2026-cı ildə kino turizminin ən populyar istiqamətləri açıqlandı
Məşhur film və serialların çəkildiyi məkanlara səyahət etmək son illərdə dünyada sürətlə yayılan turizm istiqamətlərindən birinə çevrilib.
Qaynarinfo xəbər verir ki, "Euronews"un məlumatına görə, "set-cetting" adlandırılan bu tendensiya bir çox şəhəri turistlərin əsas maraq mərkəzinə çevirir.
Nəşr qeyd edir ki, "Taxt-tac oyunları" serialından sonra Xorvatiyanın Dubrovnik şəhəri, Koreya dramlarından sonra isə İsveçrənin İzeltvald kəndi turist axınının əhəmiyyətli dərəcədə artdığı məkanlara çevrilib.
Yeni populyar istiqamətləri müəyyən etmək məqsədilə "Holafly" şirkətinin analitikləri "Screen Tourism Forecast Index 2026" adlı reytinq hazırlayıblar. Reytinq dörd əsas meyar - ekran əsərlərinin populyarlığı, çəkiliş məkanlarının tanınmışlığı, turizm tələbatı və infrastrukturun hazırlıq səviyyəsi əsasında tərtib edilib.
Reytinqdə ilk yeri Cənubi Koreya tutub. Analitiklərin fikrincə, ölkə artıq kino turizmini milli iqtisadiyyatın mühüm hissəsinə çevirib.
Mütəxəssislər hesab edirlər ki, "Hamımız öldük" ("All of Us Are Dead") serialının ikinci mövsümünün yayımlanması Seula marağı daha da artıracaq. Yeni mövsümdə hadisələr təkcə məktəbdə deyil, həm də paytaxtın müxtəlif şəhər məkanlarında və universitet kampuslarında cərəyan edəcək ki, bu da turistlərin marşrutlarını genişləndirə bilər.
Analitiklər bildirirlər ki, Koreya seriallarının striminq platformalarında yüksək reytinq qazandığı ölkələrdən Cənubi Koreyaya gələn turistlərin sayı orta hesabla 100 faizdən çox artır.
İspaniya reytinqdə ikinci yerdə qərarlaşıb. Buna səbəb "Əjdaha evi" ("House of the Dragon") serialının üçüncü mövsümünün yayımlanması göstərilir. Ölkə daha əvvəl də "Taxt-tac oyunları"nın çəkiliş məkanları sayəsində böyük turist axını yaşamışdı. Məsələn, Osuna şəhərində çəkilişlərdən sonra turistlərin sayı 70 faiz artmış, San-Xuan-de-Qasteluqatçe isə hər il yüz minlərlə ziyarətçi qəbul etməyə başlamışdı.
Analitiklər bu dəfə əsas artımın Kaseres və Orense kimi kiçik tarixi şəhərlərdə müşahidə olunacağını proqnozlaşdırırlar.
İlk beşlikdə yer alan Yunanıstanda isə Kristofer Nolanın "Odisseya" ("The Odyssey") filminin nümayişindən sonra turist marağının yüksələcəyi gözlənilir. Qədim yunan mifologiyası ilə bağlı tarixi məkanlar ölkəni uzun müddətdir kino turizminin əsas istiqamətlərindən biri kimi saxlayır.
2026-cı il üçün ən perspektivli kino turizmi istiqamətləri bunlardır:
* Cənubi Koreya - "Hamımız öldük" (2-ci mövsüm);
* İspaniya - "Əjdaha evi" (3-cü mövsüm);
* İrlandiya - "Wednesday" (2-ci mövsüm);
* Tailand - "Yura dövrü: Dirçəliş" ("Jurassic World: Rebirth");
* Yunanıstan - "Odisseya";
* Siciliya (İtaliya) - "Odisseya";
* Şotlandiya (Qlazqo) - "Hörümçək adam: Tamamilə yeni gün" ("Spider-Man: Brand New Day");
* Cənubi Afrika Respublikası - "Mission: Impossible - The Final Reckoning";
* İordaniya - "Dune: Prophecy" (2-ci mövsüm);
* Çexiya - "Blade Runner 2099".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Xalq artisti Ramiz Əzizbəylinin kürəkəni həbs edilib
Bakıda məmurun xanımı lyuka düşüb xəsarət aldı, AAYDA rəsmisi cərimə edildi
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
Pensiya məbləğləri necə dəyişəcək? - Yeni mexanizmin DETALLARI
Azərbaycanda yağ kəskin bahalaşdı
Qəzada ölən Elşən "AzərEnerji"nin əməkdaşı imiş - Foto
Səhər saatlarında 13 nömrəli avtobus problemi - "BakuBus" sorğumuza cavab vermədi
Təranə Qumral Əli Mirəliyevə ömürlük cəza istədi, müğənnidən sərt cavab gəldi
Torpaq bazarında yeni imkan: Bu şəxslərə pulsuz sahələr veriləcək
Polkovnikin nazirlikdəki yeni vəzifəsi bu imiş
Məhsulun üzərindəki tarix dəyişdirilib? Bunu necə müəyyən etmək olar? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Süni intellekt indi də oğurluq etdi
Toy karvanlarında avtomobil bəzəkləri ilə bağlı XƏBƏRDARLIQ: 800 manat cərimə...
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? (VİDEO)
Fransadakı səfirimiz Makronun xanımı ilə görüşdü - Fotolar