Arvadı qollarında donaraq ölən turist Everest faciəsindən danışdı - FOTO
Rusiyalı alpinist Artyom Nesterov Elbrus faciəsində arvadının qollarında can verməsindən danışıb.
Onun sözlərinə görə, son anına qədər həyat yoldaşının yanında olub, özü əl-ayağını hiss etməsə də, xanımını isitməyə çalışıb.
"Mən can verən arvadımı üç saat qollarımda saxladım. Bilirdim ki, xilas edə bilməyəcəyəm. O, ağrıdan qışqırırdı, mən isə onu çox sevdiyimi deyirdim. Bunu daha çox demədiyim üçün təəssüflənirəm", - deyə turist bildirib.
"Arvadım sadəcə əl-qollarını hərəkət etdiririr, ayaqlarını bir-birinə sürtür, isinməyə çalışırdı. Biz hamımız bu işdə təzə idik. Həyat yoldaşımla bir il hazırlaşmışdıq – qaçırdıq, alkoqoldan imtina etmişdik", - deyə o əlavə edib.
Nesterovun sözlərinə görə, Anton adlı bələdçi qızı tərk edərək başqalarını xilas etməyə gedib. O, qadının öldüyünü düşünüb, halbuki, qadın sadəcə soyuqdan tərpənə bilməyib.
"Həyat yoldaşımı iki dəfə dəfn etdim. Anton öz üzərinə Tanrı rolunu götürdü və kimin xilas ola biləcəyinə və kimi isə heç nə edə bilməyəcəyinə qərar verdi. Həyat yoldaşımın öldüyünü söyləyərək bizdən ayrıldı. Nəbzini belə yoxlamadı", - deyə bildirən Nesterov bu səbəbdən özünün də arvadının öldüyünü düşündüyünü vurğulayıb. Lakin bir müddət sonra o, arvadının yaşadığını bilib. Bununla belə, xilasedicilər gələnə kimi qadın həlak olub.
Xatırladaq ki, sentyabrın 23-də 4-ü peşəkar 19 turist Elbrus dağını fəth etmək qərarına gəlib. Lakin yolda qızlardan biri özünü pis hiss edib. Bələdçilərdən biri onu geri qaytarmaq qərarına gəlib. Yolda onlar qar fırtınasına tuş gəlib və qız həlak olub. 5400 metr hündürlükdə qalan alpinistləri isə digər üç bələdçi düşürmək qərarına gəlib. Onlar boranda qrupu kütləvi ölümdən xilas etmək üçün "sürətlilər" və "yavaşlar"a ayırıb və sonra enişə başlayıblar.
Faciə nəticəsində beş nəfər həyatını itirib, 14 turist sağ qalıb, onlardan 11-i müxtəlif dərəcəli travmalarla xəstəxanalara yerləşdirilib./oxu.az



Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1748 Tarix: 30 sentyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Suriya Məkkə müdafiə alyansına qoşula bilər
Dəməşq Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistanın daxil olduğu Məkkə müdafiə alyansına qoşulmaq məsələsini nəzərdən keçirir. "Report" "Ynet"ə istinadən xəbər verir ki, bu barədə Suriyanın xarici işlər naziri Əsəd Həsən əş-Şibani Bəhreyndə keçirilən "IISS Manama Dialogue"
31 oktyabrBu ölkədə 1,5 milyon bakteriya daşıyan ağcaqanad buraxıldı - Məqsəd nədir?
İspaniyanın Barselona şəhərində təhlükəli xəstəliklər yayan ağcaqanadların sayını azaltmaq məqsədilə 1,5 milyondan çox bakteriya daşıyan erkək ağcaqanad təbiətə buraxılıb. xarici mediaya istinadən xəbər verir ki, bu, Avropada həmin üsulla həyata keçirilən ilk genişmiqyaslı sınaqdır. Proqramın əsas hədəf
1 noyabr79 yaşlı müğənni gənc qalma sirrini açıqladı
Türkiyəli müğənni Erol Evgin gənc və enerjili qalmasının sirrindən danışıb. Axşam.az xəbər verir ki, 79 yaşlı sənətçi qatıldığı televiziya proqramında sağlam həyat tərzi və gündəlik vərdişləri ilə bağlı açıqlamalar verib. Evgin bildirib ki, hər gün 8-9 saat yatır, qlütensiz və laktozasız qidalanır. Müğənn
1 noyabrMalayziyada timsah 14 yaşlı məktəblini parçaladı
Malayziyada timsah 14 yaşlı məktəbliyə hücum edərək onu suyun altına çəkib və parçalayıb. "AsiaOne" nəşrinə istinadən xəbər verir ki, hadisə Saravak ştatında baş verib. Məhəmməd Nordin Məhəmməd Osman adlı yeniyetmə çayda qayıqla palma yağı meyvələrinin daşınmasına kömək edərkən timsahın hücumun
1 noyabrLavrov: Rusiya ilə ABŞ arasında problemlər həmişə olub və həmişə də olacaq
Rusiya ilə ABŞ arasında problemlər həmişə olub və həmişə də olacaq. "Report" TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov G20 ölkələrinin xarici işlər nazirlərinin toplantısının ilk gününün yekunlarına dair Atlantada keçirilən mətbuat konfransında bildirib
1 noyabrABŞ-də pilotlar 12 min metr yüksəklikdə UNO gördülər
ABŞ-nin Uçan Naməlum Obyektlərin (UNO) Öyrənilməsi üzrə Milli Mərkəzi (NUFORC) Ohayo ştatı üzərində naməlum obyektlə qarşılaşan pilotların hesabatını dərc edib. xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb. Məlumata görə, 2026-cı il avqustun 16-da mülki təyyarəni idarə edən pilotla
1 noyabr