Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...
Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib.
Sonxeber.az Lent.az-a istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığını pozduğuna, işlənməmiş qırmızı ətin isə demensiyaya qarşı qoruyucu təsirə malik olmasına diqqəti çəkib.
Britanityada xəstəliklərin inkişafını izləmək məqsədi ilə 2006-cı ildə "Biobank" adlı bir layihəyə start verilib.
Bu layihədə 40-69 yaş arasında olan yarım milyon könüllünün sağlamlıq durumunun 30 il ərzində izlənilməsi nəzərdə tutulub.
Biobank layihəsi xətti ilə aparılan araşdırmaların məlumat bazası Leeds Universitetində tədqiqatçılar tərəfindən təhlil edilib.
Səkkiz il davam edən müşahidələr nəticəsində 2 min 896 adama demensiya diaqnozu qoyulub.
Nəticələri American Journal of Clinical Nutrition jurnalında dərc olunmuş araşdırma, emal olunmuş ətin demensiya ilə əlaqəsinə dair ilk hərtərəfli keçirilmiş tədqiqat hesab olunur.
Araşdırmada göstərilib ki, gündə 25 qram emal olunmuş ət yeyilməsi insanda demensiya riskini 44 faiz artıra bilər.
Müstəqil mütəxəssislər demensiya riskinin bu dəqiqliklə müəyyən edilməsinə ehtiyatla yanaşmağı məsləhət görürlər, lakin toplanmış ümumi məlumat bazası işlənmiş ət istehlakının demensiya riskini artırdığını göstərir.
Araşdırmada gündə 50 qram emal olunmamış ətin isə demensiya riskini 19 faiz azaltdığı müəyyən edilib.
Britaniyadakı araşdırmalar ölkədə emal olunan ət istehlakının gündəlik 25 qram, emal olunmamış ətin isə gündəlik 30 qram olduğunu göstərir.
Leeds Universitetində aparılan araşdırmalara rəhbərlik edən doktor Huifeng Zhang, demensiyanın dünya boyu yayıldığını qeyd edərək "qidalanmanın bu xəstəliyə təsir edə bilən faktorlardan biri" olduğunu vurğulayıb.
Britaniyada demensiya ən çox dərəcədə ölümlə nəticələnən xəstəliklərdən biridir.
Dünya miqyasında 60 yaşdan yuxarı olan insanların 8 faizinin bu xəstəliyin təsirinə məruz qaldıqları təxmin olunur.
Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq Baxılıb: 1281 Tarix: 15 sentyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sosial şəbəkələrdən uzun müddət istifadə depressiyaya səbəb ola bilər
Sosial şəbəkələrdə gündəlik keçirilən vaxt böyüklər arasında depressiya barədə məlumat verilməsi ilə əlaqəli əsas amillərdən biri kimi müəyyən edilib. Bu əlaqə ABŞ-da 11 il ərzində aparılan sorğularda müşahidə olunub. Qaynarinfo xəbər verir ki, araşdırma Şimal-Qərb Universiteti və Sinsinnati Universitetini
2 noyabrSu qan təzyiqini azaltmağa kömək edir - Gündəlik norma 6-8 stəkan
Gündəlik kifayət qədər su qəbul etmək arterial təzyiqin nəzarətdə saxlanmasına kömək edə bilər. Qaynarinfo xəbər verir ki, "Verywell Health" nəşrinin məlumatına görə, ekspertlər sağlam arterial təzyiq səviyyəsini qorumaq üçün nə qədər su içmək lazım olduğunu və hansı hallarda maye qəbulun
26 oktyabrSevdiyiniz musiqi ağrını azalda bilər
İnsanın sevdiyi musiqiyə qulaq asması ağrı hissini müəyyən qədər azalda bilər. Mütəxəssislərin fikrincə, musiqi ağrı siqnalını aradan qaldırmasa da, beynin bu hissi necə qəbul etməsinə təsir göstərir. Qaynarinfo xəbər verir ki, " nəşrinə danışan həkim-psixoterapevt İrina Kraşkina musiqinin ağr
30 oktyabrDərinizdə bu əlamətlər varsa, diqqətli olun
Havaların soyuması və rütubətin azalması dəridə quruluq, qabıqlanma və qaşınmaya səbəb ola bilər. xarici mediaya istinadən xəbər verir ki, dermatologiya üzrə mütəxəssis, professor Sevilay Oğuz Kılıç payızda dəri sağlamlığını qorumaq üçün tövsiyələrini bölüşüb. Mütəxəssis bildirib ki, dərinin gərginləşməsi
17 oktyabrÜzü yumaq üçün ən yaxşı vaxt - Dermatoloqdan tövsiyə
Üz dərisinə qulluq zamanı yalnız istifadə olunan vasitələr deyil, onların tətbiq edildiyi vaxt da əhəmiyyət daşıyır. Dermatoloq Con Kibbi üzün yuyulması üçün səhər və axşam saatlarının əksər insanlar üçün uyğun olduğunu bildirib. Qaynarinfo xəbər verir ki, Kolorado Universitetinin Tibb Məktəbinin dermatologiy
27 oktyabrMəşhur ədviyyatın qaraciyəri qocalmadan qoruya biləcəyi məlum olub
Zərdəçalın tərkibində olan kurkumin maddəsi qaraciyəri yaşla bağlı dəyişikliklərdən, iltihabdan və zədələnmədən qoruya bilər. xəbər verir ki, bu qənaətə "Food & Function" elmi jurnalında dərc olunan araşdırmanın müəllifləri gəliblər. Tədqiqatçılar bağırsaq, onun mikroflorası və qaraciyə
6 noyabr