Tokio 2020 XVI Yay Paralimpiya Oyunları başa çatdı - FOTO

Tokio 2020 XVI Yay Paralimpiya Oyunları başa çatdı - FOTOTokio 2020 XVI Yay Paralimpiya Oyunları başa çatdı. Azərbaycan Milli Paralimpiya Komandası möhtəşəm nəticə göstərərək, yarışı 163 ölkə arasından 10-cu pillədə tamamlayıb. İdmançılarımız 14 qızıl, 1 gümüş və 4 bürünc olmaqla ümümilikdə 19 medal qazanıblar. Bu Azərbaycan Paralimpiya tarixində rekord nəticədir.

Milli Paralimpiya Komitəsindən Sonxeber.az-a verilən məlumata görə, həmçinin, bu gün Tokio 2020 XVI Yay Paralimpiya Oyunlarının bağlanış mərasimi keçirilib. Milli komandamızın bayraqdarı isə Lamiyə Vəliyeva olub. Qeyd edək ki, Lamiyə Vəliyeva bu oyunların həm qızıl (T13 400m - Paralimpiya rekordu) , həm də gümüş ( T13 100m ) mükafatçısıdır.

Şəhanə Hacıyeva, Saleh Raman, Vüqar Şirinli, Sevda Vəliyeva, Xanım Hüseynova, Hüseyn Rəhimli, Həmid Heydəri, Elvin Astanov, Dürsədəf Kərimova, Vəli İsrafilov, Lamiyə Vəliyeva, Orxan Aslanov qızıl, Lamiyə Vəliyeva gümüş, Pərvin Məmmədov, Namiq Abaslı, İlham Zəkiyev, Səid Nəcəfzadə bürünc medal qazanan idmançılarımızdır.

Əlavə olaraq, idmançılarımız bir sıra rekord nəticələrə də imza atıblar:

Atletika idman növü üzrə idmançımız Həmid Heydəri (F57) nizə atma növü üzrə 51.42 m nəticə göstərərək dünya rekorduna imza atıb.

Atletika idman növü üzrə idmançımız Elvin Astanov ( F53 - nüvə itələmə) növü üzrə 8.77 metr nəticə göstərərək dünya rekordunu yeniləyib.

Üzgüçülük idman növü üzrə təmsilçisi Vəli Israfilov (S12 - 100 metr brass ) 1:04.86 nəticə ilə Paralimpiya rekorduna imza atıb.

Atletika idman növü üzrə idmançısı Lamiyə Vəliyeva (T13) 400 metr kateqoriyasında 55.00 saniyəlik Paralimpiya rekordunu yeniləyib.

Qeyd edək ki, üzgüçülük idman növü üzrə təmsilçimiz Raman Saleh 3 kateqoriyada (S12 100 metr arxasıüstə, S12 100 metr sərbəst, S12 100 metr butterfly) qızıl medal qazanıb.
Tokio 2020 XVI Yay Paralimpiya Oyunları başa çatdı - FOTOTokio 2020 XVI Yay Paralimpiya Oyunları başa çatdı - FOTO


Sonxeber.az
Telegramda izləyin
İdman   Baxılıb: 794   Tarix: 05 sentyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

"Liverpul" Braziliya millisinin hücumçusu Rayanı transfer edə bilər

İngiltərənin "Liverpul" klubu "Bornmut"un və Braziliya millisinin hücumçusu Rayanı rekord məbləğə transfer edə bilər. "Report" "TeamTalk"a istinadən xəbər verir ki, bu transferdə "Liverpul"un baş məşqçisi Andoni İraola təkid edir. 2023-2026-cı illərd

14 sentyabr
.

Məhəmməd Salah "Trabzonspor"da rekorda imza atıb

Misirli futbolçu Məhəmməd Salah Türkiyənin "Trabzonspor" klubunda rekorda imza atıb. xəbər verir ki, təcrübəli hücumçu buna "Gənclərbirliyi"ni 5:0 hesabı ilə məğlub etdikləri IV turun oyununda fərqlənməklə nail olub. O, Qara dəniz təmsilçisində Superliqada start heyətində meydan

7 sentyabr
.

PSJ Luis Enrike ilə müqaviləni uzadıb

Fransanın PSJ klubu baş məşqçi Luis Enrike ilə müqavilənin müddətinin 2030-cu ilə qədər uzadıldığını açıqlayıb. "Report"un məlumatına görə, bu barədə klubun "X" sosial şəbəkəsindəki səhifəsində paylaşım olunub. İspan məşqçi 2023-cü ilin yayından Paris komandasına rəhbərlik edir. PS

6 sentyabr
.

"Araz-Naxçıvan"ın hücumçusu Sudi Abdallah Burundi millisinə dəvət olunub

"Araz-Naxçıvan"ın hücumçusu Sudi Abdallah Burundi millisinə dəvət olunub. Bu barədə -a klubdan məlumat verilib. Futbolçu ölkəsinin yığmasının sentyabrın 25-də səfərdə Toqo, 29-da isə doğma meydanda Əlcəzairlə keçirəcəyi oyunlar üçün açıqlanan heyətinə daxil edilib. Forvard sentyabrın 21-də

9 sentyabr
.

"Sabah" "Mançester Yunayted"ə qarşı - Canlı

"Sabah" Çempionlar Liqasının Liqa mərhələsində mübarizəyə başlayır. "Qafqazinfo" xəbər verir ki, bu gün paytaxt təmsilçisi 1-ci turda "Mançester Yunayted"in qonağı olacaq. "Old Trafford" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Oyun

10 sentyabr
.

Koxalski "Qarabağ"dan getdi - RƏSMİ

"Qarabağ" polşalı qapıçısı Mateuş Koxalski ilə yollarını ayırıb. kluba istinadən xəbər verir ki, Polşanın "Vyeçista" klubunun futbolçu ilə bağlı təklifi və Koxalskinin şəxsi istəyi müsbət qarşılanıb. Tərəflər arasında aparılan danışıqların ardından transferlə bağlı razılıq əldə olunub

8 sentyabr
.

"Zirə"nin futbolçusu Abdul Aziz "Karvan-Yevlax"a keçib

"Karvan-Yevlax" heyətinə daha bir futbolçu qatıb. xəbər verir ki, bu barədə I Liqa təmsilçisi məlumat yayıb. Bölgə klubu "Zirə"dən Abdul Azizi icarəyə götürüb. 20 yaşlı hücumçu 6 ay Yevlax komandasında çıxış edəcək

15 sentyabr
.

Zubir "Qarabağ"a qayıdır? - RƏSMİ

Səudiyyə Ərəbistanının "Əl-Uruba" klubuna keçidi baş tutmayan Abdullah Zubirin yenidən "Qarabağ"da çıxış edəcəyi ilə bağlı məlumatlar yayılıb. Məsələ ilə bağlı "Qarabağ"ın mətbuat xidmətindən -ın sorğusuna cavab olaraq bildirib ki, klubda Zubirlə bağlı hazırda hər hans

9 sentyabr
.

"Sabah"ın qapıçısı ən çox qurtarış edənlər siyahısında

"Sabah"ın qapıçısı Stas Pokatilov UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 1-ci turundan sonra ən çox qurtarış edən qapıçılar siyahısında yer alıb. "Qafqazinfo" xəbər verir ki, o, "Mançester Yunayted"ə 0:4 hesabı ilə uduzduqları oyunda 5 dəfə seyv edib. Siyahıya hərəy

11 sentyabr