Saakaşvili həbsxanadan məktub yazdı: "Qorxmayın!"
Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili hazırda saxlanıldığı 12 nömrəli Rustavi həbsxanasından məktub yazıb.
Sonxeber.az xəbər verir ki, bu barədə məlumatı "Sputnik Gürcüstan" yayıb.
Məlumata görə, Saakaşvili məktubunda tərəfdaşlarını heç nədən qorxmamağa və sona qədər getməyə çağırıb:
"Əziz yoldaşlar və çox sevdiyim gürcü cəmiyyəti, hər şeyi Kiyevdə qoyub bura gəldikdə bilirdim ki, böyük ehtimala görə, məni tamamilə uydurma, saxta hökmlərlə saxlayacaqlar. Buna baxmayaraq, mən gəldim, çünki öz ölkəmə və hər birinizə inanıram".
Saakaşvili tərəfdaşlarını seçkilərdə iştirak etməyə səsləyib:
"Sizdən çox xahiş edirəm ki, bir səs belə itməsin deyə hamı seçkilərə getsin və bundan sonra hamı birlikdə referendumun nəticələrini müdafiə etsin. Mənim və min qat daha vacib olan Gürcüstanın azadlığı tamamilə sizin aktivliyinizdən və yaxın günlərdəki döyüş hazırlığınızdan asılıdır. Beynəlxalq dəstək də həmçinin bundan asılıdır. Xahiş edirəm, qorxmayın və qələbəmizin öz əlimizdə olduğuna sona qədər inanın", – deyə Saakaşvili qeyd edib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Hava nə vaxt düzələcək? - Gülşad Məmmədova AÇIQLADI
Heydər Əliyevlə xanımının yeni - Fotoları
Evində bu səhvi edənlər 600 manat cərimə ÖDƏYƏCƏK
Maaşlarla bağlı dəyişiklik təsdiqləndi - BUNDAN SONRA BELƏ OLACAQ
Bakı metrosunda bu cür oturanlar HƏBS OLUNACAQ - VİDEO
DİQQƏT! Pensiyaçılara ŞAD XƏBƏR
Metro və avtobuslarda gedişhaqqı ilə bağlı YENİLİK
Ailəsini amansızlıqla qətlə yetirən Əhməd müalicə aldığı müəssisədən qaçıb?
Elvin Cəfərquliyev ilk oyununa çıxdı, qol vurdu - Yenilənib
Dırnaq qaynağının hansı zərərləri var? - AÇIQLAMA
Keçmiş məhkəmə sədrindən Şok DƏLƏDUZLUQ: Vəzifəsindən istifadə edib sənədləri saxtalaşdıraraq restoranını icarəyə verib
Aygün Kazımovanın səhhəti pisləşdi - Konserti təxirə salındı
Milli Onkologiya Mərkəzindəki partlayışda xəsarət alan həkim ölüb? - RƏSMİ AÇIQLAMA
Prezidentlə ailəsi İslam Səfərli küçəsinin açılışında
Ölkədə pensiya yaşı 60-a SALINIR?