Azərbaycanda qətl törədən gəlin saxlanıldı - YENİLƏNİB

Azərbaycanda qətl törədən gəlin saxlanıldı - YENİLƏNİBProkurorluq Astarada baş verən qətl hadisəsi ilə bağlı məlumat yayıb.

Astara rayon prokurorluğundan Unikal.org-a bildirilib ki, oktyabrın 8-si saat 12 radələrində Astara rayonu, Şəmətük kəndi ərazisində 1961-ci il təvəllüdlü Mehparə Ağayevanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.

Aparılmış araşdırmalarla zərərçəkmişin qohumu 1994-cü il təvəllüdlü Gülsevər Ağayevaya şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Mehparə Ağayevaya bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

Faktla bağlı Astara rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.

Gülsevər Ağayeva şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunmuşdur.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

***

13:01

Astara rayonunda gəlinlər arasında dava düşüb.

Sonxeber.az "Report"a istinadən xəbər verir ki, hadisə Şəmətük kəndində qeydə alınıb.

Belə ki, ailə münaqişəsi zəminində Gülçöhrə qayını arvadı Mehribana bıçaq xəsarətləri yetirib. Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, bir neçə ay əvvəl iki əmioğlu arasında münaqişə ölümlə nəticələnmişdi.

Faktla bağlı araşdırma aparılır.


Sonxeber.az
Telegramda izləyin
Kriminal   Baxılıb: 9578   Tarix: 08 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Qisas üçün öldürüb meyitini quyuya atmışdı - 7 il sonra üstü açıldı

Azərbaycan Respublikasının prokurorluq və daxili işlər orqanlarının birgə fəaliyyəti nəticəsində daha bir xüsusilə ağır cinayətin üstü açılıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatında bildirilib. Qeyd olunub ki, 2019-cu ilin apre

21 sentyabr
.

Bakıda kişi sevgilisini aldadıb 235 min manat aldı - Dubaya qaçdı

Bakıda sevgi münasibətində olduğu qadına qarşı dələduzluq etmiş şəxs cinayət məsuliyyətinə cəlb edilib. "Qafqazinfo" xəbər verir ki, paytaxtın mərkəzində "makler"lik və evlərin təmiri fəaliyyəti ilə məşğul olan 1986-cı il təvəllüdlü R.Həsənova (şərti) Cinayət Məcəlləsinin 178.3.2-c

26 avqust
.

Qisasını qardaşı arvadının maşınından aldı - Bakıda qəribə ailə münaqişəsi

Bu günlərdə Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə maraqlı şikayət daxil olub. "Qafqazinfo" xəbər verir ki, polisə şikayət edən İ.Talıblı küçə sakini Şakir Məmmədov (bütün ad-soyadlar şərtidir) qardaşının məsuliyyətə cəlb edilməsini istəyib. Ş.Məmmədovun həyat yoldaş

5 sentyabr
.

Xaçmazda iki ata övladını BIÇAQLADI

Xaçmaz rayonunda bir gündə iki ailə münaqişəsi yaşanıb. Ayrı-ayrı ünvanda atalar öz oğullarını bıçaqlayaraq xəstəxanalıq ediblər. Bizim.media-ya istinadən xəbər verir ki, hadisələrdən biri Xaçmaz şəhərində qeydə alınıb. Xaçmaz şəhər sakini, 51 yaşlı İlqar Musayev aralarında yaranmış şəxsi mübahisə zəminind

15 avqust
.

Azərbaycanda DƏHŞƏT: Kişi namaz qılarkən öldürüldü, arvadı saxlanıldı

Abşeron rayonunun Masazır qəsəbəsində baş verən qətl hadisəsinin təfərrüatı məlum olub. -a istinadən xəbər verir ki, hadisə səhər saatlarında Abşeron rayonu, Masazır qəsəbəsi, Murad Mirzəyev küçəsi, 7 saylı evdə baş verib. Ehtimallara görə, ev sahibi 1978-ci il təvəllüdlü Əlsəfa Rəhimov səhər saatlarınd

19 avqust
.

Yatdığı yerdə amansızlıqla öldürülən qayınatanın - Fotosu

Xəbər verdiyimiz kimi, Ağdam rayon sakini, 1969-cu il təvəllüdlü Hüseynov Zakir Cəlal oğlu mübahisə zəminində bıçaqlanaraq öldürülüb. Onun qətlində kürəkəni Qənbərov Eldəniz Elşən oğlu şübhəli bilinir. "Qafqazinfo" yatdığı yerdə amansızlıqla öldürülən Z.Hüseynovun fotosunu təqdim edir:

26 avqust
.

Şəmkirdə 14 yaşlı yeniyetmənin FACİƏLİ ÖLÜMÜNÜN TƏFƏRRÜATI: Atası aşkar edib

Şəmkir rayonunda 14 yaşlı yeniyetmə güllələnməsinin təfərrüatı məlum olub. -ın əldə etdiyi məlumata görə, hadisə bu gün səhər 8 radələrində Dağ Daşbulaq kəndində baş verib. Kənd sakini, 2012-ci il təvəllüdlü E.Cəfərovun güllələnmiş meyiti yaşadığı evin qonaq otağında aşkarlanıb. Yeniyetmənin atası səhə

20 avqust
.

Qohumların yanında arvadını boğdu, öldüyünü düşünüb - Polisə təslim oldu

Ağstafa rayonunda həyat yoldaşını xüsusi amansızlıqla qətlə yetirməyə cəhd göstərmiş 1992-ci il təvəllüdlü Pərviz Bayramlıya (soyad şərtidir) hökm oxunub. "Qafqazinfo" xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilərək, ciddi rejiml

12 sentyabr
.

Qobustanda ağır qəza - 27 yaşlı sürücü öldü

Dünən saat 23 radələrində Qobustan rayonunun Təklə kəndi ərazisində ağır yol qəzası baş verib. "Qafqazinfo" xəbər verir ki, "Hyundai" markalı avtomobil idarəetmədən çıxaraq işıq dirəyinə çırpılıb. Nəticədə, sürücü 27 yaşlı Emil Əmralıyev hadisə yerində ölüb. Araşdırma aparılır

8 avqust