Hindistanda beşulduzlu hotelin hovuzunda 2 əcnəbini elektrik cərəyanı vuraraq öldürüb
Hindistanın Benqaluru şəhərində yerləşən "Conrad" beşulduzlu hotelinin hovuzunda 2 əcnəbinin elektrik cərəyanı vurması nəticəsində öldüyü ehtimal edilir.
"Report" "NDTV"yə istinadən xəbər verir ki, hadisə cümə günü axşam saatlarında hotelin üçüncü mərtəbəsində yerləşən hovuzda baş verib.
Ölənlər Almaniya və Slovakiya vətəndaşları idilər. Onların hər ikisi hoteldə qalırdı. Zərərçəkənləri xilas etməyə çalışan daha iki nəfər xəsarət alıb. Onların arasında həmin hoteldə qalan ABŞ vətəndaşı və hovuzun hindistanlı əməkdaşı da var.
NDTV telekanalının məlumatına görə, həlak olan Almaniya vətəndaşının həyat yoldaşı polisə şikayət edib. Şikayətdə hovuzun lazımi qaydada saxlanılmaması ilə əlaqədar "Conrad" hotelinin rəhbərliyinə qarşı səhlənkarlıq ittihamı da yer alıb.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 102 Tarix: 01 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İşə bir saatdan gec çatırsınızsa - 40 faiz artıq maaş almalısınız
Böyük Britaniyada aparılan yeni tədqiqatlar gündəlik işə gediş-gəliş vaxtının işçilərin psixoloji sağlamlığına və iş məmnuniyyətinə birbaşa təsir etdiyini göstərib. "Qafqazinfo" xəbər verir ki, "Chase" maliyyə təşkilatının 200 britaniyalı işçi arasında keçirdiyi sorğuya əsasən, özün
31 oktyabrTürkiyədə ata təcavüzə uğramış qızını öldürmək üçün xəstəxanaya basqın etdi
Türkiyənin Adana şəhərində cinsi istismara məruz qalan qızını öldürmək istəyən ata məhkəmə zalında həbs olunub. "Haber Global"a istinadən xəbər verir ki, cinsi zorakılıq qurbanı olan qız polisə şikayət etdikdən sonra atası onu öldürmək qərarına gəlib. Polis əməkdaşları onu tibbi müayinə üçü
31 oktyabrLavrov ABŞ-a gedib
Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ-a gedib. APA-nın Moskva bürosu xəbər verir ki, Lavrov Atlantada G20 Xarici İşlər Nazirlərinin görüşündə iştirak edəcək. Rusiya XİN rəhbərinin bir sıra rəsmi şəxslərlə, o cümlədən ABŞ dövlət katibi Marko Rubio ilə ikitərəfli danışıqları gözlənilir
30 oktyabrİran ordusu ABŞ-nin hərbi hazırlıqlarını izləyir
İran ordusu ABŞ-nin fəaliyyəti və hərbi hazırlıqlarını izləyir, istənilən hücumun dəf edilməsinə hazırdır. "Report" ISNA-ya istinadən xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrin Baş Qərargah rəisi Əli Abdullahinin açıqlamasında deyilir. "Düşmənçilik xarakterli addımının əlamətlər
1 noyabrRusiyanın ən yeni qırıcı təyyarəsi yanıb
Rusiyanın beşinci nəsil Su-57 qırıcısı yanıb. "UNİAN" xəbər verir ki, hadisə ötən gün "Axtubinsk" aerodromunda baş verib. Məlumata görə, mühərriklərin işə salınması zamanı texniki nasazlıq yaranıb. Bundan sonra təyyarə alovlanaraq yanıb
30 oktyabrİran yeni silahlar sınaqdan keçirib
İran yeni silahları sınaqdan keçirib və ordu yüksək hazırlıq vəziyyətindədir. "Report" xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi "Al Jazerra" telekanalına müsahibəsində bildirib. "Silah imkanlarımızı yeniləmişik, zəif cəhətləri aradan qaldırmışıq və yen
1 noyabr