Hamını təəccübləndirən qəbilə: Ölünün külünü yeyirlər
Braziliya və Venesuela sərhədlərində yaşayan Yanomami qəbiləsi maraqlı adət-ənənələri ilə hər kəsi təəccübləndirir. Dünyanın bir çox müxtəlif bölgələrində fərqli adət-ənənələrə malik tayfalar olsa da, yanomamilər onların arasında ən unikal xüsusiyyətlərə malikdir.
Sonxeber.az-ın Lent.az-a istinadən məlumatına görə, təxmin edilir ki, bu gün yalnız 35.000 yerli Yanomami üzvü qalıb. Xarici dünya ilə böyük ölçüdə əlaqəsi olmayan bu qəbilə zorakılığa olan marağı ilə də tanınır. Qəbilənin kişiləri isə zorakılığa xüsusi meylləri ilə tanınır. Qəbilə qadınları iri heyvanların ovlanması və öldürülməsi istisna olmaqla, bütün ev işlərinə görə məsuliyyət daşıyırlar. Qəbilə qidasının 80 faizini öz bağlarından alır. Yanomami qadınları məhsul verənə qədər bağçalarında tərəvəz əkirlər.
Amazon bölgəsinin torpağı çox münbit olmadığı üçün iki-üç ildən bir bağlarını başqa yerlərə köçürürlər. Ovçuluq tayfanın qidasının 10 faizini təmin etsə də, ovçuluq kişilər arasında çox mühüm hesab edilir. Ov qaydaları arasında onların öldürdüyü əti yeməmək də var. Hər ovçu öz öldürdüyü heyvanını başqasına verir.
Ovlar qəbilə kişiləri arasında bölüşdürülür. Yanomami qızlarından çox gənc yaşlarından analarına kömək etmələri gözlənilir. Müəyyən yaşda olan gənc qızlardan da evlənmək və çoxlu uşaq dünyaya gətirmək istənilir. Qəbilədə qohum nikahları da geniş yayılıb. Qəbilədə əksər hallarda xala uşaqları kimi evliliklərə rast gəlinir.
Rituallar Yanomami mədəniyyətinin çox mühüm hissəsi hesab olunur. Burada hər canlının, daşın, qayanın, hər hansı bir əşyanın ruhu olduğuna inanılır. Bu ruhların bəzən yaxşı, bəzən də pis və təcavüzkar olduğu, bəzən də xəstəliklərə şəfalı olduğuna inanılır.
Qəbilə daxilində keçirilən mərasimlərin əksəriyyətində qadınların iştirakına icazə verilmir. Bununla belə, mərasimin hazırlanmasında qadınlar mühüm rol oynayır. Böyük mərasimlər üçün Yanomami qadınları kişilər üçün yemək və içki hazırlayır.
Qəbilənin ən maraqlı xüsusiyyətlərindən biri də ölən qohumunun külünün qaynadılmış bananla qarışdırılaraq yeyilməsidir. Bu ənənə Yanomami xalqını gücləndirmək və həmin şəxsin ruhunu canlı saxlamaq üçün edilir. Beləliklə, mərhumun səlahiyyətlərinin onlara keçəcəyinə dair bir inanc var.









Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Nazir məktəblərlə bağlı ƏMR İMZALADI: Dəyişiklik EDİLDİ
Noyabrın 1-dən bu avtobuslar DƏYİŞİR - Gedişhaqqı...
2027-ci il nə ilidir? - Şərq təqvimi AÇIQLANDI
Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
Noyabrda 11 gün İŞ OLMAYACAQ - TARİXLƏR
Pensiyaçılar, uşaqlar və işləyənlər üçün YENİ MƏBLƏĞLƏR AÇIQLANDI
Maaşlar nə qədər və nə vaxt artacaq? - YENİ TARİX
Niyə bu sabunun üzərinə 72 faiz yazılır?
Dondurucudakı qiyməni 15 dəqiqəyə əritməyin yolu
Noyabrda hava kəskin DƏYİŞƏCƏK - XƏBƏRDARLIQ EDİLDİ
Qaz plitəsi, kombi və su qızdırıcıları istifadə edənlərin nəzərinə: 6 gün sonra yeni qaydalar qüvvəyə minir
Qışda bu 5 əşyanı maşına qoymadan yola çıxmayın
Hər ay əlavə pensiya alacaq şəxslərin SİYAHISI AÇIQLANDI
Azərbaycan XİN-dən Feridun Sinirlioğlu BMT Baş katibi vəzifəsinə namizədliyinə reaksiya
31 yaşlı diş həkimi vəfat etdi - FOTO