Avtomobilinizin təkərinə plastik butulka ilişibsə əsla düşməyin

Avtomobilinizin təkərinə plastik butulka ilişibsə əsla düşməyinSon dövrlərdə şəhərdaxili nəqliyyatda tez-tez rast gəlinən və sürücülərin ani reflekslərini hədəf alan yeni bir oğurluq üsulu avtomobil və yol təhlükəsizliyi mütəxəssislərinin radarından yayına bilməyib. Avtomobilin qanad bölgəsinə yerləşdirilən sadə bir plastik butulka ilə qurulan bu üsul sürücülərin mexaniki nasazlıq narahatlığından istifadə edərək nəqliyyat vasitələrinin saniyələr ərzində oğurlanmasına zəmin yaradır.

Milli.Az xəbər verir ki, avtomobil mütəxəssislərinin qiymətləndirmələrinə görə oğurluq mexanizmi avtomobil dizaynındakı kor nöqtələr ilə sürücü davranışlarının birləşməsi üzərində qurulur. Cinayətkarlar butulkanı adətən avtomobilin sağ arxa təkər yuvasına, yəni sürücü avtomobilə minərkən baxış bucağından kənarda qalan nöqtəyə sıxışdırırlar.

Avtomobil hərəkətə başladıqda dönən təkər plastik elementi şassiyə doğru sıxaraq yüksək desibeldə cingiltili/çatırtılı səs çıxarır. Mütəxəssislər bu səsin salon daxilində sanki oxun (aksın) qırılması, asqı sisteminin nasazlığı və ya təkərin partlaması kimi qəbul olunduğunu vurğulayırlar. Yaranan ani təşviş havası ilə birlikdə sürücü avtomobilin mexaniki zədə aldığını düşünərək dərhal əyləcə (tormoza) basır.

Ən böyük səhv isə mühərrik işləyərkən avtomobildən düşməkdir
Avtomobil təhlükəsizliyi mütəxəssisləri tələnin əsas kritik mərhələsinin dayanma anından dərhal sonra başladığına diqqət çəkirlər. Sürücünün təşvişə düşərək mühərriki söndürmədən, qapını açıq qoyub birbaşa səsin gəldiyi sağ arxa təkərə tərəf yönəlməsi oğrular üçün ideal şərait yaradır.

Bütün diqqəti təkərə yönələn sürücünün bu ani diqqətsizliyindən faydalanan şübhəlilər açıq qapıdan avtomobilə minərək nəqliyyat vasitəsini saniyələr ərzində qaçırır və ya salon daxilindəki qiymətli əşyaları götürərək uzaqlaşırlar.

Mütəxəssislərdən təhlükəsizlik tövsiyəsi
Sözügedən oğurluq hallarına qarşı avtomobil mütəxəssisləri və sürücülük texnikası təlimçiləri aşağıdakı tədbirlərin görülməsini vacib bilirlər:

Avtomobilə minməzdən əvvəl ətrafında qısa bir vizual tur edilməli; təkər üstlərində, çamurluq daxillərində yad cisimlərin və ya ön şüşədə şübhəli kağız/vərəq və broşürlərin olub-olmadığı yoxlanılmalıdır.

Yol gedərkən gözlənilməz səs eşidildikdə təşvişə düşməmək lazımdır. Avtomobil dərhal dayandırılmamalı, qapılar içeridən kilidlənərək işıqlı, izdihamlı və ya kameraların olduğu təhlükəsiz bir nöqtəyə (yanacaqdoldurma məntəqəsi, polis məntəqəsi və s.) qədər sürməyə davam edilməlidir.

Əgər avtomobilin yoxlanılması məqsədilə dayandırılması qaçılmazdırsa, sürücülük vərdişindən asılı olmayaraq mühərrik mütləq stop edilməli, açar kontaktdan çıxarılmalı və qapılar kilidlənərək təkər bölgəsinə yaxınlaşılmalıdır.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1731   Tarix: 27 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Hər kəs xeyirli hesab edir, ən riskli ət növü açıqlandı

Bəzi ət növlərinin yüksək doymuş yağ və duz tərkibi ilə ürək-damar sağlamlığına mənfi təsir göstərə biləcəyini vurğulayan mütəxəssislər xüsusilə 4 ət növünün istehlakında diqqətli olmağı tövsiyə edirlər. xəbər verir ki, yağlı ət hissələrinin və emal olunmuş məhsulların həddindən artıq istehlakı "pi

7 noyabr
.

Qaralan kafel aralarını evdəki tək materialla təmizləyin

Kafel aralarında zamanla yaranan qaralmalar üçün bahalı təmizlik vasitələrinə ehtiyac qalmır. Evdə olan tək bir materialla təmizlik artıq daha asan olacaq. xəbər verir ki, vanna otağı və mətbəxlərdə zamanla qaralan kafel araları təmizlik edilsə də, istənilən görüntünün əldə edilməsini çətinləşdirə bilər

14 noyabr
.

Romanovların əfsanəvi sapfiri rekord qiymətə satıldı

Bir vaxtlar Rusiya İmperiyasının kral zinət əşyaları kolleksiyasına daxil olan nəhəng sapfirin yerləşdiyi nadir bilərzik İsveçrənin Cenevrə şəhərində keçirilən hərracda gözləntiləri iki dəfədən çox üstələyərək 4,9 milyon dollara alıcı tapıb. "Qafqazinfo" xəbər verir ki, "Sotheby's"

14 noyabr
.

İnsan ölənə yaxın bu 4 sözü deyir - "Səni sevirəm"...

İnsan həyatının son anlarında nələr düşünür və hansı sözləri deməyə çalışır? Uzun illər ağır xəstələrlə çalışan məşhur onkoloq insanların ölümə yaxın vaxtlarda ən çox işlətdikləri dörd ifadəni açıqlayıb. xarici mediaya istinadla xəbər verir ki, tanınmış onkoloq, yazıçı və Pulitser mükafatı laureatı Siddharth

15 noyabr
.

Ölümdən iki gün əvvəl orqanizmdə nə baş verir?

Həyatın son 48 saatında insan orqanizmi həyati funksiyalarını qorumaq qabiliyyətini tədricən itirir. Həyatın son 48 saatında insan bədəni nəzərəçarpacaq dəyişikliklərə məruz qala bilər. İnsan zəifləyir, daha çox yatır, yeməyə az maraq göstərir və nəfəs alma və qan dövranı tədricən dəyişir. Bu təzahürlə

15 noyabr
.

Evdə açarı üç yerə qoymayın: xalq inancları nə deyir?

Xalq inanclarına görə, açarların evdə saxlanıldığı yer ailənin rifahına və evdəki harmoniyaya təsir göstərə bilər. Evimizin və ya mənzilimizin açarlarını çox vaxt əlimizə rahat gələn yerlərə - mətbəx masasına, güzgünün qarşısına və ya giriş qapısının yaxınlığına qoyuruq. Lakin xalq inanclarında açarları

15 noyabr
.

Köhnə fleşkartı atmayın: 5 faydalı istifadə üsulu

Bir vaxtlar faylların saxlanılması və ötürülməsi üçün ən çox istifadə olunan USB fleşkartlar indi əvvəlki qədər populyar deyil. Lakin evdə qalan köhnə fleşkartları atmağa tələsməyin. fləşkartın kompüterin təhlükəsizliyini artırmaqdan tutmuş avtomobildə musiqi dinləməyə qədər yenidən istifadə etməyi

14 noyabr
.

Qadınlar kişilərdən daha çox üşüyür - SƏBƏB

Alimlər qadınların soyuğu kişilərdən daha tez hiss etməsinin və daha isti mühitə üstünlük verməsinin mümkün bioloji səbəbini araşdırıblar. Tədqiqatın nəticələrinə görə, temperaturun qavranılmasına testosteron və dərinin sinir uclarında yerləşən xüsusi zülal reseptorları təsir göstərə bilər. xarici mediay

15 noyabr
.

"Powerbank"dakı gizli düymə nə üçündür?

Smartfonların enerjisini istənilən yerdə doldurmağa imkan verən portativ enerji cihazları gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilib. Lakin powerbank istifadəçilərinin çoxu cihazın üzərindəki kiçik düymənin əslində hansı funksiyaları yerinə yetirdiyini bilmir. xarici mediaya istinadla xəbər veri

15 noyabr