Rusiyada araqdan 34 nəfər öldü: 3 azərbaycanlı tutuldu
Rusiyanın Qazaxıstanla sərhəd Orenburq vilayətində saxta alkoqoldan kütləvi zəhərlənmə baş verib və ölənlərin sayı hər gün artır.
Sonxeber.az Virtualaz.org-a istinadən xəbər verir ki, vilayətin yaşayış məntəqələrində saxta alkoqoldan ölənlərin sayı artıq 34-ə çatıb. Onlarla adam isə xəstəxanalardadır.
Faktla bağlı beş ayrı cinayət işi qaldırılıb, müstəntiqlər saxta içkinin ticarət məntəqələrinə paylanıldığı anbarı tezliklə aşkar ediblər və oradan yüzlərlə litr spirt tərkibli maye müsadirə ediblər. 5 nəfər saxlanılıb, onlardan 3-ü azərbaycanlıdır.
Saxlanılanlardan biri Şirvan Babazadədir, məhkəmədə barəsində həbs qətimkan tədbiri seçiləndə o xəcalətdən başını aşağı salıb.
İstintaqın versiyasına görə məhz onun günahı üzündən 30 nəfər zəhərlənərək ölüb, qalanları isə evlərdə və xəstəxanalarda ağır vəziyyətdədir. Tutulanlar arasında vilayətin Adamovsk rayonunun əhaliyə sosial yardım xidmətinin əməkdaşı, Yasnovo rayonunun administrasiyasının işçisi də var. İstintaqın məlumatına görə saxta içkini topdansatış ticarət bazasına verən üç Azərbaycan sakini olub. Dörd yerli sakin isə içkini topdansatış bazasından götürərək mağazalara, o cümlədən müxtəlif kəndlərə nəğd və nisyə paylayıb.
Metanoldan hazırlanan saxta araq və konyakın (guya onlar Qazaxıstan istehsalı olub) hələ də ticarət məntəqələrində satıldığı istisna deyil. Ölənlərdən biri KamAZ şoferidir, o işdən sonra elə kabinədə içib və elə oradaca ölüb. Sürücünün tanışı Aleksey də onunla bir az içib və hazırda xəstəxanadadır: "Kamazçı Sanya idi, sonra Dimka və Jenka gəldi. Onlar çox içdilər. Mən gəldim, həmin axşam bir qədəh içdim və yatdım. Onlar məndən sonra da içdilər. Jenka öldü, Dimka da öldü", - zərərçəkən Aleksey Yerşov deyir.
Ölənlərin və zərərçəkənlərin orqanizmində həkimlər ölümcül dozanı 4-5 dəfə keçən təmiz metanol aşkar ediblər. Həkimlər deyirlər ki, metanolun qəbulundan sonra insan dərindən huşunu itirir, bütün reflekslər itir, ürək və tənəffüs fəaliyyəti pozulur və ölüm baş verir.
Vilayətin kiçik Krasnıy Çaban qəsəbəsinin qəbiristanlığında təzə qəbirlər var. Dünən səhər saxta içkidən zəhərlənən üç ailəni dəfn ediblər. Yerli sakinlərdən Sergey Qreçenkonu və oğlu Dmitrini eyni qəbirdə basdırıblar. Həmin gün Sergeyin digər oğlu Aleksey də onlarla içib, hazırda evdədir və yataqdan qalxa bilmir. Deyir ki, atası pensiyasını alanda həmişə bir butulka araq alardı. Və həmin gün kəndlilər pensiyalarını almağı qeyd edəndə qalan sakinlər kimi araq alıblar.
Kənddə saxta alkoqolun satıldığı mağaza "Udaça" adlanır, o kənd administrasiyasının rəhbəri Murat Suenbayevə məxsusdur. İstisna deyil ki, metanol qonşu Qazaxıstandan gətirilib. Bildirilir ki, Qazaxıstanda neftayırma zavodlarından texniki spirt alıb ondan saxta araq düzəltməklə əsasən çinlilər məşğul olurlar.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Nazir məktəblərlə bağlı ƏMR İMZALADI: Dəyişiklik EDİLDİ
Noyabrın 1-dən bu avtobuslar DƏYİŞİR - Gedişhaqqı...
2027-ci il nə ilidir? - Şərq təqvimi AÇIQLANDI
Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
Noyabrda 11 gün İŞ OLMAYACAQ - TARİXLƏR
Pensiyaçılar, uşaqlar və işləyənlər üçün YENİ MƏBLƏĞLƏR AÇIQLANDI
Maaşlar nə qədər və nə vaxt artacaq? - YENİ TARİX
Niyə bu sabunun üzərinə 72 faiz yazılır?
Dondurucudakı qiyməni 15 dəqiqəyə əritməyin yolu
Noyabrda hava kəskin DƏYİŞƏCƏK - XƏBƏRDARLIQ EDİLDİ
Qaz plitəsi, kombi və su qızdırıcıları istifadə edənlərin nəzərinə: 6 gün sonra yeni qaydalar qüvvəyə minir
Qışda bu 5 əşyanı maşına qoymadan yola çıxmayın
Hər ay əlavə pensiya alacaq şəxslərin SİYAHISI AÇIQLANDI
Azərbaycan XİN-dən Feridun Sinirlioğlu BMT Baş katibi vəzifəsinə namizədliyinə reaksiya
31 yaşlı diş həkimi vəfat etdi - FOTO