Üzeyir Hacıbəylinin həyatını zəhərləyən iki erməni kim olub?
Tənqidçi, ədəbiyyatşünas, tərcüməçi, sabiq səfir Vilayət Quliyev dahi bəstəkar Üzeyir Hacıbəyli barədə sosial şəbəkədə maraqlı fakt paylaşıb.
V.Quliyev vaxtilə Üzeyir bəyin həyatının iki erməni musiqiçisi tərəfindən zəhərləndiyini qeyd edib:
"Onlardan birincisi daha çox Saşa Oqanezaşvili kimi tanınan kamançaçı Aleksandr Oqanyandır (1889-1932). Azərbaycan musiqisinin erməniləşdirilməsi işinin binasını qoyanlardan biridir. Cabbar Qaryağdı oğlu (xanəndə) və Qurban Pirimov (tar) ilə birlikdə trio yaratmışdılar. Bu böyük sənətkarların rus dilini bilməməsindən istifadə edib birgə ifa etdikləri, yaxud yazdırdıqları muğam dəsgahlarını, xalq mahnılarını və s. "fars musiqisi", yaxud "Qafqaz-erməni musiqisi" kimi qələmə verirdi. Bolşeviklərlə dil tapıb 1920-ci ildə Bakıda Şərq konservatoriyası yaratmışdı. 1920-ci ilin sentyabrında "Bakinski raboçi" qəzetində çap etdirdiyi bir məqalədə yeni ağalarına müraciətlə Üzeyir bəyi "Azərbaycan musiqisinin inkişafına çalışmamaqda" ittiham edirdi. Donos xarakterli məqalə və çıxışlarında dahi bəstəkarımızın musiqi savadının olmaması, not bilməməsi, muğam operaları ilə proletar mədəniyyətinə ziyan vurması və s. cəfəng iddialar irəli sürürdü.
İkinci erməni 1932-1938-ci illərdə Bakı Konservatoriyasının direktoru olmuş Anuşavan Ter-Qevondyan (1887-1961) idi. İlk gündən Üzeyir bəyi sıxışdırmağa başlamış, onu mətbuat səhifələrində muğam operalarından imtinaya məcbur eləməyə çalışmışdı. Tədris saatlarını əlindən almış, cüzi maaşla xalq musiqisi kabinetinə sıravi əməkdaş təyin etmişdi. Tez-tez iclaslarda "Üzeyir Hacıbəyovun məsələsini" müzakirəyə çıxarmışdı.
Amma bu yaramaz və xain əməllər Üzeyir bəyi əsla ruhdan salmamışdı. Əksinə, möhtəşəm "Koroğlu" operasını bəstələyərək təkcə yeni sənət zirvəsi fəth etməmiş, həm də bütün bədxahlarını susduraraq həqiqi sənətin nəyə qadir olduğunu göstərmişdi".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Mehriban Zəkidən Fəxrəddin Manafovla bağlı paylaşım
Xalq artisti Mehriban Zəki həmkarı, Xalq artisti Fəxrəddin Manafovun ad gününü təbrik edib. Axşam.az xəbər verir ki, aktrisa sosial şəbəkədə birlikdə çəkildikləri fotonu paylaşaraq aktyora xoş arzularını ünvanlayıb. "Tərəf müqabilim, müəllimim, dostum. 100 yaşa. Sağlam yaşa. Doğum günün mübarək"
3 avqustXəstəxanaya yerləşdirilən aktyor səhhətindən yazdı
Bir neçə gün əvvəl xəstəxanaya yerləşdirilən Gənc Tamaşaçılar Teatrının aktyoru Rəşad Səfərov səhhəti ilə bağlı açıqlama verib. Axşam.az xəbər verir ki, aktyor müalicəsinin başa çatdığını, evə buraxıldığını bildirib. Özünü yaxşı hiss etdiyini deyən R.Səfərov müalicəsini ev şəraitində davam etdirəcəyin
25 sentyabr"Odissey"in kitab satışları 1400 faiz artdı
Dünyaşöhrətli rejissor Kristofer Nolanın Homerin məşhur "Odissey" dastanı əsasında çəkdiyi film Böyük Britaniyada qədim yunan mifologiyasına marağı kəskin artırıb. Filmin nümayişindən sonra "Odissey"in kitab satışlarında rekord artım qeydə alınıb. "Qafqazinfo" xəbər veri
31 iyulXalq rəssamı Arif Hüseynov vəzifələrindən ayrılır
Xalq rəssamı Arif Hüseynov Azərbaycan Rəssamlar İttifaqının Rəyasət Heyətinə üzvlüyünə və "Kitab Qrafikası və Miniatür" bölməsinə sədrliyinə xitam verilməsi ilə bağlı İttifaqın Rəyasət Heyətinə açıq məktubla müraciət edib. Qaynarinfo xəbər verir ki, müraciətdə deyilir:. "Azərbaycan Rəssamla
20 iyulZeynəb Xanlarovanın 90 illik yubileyi harda keçiriləcək?
Dekabr ayında SSRİ və Azərbaycanın Xalq artisti Zeynəb Xanlarovanın 90 yaşı tamam olacaq. Qaynarinfo-nun əldə etdiyi məlumatına görə, sənətkarın 90 illik yubileyi münasibətilə böyük tədbir keçiriləcək. İlkin məlumata görə, yubiley mərasiminin Heydər Əliyev Sarayında keçirilməsi planlaşdırılır. Mərasimd
11 avqustBöyük Misir Muzeyinin 5 əsas eksponatl: Gizanı ziyarət etməyə dəyər (FOTO)
Qədim Misir sivilizasiyasının tarixi bu gün də bəşəriyyətin ən böyük sirlərindən biri olaraq qalır. Bu mövzu yüzlərlə alimi və milyonlarla turisti cəlb edir. Ötən ilin payızından etibarən səyyahların Qədim Misir tarixi ilə daha yaxından tanış olmaq imkanı genişlənib. Belə ki, Qizada nəhayət möhtəşə
16 sentyabr