"Onun mahnısını oğurlayıb Sibel Cana satıblar" - Bəstəkarın xanımı

"Onun mahnısını oğurlayıb Sibel Cana satıblar" - Bəstəkarın xanımıMərhum bəstəkar Tahir Əkbərin oğurlanmış əsərləri ilə bağlı Türkiyədə araşdırma başladılıb.

Sonxeber.az xəbər verir ki, bu barədə Musavat.com-a mərhum bəstəkarın xanımı Aybəniz Əkbər məlumat verib.

Onun sözlərinə görə, bəstəkarın bir neçə əsərinin illərdir oğurlanaraq Türkiyədə başqa adlar altında istifadə edilməsi ilə bağlı nəhayət Türkiyə Musiqi Əsərləri Müəllifləri Dərnəyində (MESAM) rəsmi proses başladılıb.

A.Əkbər bildirib ki, Tahir Əkbər sağlığında bu məsələdən xəbərdar olsa da, işin hüquqi tərəfinin arxasınca getməyə ömür vəfa etməyib:

"Əslində, Tahir Əkbər Türkiyədə əsərlərinin oğurlanması məsələsini sağlığında bilirdi. Amma bununla bağlı ciddi hüquqi mübarizəyə başlamağa zamanı çatmadı. Məsələn, onun məşhur "Əzizim" mahnısı 1989-cu ildə bəstələnib. Mahnının ilk ifaçısı Xalq artisti Nisə Qasımova olub. Sonradan bizə məlumat gəldi ki, Türkiyədə kanon ifaçısı Halil Karaduman bu mahnını 1997-ci ildə MESAM-da öz adına qeydiyyatdan keçirib. Üstəlik, sözlərdə cüzi dəyişiklik edilib və müəllif kimi Ali Tekintür göstərilib. Biz bu məsələ ilə bağlı hətta Türkiyənin Azərbaycandakı səfirliyinə müraciət edərək, bütün sənədləri və faktları vermişik".

O, "Heç küsməyin yeridirmi?" mahnısının taleyindən də danışıb və bildirib ki, bu mahnı 1985-ci ildə yazılıb və eyni sözlər üzərində iki fərqli bəstə mövcuddur:

"Bu mahnının sözlərinə iki ayrı musiqi bəstələnib. Birini Nəzakət Məmmədova, digərini isə Məmmədbağır Bağırzadə ifa edib. Tahir Əkbər uzun illər Azərbaycanda yaşamayıb və ölkəyə gələndən sonra da Nəzakət Məmmədovanı şəxsən tanımayıb. Məmmədbağır ona mahnının sözlərini təqdim edib və Tahir Əkbər həmin sözlərə musiqi bəstələyib. Digər bəstənin mövcudluğundan xəbəri olmayıb. Həmin digər mahnı "Segah", Tahir Əkbərin bəstəsi isə "Bayatı-Şiraz" ladı üzərindədir. Məmmədbağırın ifa etdiyi mahnı 1985-ci ildə məşhurlaşıb.

Lakin Türkiyənin tanınmış müğənnisi Nəşə Karaböcək bu mahnını 1989-cu ildə öz albomuna daxil edib və müəllif kimi musiqini Əsədə, sözləri isə Nəbi Xəzriyə aid göstərib. Tahir Əkbər bu faktı da bilirdi".

Xanımının sözlərinə görə, Tahir Əkbərə məxsus, Xalq artisti Məmmədbağır Bağırzadənin ifa etdiyi "Gülüb getdi" mahnısı da ərəb musiqiçiləri tərəfindən oğurlanaraq, Türkiyənin məşhur müğənnisi Sibel Cana satılıb:

"Sibel Can bu mahnını "Tamam o zaman" adı ilə ifa edir. Beynəlxalq musiqi hüququna görə, əgər bir əsərdə 4 notdan artıq oxşarlıq varsa, plagiat faktı təsdiqlənir. Bu, bütün dünyada qəbul olunmuş qaydadır. Mütəxəssislər deyirlər ki, bu mahnıda 6-8 eyni not var və bu notlar ardıcıl şəkildə yerləşir. Yəni burada oğurluq faktı açıq şəkildə təsdiqlənir.

Biz ötən ilin yayında İstanbula getdik və Tahir Əkbərin bu əsərləri ilə bağlı birbaşa MESAM-a müraciət etdik. Onun bütün notlarını, əsərlərini quruma təqdim etdik ki, Türkiyədə müəllif hüquqları qorunsun. Tahir Əkbərin varisləri olaraq əvvəlcə Əqli Mülkiyyət Agentliyinə müraciət etdik. Onlar bizə bildirdilər ki, mahnılar Azərbaycanda Tahir Əkbərin adına, Türkiyədə isə türkiyəli müğənninin adına qoruna bilər. Əlbəttə ki, biz bununla razılaşa bilməzdik. Buna görə də Tahir Əkbərin bütün əsərlərinin notlarını MESAM-a təqdim etdik".

Aybəniz Əkbər əlavə edib ki, MESAM ilkin mərhələdə "Əzizim" və "Heç küsməyin yeridirmi?" mahnılarını qəbul etməkdə çətinlik çəkib:

"Çünki bu mahnılar artıq Türkiyə müğənnilərinin adı ilə qeydiyyatdan keçmişdi. Lakin biz ödəniş etdik və bu həftə Türkiyənin tanınmış musiqişünasları tərəfindən əsərlər və təqdim etdiyimiz faktlar əsasında araşdırma aparılacaq. Maraqlıdır ki, notlara ilk baxışdan belə dedilər ki, bu əsərlər Türkiyə musiqisinə aid deyil. Artıq rəsmi araşdırmanın nəticəsini gözləyirik".


Sonxeber.az
Telegramda izləyin
Mədəniyyət   Baxılıb: 1253   Tarix: 16 yanvar 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

2026-cı ildə kino turizminin ən populyar istiqamətləri açıqlandı

Məşhur film və serialların çəkildiyi məkanlara səyahət etmək son illərdə dünyada sürətlə yayılan turizm istiqamətlərindən birinə çevrilib. Qaynarinfo xəbər verir ki, "Euronews"un məlumatına görə, "set-cetting" adlandırılan bu tendensiya bir çox şəhəri turistlərin əsas maraq mərkəzin

2 iyul
.

15 il sonra "Harri Potter"dəki roluna qayıdır

Britaniyalı aktyor Rupert Qrint 15 ildən sonra "Harry Potter"də canlandırdığı məşhur "Ron Uizli" obrazına qayıdacaq. Axşam.az xəbər verir ki, bu barədə "The New York Times" məlumat yayıb. Aktyor "Harry Potter and the Cursed Child" tamaşasının Brodvey heyətinə qoşulub

28 avqust
.

Şair Çingiz Əlioğlu dəfn olunub

Əməkdar İncəsənət xadimi, şair Çingiz Əlioğlu ilə vida mərasimi Təzə Pir məscidində keçirilib. xəbər verir ki, şairin nəşi dəfn olunması üçün "Qurd Qapısı" qəbiristanlığına gətirilib və torpağa tapşırılıb. Dəfn mərasimində şairin yaxınları, dostları, sənət yoldaşları iştirak ediblər

10 avqust
.

Elçin Cəlilovun məzarından yayılan görüntülər müzakirələr yaratdı - (Video)

Sosial şəbəkələrdə yayılan görüntülər izləyicilərin diqqətini çəkərək geniş müzakirələrə yol açıb. xəbər verir ki, sosial media istifadəçisi Qurban Oruc mərhum sənətkar Elçin Cəlilovun baxımsız vəziyyətdə olan məzarını ziyarət edərək həmin anları lentə alıb. Daha sonra o və yaxınları məzarın ətrafınd

29 iyul
.

Polad Bülbüloğlunun xanımı Əməkdar artist imiş - Fotolar

Xəbər verdiyimiz kimi, Xalq artisti, tanınmış bəstəkar, müğənni və ictimai-siyasi xadim Polad Bülbüloğlu yenidən ailə həyatı qurub. "Qafqazinfo"nun "Publika"ya istinadən məlumatına görə, P.Bülbüloğlunun həyat yoldaşı Azərbaycanın Əməkdar artisti, tanınmış rəqqasə və pedaqoq Eter

26 avqust
.

"The Odyssey" rekordlar qırır: Rejissorun qadağaları diqqət çəkir

Rejissor Kristofer Nolanın Homerin məşhur "Odisseya" dastanı əsasında çəkdiyi "The Odyssey" filmi nümayişə başladıqdan sonra böyük maraqla qarşılanıb. Film bir çox ölkədə rekord göstəricilər əldə edərkən, bəzi yerlərdə biletlərin qara bazarda satıldığı bildirilir. Qaynarinfo xəbə

23 iyul
.

Səbinə İskəndər - akvarel sənətinin inkişafına töhfə verən peşəkar rəssam və kurator

Səbinə İskəndər yerli və beynəlxalq bədii sərgilərin təşkili sahəsində zəngin təcrübəyə malik peşəkar rəssam və kuratordur. O, həm Azərbaycanda, həm də xarici ölkələrdə sərgilənən əsərləri, yaradıcı axtarışları və özünəməxsus bədii üslubu ilə seçilir. xəbər verir ki, akvarel sənətinə xüsusi bağlılığ

17 iyun
.

"Fəxr edirəm ki, sənin kimi mərd kişinin oğluyam" - Foto

Xalq artisti Mənsum İbrahimovun doğum günüdür. Axşam.az xəbər verir ki, xanəndənin oğlu İbrahim atasının doğum günü münasibətilə paylaşım edib. İbrahim İbrahimov sosial media hesabında atası ilə arxiv və yeni fotolarını yayımlayaraq ona xoş arzularını çatdırıb:. "Deyirlər ki, oğul ailənin düşmə

1 oktyabr
.

"Məni "Söylü"yə oxşatmayın"

Xalq artisti Afaq Bəşirqızı məşhur "Bəxt üzüyü" filmindəki Söylü obrazına bənzədilməsinə etiraz edib. Axşam.az xəbər verir ki, aktrisa bu barədə AzTV-də qonaq olarkən danışıb. "Mənə sual verirlər ki, həyatda özünüzü Söylüyə oxşadırsınız? Cavab verdim ki, yox. Məni Söylüyə oxşatmayın. Mə

2 oktyabr