Dünyanın bir neçə şəhərində Anım Gününə həsr olunmuş aksiya təşkil edilib - FOTO

Dünyanın bir neçə şəhərində Anım Gününə həsr olunmuş aksiya təşkil edilib - FOTOAvstraliya Azərbaycanlıları Assosiasiyasının (AAA) təşkilatçılığı ilə Sidney şəhərində 27 sentyabr - Anım Gününə həsr olunmuş aksiya keçirilib.

Diasporla iş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Sidneyin mərkəzində baş tutan aksiyada Vətən müharibəsi şəhidlərinə həsr olunmuş anım guşəsi yaradılıb. Anım guşəsində Azərbaycan, Türkiyə və Avstraliyanın dövlət bayraqları yerləşdirilib, Azərbaycan əsgərinin qəhrəmanlığını və şücaətini, eləcə də erməni işğalını əks etdirən fotolar, plakatlar və şüarlar nümayiş olunub. Şəhidlərimizin xatirəsinə ehtiram əlaməti olaraq yandırılan şamlar "Azərbaycan" sözünə uyğun düzülüb, şəkillərin önünə gül dəstələri qoyulub.

Qeyd edək ki, sərt pandemiya məhdudiyyətləri səbəbindən aksiyada yalnız AAA sədri Mikayıl Oytanın və Güney Azərbaycan Demokratik Türk Birliyinin Qadın və insan haqları departamentinin müdiri Sara Azərsunun iştirak etməsi qərara alınıb.

Haaqa şəhərində fəaliyyət göstərən Hollanda–Azərbaycan Türk Kültür Dərnəyinin təşkilatçılığı ilə 27 sentyabr – Anım Gününə həsr olunmuş mərasim keçirilib.

Azərbaycan torpaqlarının azad edilməsi və ərazi bütövlüyünün təmin olunması uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edildiyi anım mərasimi Haaqadakı Məsumlar və Əhlibeyt məscidlərinin imamları Seh Mehmet və Türkcan Akbalın Qurani-Kərimdən oxuduqları ayələr və dualarla davam edib.

Tədbirdə dərnəyin idarə heyətinin üzvü Yasin Zeynallı, dərnəyin sabiq rəhbərlərindən biri olan Fərhad Atəş, Benilüks Azərbaycanlıları Konqresinin sədri Elsevər Məmmədov, Niderland–Belçika Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi, "Ana Vətən" Avropa Azərbaycanlı Qadınlar Birliyinin sədri Mayisə Ağamirzəyeva, Niderland–Azərbaycan "Odlar Yurdu" Cəmiyyətinin sədri Firəngiz Bağırova, Real TV-nin Niderlanddakı xüsusi müxbiri Xatirə Sərdarqızı çıxış ediblər. Onlar 44 günlük Vətən müharibəsində qəhrəmanlıq göstərən Silahlı Qüvvələrimizlə qürur duyduqlarını, şəhidlərimizin xatirəsinin daim uca tutulacağını , onların qəhrəmanlıqlarının heç zaman unudulmayacağını bildiriblər.

Eyni zamanda İsveç Azərbaycanlıların Koordinasiya Şurasının, İsveç Qarabağ Azadlıq Mərkəzi Birliyi və Batı Yöteland Azerbaycan Evi Birliyinin təşkilatçılığı ilə Yöteborq şəhərində 27 sentyabr – Anım Gününə həsr olunmuş aksiya keçirilib.

Sltottsskogen parkında gerçəkləşdirilən aksiya zamanı ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəmanları xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan və Türkiyənin dövlət bayraqlarının dalğalandırıldığı aksiyada şəhidlərimizin fotoları nümayiş etdirilib, onların şəkilləri önünə güllər düzülüb, xatirələrinə ehtiram əlaməti olaraq şamlar yandırılıb, həzin musiqi səsləndirilib.

80 nəfərə yaxın soydaşımızın və yerli sakinlərin qatıldığı tədbirdə çıxış edən diaspor üzvləri Azərbaycan torpaqlarını mənfur düşmən tapdağından azad edən qəhrəmanlarımızla qürur duyduqlarını, onların göstərdikləri igidlik və şücaətin isə heç zaman unudulmayacağını bildiriblər./oxu.az
Dünyanın bir neçə şəhərində Anım Gününə həsr olunmuş aksiya təşkil edilib - FOTODünyanın bir neçə şəhərində Anım Gününə həsr olunmuş aksiya təşkil edilib - FOTODünyanın bir neçə şəhərində Anım Gününə həsr olunmuş aksiya təşkil edilib - FOTODünyanın bir neçə şəhərində Anım Gününə həsr olunmuş aksiya təşkil edilib - FOTODünyanın bir neçə şəhərində Anım Gününə həsr olunmuş aksiya təşkil edilib - FOTO


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 982   Tarix: 27 sentyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Suriya Məkkə müdafiə alyansına qoşula bilər

Dəməşq Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistanın daxil olduğu Məkkə müdafiə alyansına qoşulmaq məsələsini nəzərdən keçirir. "Report" "Ynet"ə istinadən xəbər verir ki, bu barədə Suriyanın xarici işlər naziri Əsəd Həsən əş-Şibani Bəhreyndə keçirilən "IISS Manama Dialogue"

31 oktyabr
.

Cey Di Vens məxfi sənədlər əsasında UNO-ları araşdıracaq: "Yaxşı və pis ruhlar mövcuddur"

ABŞ-nin vitse-prezidenti Cey Di Vens uçan naməlum obyektlər (UNO) və qeyri-adi təbiət hadisələrinə dair məlumatları araşdırmaq məqsədilə gizli sənədlərə olan çıxış imkanından faydalanacağını bəyan edib. xəbər verir ki, siyasətçi bu barədə "Fox News" telekanalının efirindəki çıxışı zamanı danışıb

1 noyabr
.

Bu ölkədə 1,5 milyon bakteriya daşıyan ağcaqanad buraxıldı - Məqsəd nədir?

İspaniyanın Barselona şəhərində təhlükəli xəstəliklər yayan ağcaqanadların sayını azaltmaq məqsədilə 1,5 milyondan çox bakteriya daşıyan erkək ağcaqanad təbiətə buraxılıb. xarici mediaya istinadən xəbər verir ki, bu, Avropada həmin üsulla həyata keçirilən ilk genişmiqyaslı sınaqdır. Proqramın əsas hədəf

1 noyabr
.

79 yaşlı müğənni gənc qalma sirrini açıqladı

Türkiyəli müğənni Erol Evgin gənc və enerjili qalmasının sirrindən danışıb. Axşam.az xəbər verir ki, 79 yaşlı sənətçi qatıldığı televiziya proqramında sağlam həyat tərzi və gündəlik vərdişləri ilə bağlı açıqlamalar verib. Evgin bildirib ki, hər gün 8-9 saat yatır, qlütensiz və laktozasız qidalanır. Müğənn

1 noyabr
.

Malayziyada timsah 14 yaşlı məktəblini parçaladı

Malayziyada timsah 14 yaşlı məktəbliyə hücum edərək onu suyun altına çəkib və parçalayıb. "AsiaOne" nəşrinə istinadən xəbər verir ki, hadisə Saravak ştatında baş verib. Məhəmməd Nordin Məhəmməd Osman adlı yeniyetmə çayda qayıqla palma yağı meyvələrinin daşınmasına kömək edərkən timsahın hücumun

1 noyabr
.

Vuçiçin Serbiya Tərəqqi Partiyasının sədrliyinə namizədliyi təklif edilib

Serbiya Tərəqqi Partiyasının (STP) sədri Miloş Vuçeviç öz vəzifəsinə Serbiyanın sabiq prezidenti Aleksandar Vuçiçin namizədliyini təklif edib. "Report" "N1"ə istinadən xəbər verir ki, partiyanın yeni rəhbərliyi bu il dekabrın 13-də keçiriləcək iclasda seçiləcək. "STP sədri kim

1 noyabr
.

Lavrov: Rusiya ilə ABŞ arasında problemlər həmişə olub və həmişə də olacaq

Rusiya ilə ABŞ arasında problemlər həmişə olub və həmişə də olacaq. "Report" TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov G20 ölkələrinin xarici işlər nazirlərinin toplantısının ilk gününün yekunlarına dair Atlantada keçirilən mətbuat konfransında bildirib

1 noyabr
.

ABŞ-də pilotlar 12 min metr yüksəklikdə UNO gördülər

ABŞ-nin Uçan Naməlum Obyektlərin (UNO) Öyrənilməsi üzrə Milli Mərkəzi (NUFORC) Ohayo ştatı üzərində naməlum obyektlə qarşılaşan pilotların hesabatını dərc edib. xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb. Məlumata görə, 2026-cı il avqustun 16-da mülki təyyarəni idarə edən pilotla

1 noyabr
.

Sikorski: Polşanı əvvəlki kimi parlamentin seçdiyi koalisiya hökuməti idarə edir

Polşa parlament seçkilərinin nəticələrinə əsasən formalaşdırılmış koalisiya hökuməti tərəfindən idarə edilməyə davam edir. "Report" xəbər verir ki, bu barədə Polşanın xarici işlər naziri Radoslav Sikorski "X" sosial şəbəkəsində yazıb. "Varşavadakı Konstitusiya Tribunalında ötə

1 noyabr