"15 qəpiklə heç kim kasıblamaz" - Deputatdan bahalaşmaya reaksiya

"15 qəpiklə heç kim kasıblamaz" - Deputatdan bahalaşmaya reaksiya"Hazırda ölkə iqtisadi cəhətdən ciddi bir dövrünü yaşayır. Həm COVID-19 pandemiyası, həm də Vətən müharibəsi ilə əlaqədar olaraq xərclərimiz çoxdur. Həmçinin dövlət son illər hərbiyə də olduqca çox vəsait ayırır. Doğrudur, Azərbaycan kifayət qədər iqtisadi gücə malikdir, amma bizim ABŞ-da olduğu qədər milyardlarımız yoxdur. Nəzərə almaq lazımdır ki, 15 qəpiklə heç kim kasıblamaz ,amma dövlətin digər xərclərini ödəmək mümkündür".

Sonxeber.az xəbər verir ki, bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Eldar Quliyev deyib.

Deputat bildirib ki, benzinin bahalaşması ilə bağlı vətəndaşların narazılığı başadüşüləndir: "Nəzərə almaq lazımdır ki, bahalaşma ilə yanaşı, ölkədə müsbət istiqamətdə də dəyişiliklər olur. Misal üçün, təqaüdçülərin sosial təminatının yaxşılaşdırılması üçün onların müavinətlərinin artırılması ilə bağlı qərar qəbul edilib. Bu, sevindirici haldır. Lakin benzin qiymətinin qalxması, doğrudan da, təkcə sürücülərə təsir etmir. Yükdaşımaları zamanı məhsulun qiymətinə də təsir edir. Yəni benzinin qiymətinin qalxması, belə demək mümkünsə, elə bütün vətəndaşları narahat edən məsələdir. A-95 markalı benzindən daha çox bahalı və xarici avtomobillərdə istifadə edilir. Biz də xidməti avtomobilimizdə Aİ-95 markalı benzindən istifadə edirik, xərclər parlament tərəfindən qarşılanır. Təbii ki, bu şərt deyil, çünki bütün vətəndaşların buna imkanı çatmır. Amma istənilən halda, ölkənin vəziyyətini nəzərə almaq lazımdır. Xərclər çoxdur, istər Vətən müharibəsi, istərsə də koronavirus pandemiyası xərclərimizi xeyli artırdı. Həmçinin, Qarabağın yenidən qurulması və bərpası istiqamətində də ciddi işlər gedir ki, bu da, xərc tələb edir".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 6207   Tarix: 15 sentyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

İlham Əliyevin sosial media hesablarında 27 Sentyabr - Anım Günü ilə bağlı paylaşım edilib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial media hesablarında 27 Sentyabr - Anım Günü ilə bağlı paylaşım edilib. paylaşımı təqdim edir:

27 sentyabr
.

İlham Əliyev: "Neft-qaz yenə də bizim iqtisadiyyatımızın önəmli hissəsidir"

"Bir neçə gün öncə mədən sənayesi üzrə Dövlət Proqramı qəbul olunmuşdur. Burada bir çox tədbirlər nəzərdə tutulur. Bu, bizim inkişafımızın əsas istiqamətləridir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilə

26 sentyabr
.

Forum ölkəmizin xarici sərmayə üçün açıq, əlverişli və dayanıqlı iqtisadi mühitini, eləcə də etibarlı tərəfdaş olduğunu nümayiş etdirdi

Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət, ölkədə aparılan islahatlar və görülən böyük miqyaslı işlər Azərbaycanın iqtisadi qüdrətini artıraraq onun dünyanın aparıcı dövlətləri sırasında yer almasına imkan vermişdir. Ölkəmizdə hökm ürən tərəqqi, inkişaf və ilk növbədə təhlükəsizlik məsələlər

28 sentyabr
.

İlham Əliyev və Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar - FOTO/VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 27-də Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar. AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı Zəfər abidəsinin önünə əklil qoyub, şəhidlərin xatirəsini ehtiramla yad edib. Sonra birinc

27 sentyabr
.

Ərdoğandan 27 Sentyabr MESAJI: "Qarabağ Azərbaycan torpağıdır, sonsuza qədər də belə qalacaq" - FOTO

"Qarabağ Azərbaycan torpağıdır, sonsuza qədər də belə qalacaq". xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 27 Sentyabr - Anım Günü ilə bağlı "X" sosial şəbəkə hesabında yazıb. "Dost və qardaş Azərbaycanın Anım Günü ilə əlaqədar Qarabağı işğaldan azad etmək

27 sentyabr
.

Rəcəp Tayyib Ərdoğan İlham Əliyevə zəng etdi

Sentyabrın 27-də axşam radələrində Türkiyə Respublikasının Prezidenti Rəcəp Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. AZƏRTAC-a istinadən xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. Türkiyə Prezidenti Azərbaycanda Anım Gün

28 sentyabr
.

Prezident 3 rayona icra başçısı təyin etdi

Bir neçə rayona yeni icra başçısı təyin edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Natiq Oruc oğlu Əliyev Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin, Məmmədiyə Süleyman oğlu Məmmədov Naftalan Şəhər İcra Hakimiyyətinin, Hacıbab

28 sentyabr
.

İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb

Azərbaycan Prezidenti İlham Əliyevin sosial media hesablarında II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (2nd Azerbaijan International Investment Forum - AIIF 2026) iştirakına dair video paylaşılıb. paylaşımı təqdim edir:

26 sentyabr
.

Azərbaycan investisiyalarının yeni mərhələsi

Ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət kursu Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsinə, daxili və xarici siyasətin milli maraqlara uyğun qurulmasına, iqtisadi müstəqilliyin tam təmin edilməsinə xidmət edir. Bu siyasətin nəticəsi olaraq Azərbaycan beynəlxal

28 sentyabr