Azərbaycanda DƏHŞƏTLİ OLAY - Dostu ilə əlbir olub qardaşını öldürdü
Prokurorluq Bərdədə baş vermiş hadisə ilə bağlı məlumat yayıb.
Rayon prokurorluğundan Sonxeber.az-a daxil olan məlumatda deyilir:
"Avqustun 28-i saat 20 radələrində Bərdə rayonu, Hacallı kəndində transformatorun içində kənd sakini, 1988-ci il təvəllüdlü Səxavət Nəzərovun meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Peşəkar prokurorluq və polis əməkdaşlarının həyata keçirdiyi kompleks istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, zərərçəkmişin qardaşı 1984-cü il təvəllüdlü İnayət Nəzərov tanışı, 1988-ci il təvəllüdlü Şəhriyar Məmtiyev ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında kənd ərazisindəki subartezian quyusunun yanında Səxavət Nəzərova müxtəlif dərəcəli bədən xəsarətləri yetirib, daha sonra sonuncunun ölmədiyini görüb onu transformatorun içərisinə salaraq qəsdən öldürüblər.
Faktla bağlı Bərdə Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
İnayət Nəzərov və Şəhriyar Məmtiyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb ediliblər.
Hazırda istintaq davam edir".
Sonxeber.az
Telegramda izləyin
Kriminal Baxılıb: 1703 Tarix: 30 avqust 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda DƏHŞƏT: Əri 30 yaşlı qadına 20-dək bıçaq zərbəsi vurdu
Masallı sakini əri tərəfindən bıçaqlanıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, rayonun Xıl kənd sakini - 1991-ci il təvəllüdlü Ağayeva Elza Cəfər qızı həyat yoldaşı - 1985-ci il təvəllüdlü Ağayev Ariz Ceyhun oğlu tərəfindən bıçaqlanıb. Qadın yaralı halda Lənkəran Rayon Mərkəzi Xəstəxanasın
29 avqust 2021Balakəndə narkotacirlər ələ keçdi
Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində əməliyyat tədbirləri həyata keçirilib. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan -a verilən məlumata görə
28 avqust 2021Sevdiyi qızın xalası oğlunu öldürdü - Qətlin təfərrüatı
Bakıda sevdiyi qızın qohumunu qətlə yetirməkdə təqsirli bilinən İbrahim Sadıqovun cinayət işi üzrə istintaq başa çatıb. "ölkə.az"a istinadən xəbər verir ki, hadisə Nərimanov rayonunda baş verib. İbrahim Sadıqov sevdiyi qızın xalası oğlu İslam Hüseynovu qətlə yetirib. Hadisəyə səbəb isə İ.Sadıqovu
23 avqust 2021Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ: Qardaşını öldürüb transformatorun içinə atdı
Bərdədə qardaş qardaşı bıçaqlayaraq qətlə yetirib. "qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə rayonun Hacılı kəndində baş verib. Cinayətkar daha sonra meyiti transformatorun içinə atıb. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Faktla bağlı rayon prokurorluğunda araşdırm
29 avqust 2021DİN ötən gün törədilən cinayətlərlə bağlı MƏLUMAT YAYDI
Daxili İşlər Nazirliyi (DİN) sentyabrın 10-da qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb. DİN-in mətbuat xidmətindən -a bildiriblər ki, respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 49 cinayətin üstünü "isti izlər"lə açıblar. Əvvəlki dövrlərdə
11 sentyabr 2021Kürdəmirdə qardaş bacısını qətlə yetirdi
Kürdəmirdə qətlə hadisəsi törədilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, rayon sakini, 1986-cı il təvəllüdlü Nəsirova Dilarə Təbriz qızı aralarında yaranan ailə münaqişəsi zəminində qardaşı Şıxəliyev Xəyal Təbriz oğlu tərəfindən bir neçə bıçaq zərbəsi ilə qətlə yetirilib. Faktla bağl
15 sentyabr 2021Azərbaycanda yeniyetmə 53 yaşlı kişini öldürdü - YENİLƏNİB
Sentyabrın 10-u saat 06:00 radələrində 1968-ci il təvəllüdlü Əli Əliyevin bıçaqlanaraq xəsarət alması nəticəsində ağır vəziyyətdə Göyçay Rayon Mərkəzi Xəstəxanasına daxil olması və orada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Göyçay Rayon Prokurorluğunda aparılan araşdırmalarla zərərçəkmişi
10 sentyabr 2021