Rusiya Azərbaycanın şərtlərini qəbul edib - Eskpertən AÇIQLAMA

Rusiya Azərbaycanın şərtlərini qəbul edib - Eskpertən AÇIQLAMAXəbər verdiyimiz kimi, ötən gün Lavrovla Mirzoyanın görüşündə əsas diqqətçəkən məqamlardan biri də birgə mətbuat konfransında Rusiya XİN başçısının erməni diversantlarla bağlı açıqlaması və Ermənistan XİN rəhbərinin dəfələrlə Qarabağın "status"u məsələsini qaldırmasına baxmayaraq, Lavrovun bir dəfə də olsun "status" məsələsinə toxunmaması idi.

Məsələ ilə bağlı Sonxeber.az saytına açıqlama verən hərbi ekspert Şair Ramaldanovun sözlərinə görə, Ermənistan Azərbaycan və Rusiya arasında getdikcə dərinləşən dostluq və əməkdaşlıq əlaqələrinə xələl gətirməyə çalışır:

"Rusiya Azərbaycanla əlaqələrinin yaxşı olmasında hər zaman maraqlı tərəf olub. Qarşılıqlı olaraq, Azərbaycanın da Rusiya ilə strateji partnyorluq şəklində sıx əlaqələri mövcuddur. Əgər biz Ermənistanda Rusiyanın bazasının olmasını nəzərə almasaq, Rusiyanın Azərbaycanla əlaqələri bütün təbəqələrdə Ermənistanla olan əlaqələrdən daha sıxdır. Çünki Azərbaycanın açıq-aydın siyasəti var və bu siyasət qonşuluğa, dostluğa və bütün ölkələrlə normal münasibətlərə yönəlmiş bir siyasətdir. Həmçinin, Azərbaycan elə bir dövlətdir ki, istər Qərb, istərsə də Şərq dövlətləri Azərbaycanla çox yaxşı münasibət qurublar. Biz heç kimdən asılı bir dövlət deyilik. Ona görə də Rusiya üçün Azərbaycanın önəmi böyükdür. Cənab Prezident İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə sıx və isti, hətta dostluq münasibətləri mövcuddur. Azərbaycan bu dostluğu müsbət dəyərləndirir. Digər tərəfdən, deyərdim ki, Azərbaycan dövləti "dilənçi" bir dövlət deyil, özü öz ayaqlarının üstündə duran, iqtisadiyyatını gücləndirə, inkişaf etdirə bilən, öz enerji resursları ilə zəngin olan bir dövlətdir. Bu gün Azərbaycan Silahlı Qüvvələrinin potensialı 50 ən güclü dövlətlər sırasındadır. Zənnimcə, yaxın günlərdə biz bunu yenidən təsdiq edəcəyik.

Azərbaycan monodilli dövlət deyil. Burada bütün millətlər, o cümlədən rusdilli xalqlar da yaşayır. Bu gün postsovet məkanında rus dilli məktəblər ən çox Azərbaycanda yerləşir. Burada rus sektorunda oxuyan əhalinin nümayəndələri çoxdur. Buna görə də Rusiya üçün Azərbaycanla əlaqələr çox mühümdür. Azərbaycan öz dürüst siyasəti və düzgün mövqeyi ilə Cənubi Qafqazda stabilliyi təmin edəcək ölkələrdən biridir. Bu gün dövlətimizin Türkiyə ilə sıx dostluq və qardaşlıq əlaqələri mövcuddur. Qardaş Türkiyənin Rusiya ilə münasibətləri müəyyən bir şəkildə Azərbaycanın prizmasından keçir. Yəni burada Azərbaycan faktoru çox güclüdür.

Sadəcə Rusiyanın Ermənistanla müttəfiq olması onların Azərbaycanla olan birlik qurma istəyini müəyyən mənada ləngidir. Üçtərəfli bəyənata qol çəkilməsi məsələsinin əsas təşəbbüskarı Rusiya prezidenti, cənab Vladimir Putin olub. Onun Ermənistana olan təsiri nəticəsində 3 rayon məsələsi də həll edilib. Nəzərə alaq ki, burada əsas faktor Azərbaycan ordusunun qələbəsidir.

Bu gün Rusiyanın Azərbaycanda müvəqqəti yerləşdirilmiş sülhməramlı qüvvələri sülhün bərqərar edilməsində və gələcəkdə imzalana biləcək sülh müqaviləsinin bağlanması üçün vasitəçilik edir. Bunlar Rusiyanın Azərbaycana olan səmimi münasibətlərinin təcəssümüdür. Təəssüflər olsun ki, Ermənistan Azərbaycan və Rusiya arasında getdikcə dərinləşən dostluq və əməkdaşlıq əlaqələrinə xələl gətirməyə çalışır. Buna görə də sərhəddə atəşkəsi pozurlar. Çünki bilirlər ki, Ermənistan sərhədinə prinsip cəhətdən cavabdehliyi Rusiya daşıyır. Həm də Ermənistan tərəfi Rusiya sülhməramlı qüvvələrinin yerləşdiyi ərazilərdə Azərbaycana qarşı atəşkəsi pozmaqla Rusiya ilə aramızdakı əlaqələri gərginləşdirməyə çalışır. Bütün bunlara baxmayaraq, cənab Prezident sülhməramlı qüvvələr haqqında öz fikrini söyləyəndə, onların qarşıda duran tapşırıqları yerinə yetirdiklərini də ifadə edib. Zəngəzur məsələsinin də bəyannamədə öz əksini tapması mühüm faktordur və bu, Rusiya və Türkiyənin təşəbbüsüdür. Qısaca, iki dövlət arasındakı əlaqələrin inkişafı həm Rusiya, həm də Azərbaycan üçün böyük maraq kəsb edir. Ona görə də Sergey Lavrov, cənab Prezident İlham Əliyevin status məsələsi ilə bağlı fikrinə əsaslanaraq, bu kəlməni dilinə gətirməyib".

Rafi Müslümov


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 3343   Tarix: 02 sentyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan xalqının xilaskarı - Heydər Əliyev

Ölkəmizin qədim və zəngin dövlətçilik tarixi və ənənələri XX əsrin sonunda ikinci dəfə müstəqil Azərbaycan dövlətinin qurulmasına bəslənilən daxili və xarici inamı artıran əsas amillərdən biri idi. Lakin müstəqillik qazanıldıqdan sonra gözlənilən dövlət quruculuğu prosesi ciddi problemlər və çətinliklərl

8 iyun
.

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılır - FƏRMAN

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin əsasında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində "Milli Kibertəhlükəsizlik Agentliyi" publik hüquqi şəxs yaradılır. -a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb

2 iyun
.

İlham Əliyev Vladimir Putini təbrik etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə təbrik məktubu göndərib. -a istinadən həmin məktubun mətnini təqdim edir:. "Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizi və Sizin simanızda bütün rusiyalıları dövlət bayramı - Rusiya Günü münasibətil

12 iyun
.

Heydər Əliyevin Azərbaycan dövlətinin və xalqının xilası missiyası

Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyev 1993-cü il iyunun 9-da Bakıya qayıdışı ilə xalqımızın müstəqillik tarixinin ən mühüm səhifəsini yazdı. Tarixə nəzər saldıqda görərik ki, Azərbaycanın müstəqilliyinə təhlükə olan məqamlar çox olsa da, 1993-cü ilin Gəncə hadisələr

8 iyun
.

İlham Əliyev bir qrup şəxsi təltif etdi - SİYAHI

Bir qrup su təsərrüfatı və meliorasiya işçiləri təltif edilib. -a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb. Sərəncama əsasən, su təsərrüfatı və meliorasiya sahəsində səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslər təltif ediliblər:. 2-ci dərəcəli "Əmək" orden

5 iyun
.

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mərkəzi Bankın yeni inzibati binasının açılışında iştirak edib. AZƏRTAC-a istinadən xəbər verir ki, Mərkəzi Bankın sədri Taleh Kazımov dövlətimizin başçısına binada yaradılmış şərait barədə məlumat verdi. Yeni bina paytaxtın Heydər Əliyev prospektind

3 iyun
.

Hacı Həssənal Bolkiah İlham Əliyevə məktub göndərdi

Bruney-Darüssalamın Sultanı Hacı Həssənal Bolkiah Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. -a istinadən həmin məktubun mətnini təqdim edir:. "Ölkənizin Müstəqillik Günü münasibətilə Sizə, Azərbaycan Respublikası Hökumətinə və xalqına ən səmimi təbriklərimi çatdırmaqda

11 iyun
.

Xarici Kəşfiyyat Xidməti ilə bağlı fərman

Prezident İlham Əliyev Xarici Kəşfiyyat Xidmətinin fəaliyyəti ilə bağlı normativ-hüquqi aktlarda dəyişiklik edilməsi barədə Fərman imzalayıb. -a istinadən xəbər verir ki, Fərmana əsasən, aşağıdakı sənədlərdə dəyişikliklər təsdiq edilib:. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 yanvar tarixl

3 iyun
.

"Azərbaycan tərəfdaşlarla enerji kabeli layihələri üzrə sıx əməkdaşlıq edir" - DEPUTAT

"Uzun illərdir ki, Bakı Enerji Həftəsi qlobal enerji sektorunda strateji dialoqun aparıldığı, həm regional, həm də qlobal enerji gündəliyinin formalaşdırıldığı, yeni əməkdaşlıq formatlarının yarandığı və biznes əlaqələrinin qurulduğu nüfuzlu platforma kimi böyük önəm daşıyır. Artıq Bakı Enerji Həftəs

3 iyun