri var. Onları həm teatrda, həm də universitetdə görürəm. Gənclər gördükləri işə sevgi ilə yanaşırlar, həqiqətən öyrənmək istəyirlər. Çalışırlar, zəhmət çəkirlər. Bəzən həyat şərtləri onların qarşısını alır, maneələr yaradır. Amma istedadlı gənclərin bir çoxu bunun fərqindədir və öz üzərində işləyir".

Mehriban Zəki bəzi gənclərin istedadın və xarici görünüşün uğur üçün kifayət etdiyini düşündüyünü deyib:

"Bəzən gənclər düşünürlər ki, istedadlıyamsa, boy-buxunum varsa, yaraşıqlıyamsa, gözəl səsim varsa, deməli, hər şeyim var. Əslində, çox şeyləri var. Amma bunun üzərində çalışmırlarsa, tənbəllik onların zamanını alırsa, müəyyən müddətdən sonra geriləməyə başlayırlar. İstedad təkbaşına kifayət etmir. Çalışqan insan isə həmin istedadı getdikcə inkişaf etdirə bilər".

Aktrisa gənclərin tez məşhurlaşmaq istəyinə də münasibət bildirib. Onun sözlərinə görə, teatr sənəti səbir və uzunmüddətli zəhmət tələb edir:

"Çox vaxt gənclər tez uğur qazanmaq olmaq istəyirlər. Bu, normaldır. Hər insan gördüyü işin bəhrəsini tez əldə etmək istəyir. Amma bu sənətdə çox tez uğur qazanıb, eyni sürətlə də uğursuzluğa düçar ola bilərsən. Əgər bu işin fəlsəfəsini anlayaraq, düşüncəli şəkildə, dayanmadan çalışırsansa, uğur səndən qaçmayacaq.

Bir çox gənclərimiz tələbəlikdən, hətta birinci kursdan seriallara qaçırlar. Bəzən müəllimlər onların seriallarda çəkilməsini qadağan edirlər. Burada onların da həqiqəti var. Amma bəzi gənclər üçün serial məktəb ola bilər, bəzi gənclər üçün isə çox pis örnək.

Teatrda çalışan gənc heç vaxt sadəcə tirajlanmaya düşmür. Peşəkar aktyor teatrda yetişməlidir, orada böyüməlidir. Bir tamaşanın hazırlanması iki-üç ay davam edə bilər. Sonra tamaşaçı ilə görüşdükcə, beşinci tamaşadan sonra artıq əsər oturuşur. Aktyor hər tamaşada özünü yeniləyir, kəşf edir, özü üçün yeni keyfiyyətlər tapır. Bax, bu, artıq peşəkarlığa doğru gedən yoldur".


Sonxeber.az
Telegramda izləyin
Mədəniyyət   Baxılıb: 528   Tarix: 14 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Sayı 100-dən artıq Gəncə bəy evləri – VİDEO

Gəncə bəylərinin evinin yaşı XVII əsrin əvvəllərinə təsadüf edir. XVII əsrin ortaları və XIX əsrin əvvəllərində xüsusi memarlıq üslubunda tikilən belə evlərin sayı daha da artıb. Buna səbəb XVII əsrdən başlayaraq Gəncədə yaşayan və əsasən ticarətlə məşğul olan insanların digər ölkələrlə ticarət əlaqələr

12 sentyabr 2021
.

"Ölüm növbəsi"ni gözləyənlər... - FOTO

Yaxud gerçəklə yuxunun arasındakı məqam. Qədim Yunan mifologiyasında Gecə ilahəsi ki var, o, əkiz olan Yuxu və Ölüm tanrılarının anasıdır. Onlar qaranlığın sakinləridir və orada heç vaxt günəş doğmur. Sanki ora bizim düşüncəmizdəki "o dünya" anlayışına oxşar bir məkandır. Yuxu tanrısı yumşa

10 iyul 2021
.

Beşinci əsrə aid qədim Qum məbədi necə qorunur? – VİDEO

Azərbaycanın hər daşında bir tarix var. Qaxda yerləşən Qum məbədi də tariximiz üçün ən dəyərli abidələrdən hesab olunur. Bu tikili qədim albanların şimal-qərb bölgəsindəki dini məbədlərinin mərkəzi kimi bilinir. Ancaq, Baku TV-nin qaynar xəttinə məbəddə mühafizəçinin olmadığı, məbədin həyətində hasarı

18 iyul 2021
.

Əməkdar mədəniyyət işçisi koronavirusdan dünyasını dəyişdi

Mədəniyyət Nazirliyinin vəzifəli şəxsi, əməkdar mədəniyyət işçisi vəfat edib. -ın məlumatına görə, Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin elmi işlər üzrə direktor müavini, Əməkdar mədəniyyət işçisi Nairə Sadıxova dünyasını dəyişib. Qeyd edək ki, N. Sadıxova 1964-cü il iyul ayını

4 sentyabr 2021
.

Arif Babayevin vəziyyəti ilə bağlı açıqlama: "Dərmanlar qəbul edir"

Türkiyədə bir aylıq müalicə kursu keçən Xalq artisti Arif Babayev Azərbaycana qayıdıb. xəbər verir ki, bu barədə "Report"a Xalq artistinin oğlu Yaşar Babayev məlumat verib. Onun sözlərinə görə, A.Babayev hazırda Qax rayonunda istirahətdədir: "Həkimlər deyir ki, atamın vəziyyəti əvvəlkin

13 avqust 2021
.

Məşhur filmin treyleri rekord izlənmə sayı toplayıb - VİDEO

"Hörümçək adam: Evə yol yoxdur" (Spider-Man: No Way Home) filminin treyleri rekord izlənmə sayı toplayıb. -a istinadən xəbər verir ki, yayımlandığı ilk sutka ərzində müxtəlif sosial şəbəkə və platformalarda videonu 355.5 milyon nəfər izləyib. Qeyd edək ki, öncəki rekord 289 milyon baxışla "Qısasçılar

27 avqust 2021
.

"Fəxri adlar alveri, hərcmərclik..." - Azər Qəribdən Operativ Qərargaha çağırış

Bizim vaxtlarımızda Bakının teatral həyatı çox parlaq idi. Yeni tamaşalar, dahi sənətkarlar, mənim həmyaşıdlarımdan soruşun, hamısı zamanında bütün teatrlarda olub". xəbər verir ki, bunu tanınmış teleaparıcı Azər Qərib deyib. O bildirib ki, sonra həyat çətinləşdi, 90-cı illər gəldi və teatral həya

22 avqust 2021
.

Yaqub Zurufçunun dəfn olunacağı yer AÇIQLANDI

Koronavirusdan vəfat edən Əməkdar artist Yaqub Zurufçunun dəfn olunacağı yer müəyyənləşib. xəbər verir ki, Yaqub Zurufçu bu gün "Qurd qapısı" qəbristanlığında Xalq artistləri Arif Quliyev və Rəmişin məzarları yanında torpağa tapşırılacaq. *. Koronavirusdan vəfat edən Əməkdar artist Yaqub Zurufç

15 sentyabr 2021
.

Alim Qasımov nəvəsi üçün qonaqlıq verdi - VİDEO

Xalq artisti Alim Qasımovun ailəsi ilə birlikdə yollandığı şam yeməyindən görüntülər yayılıb. xəbər verir ki, xanəndə nəvəsinin ad günü və universitetə daxil olmasını qeyd edib. Gecədə mahnılar səsləndirən ifaçıya qızı, Əməkdar artist Fərqanə Qasımova, nəvələri də qoşulublar

19 iyun 2021