Hollivud ulduzu evindən ruhları qovmasından danışdı
Meksika əsilli amerikalı aktrisa Salma Hayek evindən ruhları necə qovmağa çalışdığını danışıb. Bu barədə o, "Ellen Deceneres ilə şou"da açıqlayıb.
55 yaşlı məşhur şəxs paranormalla şəxsən qarşılaşmadığını deyib. Lakin onun Londondakı evində qohumları və qulluqçuları evdə işıqların kortəbii yanması və sönməsindən, pianonun öz-özünə ifasından, qapı-pəncərənin açılıb-bağlanmasından şikayətləniblər. Hayekin qızı Valentina da ruhları gördüyünü deyib.
"Ailəmi sakitləşdirdim və dedim ki, bu işlərlə məşğul olan bir nəfəri tapıb gətirərəm. Bu doğru olmasa belə, heç olmasa, hər şeyin bitdiyini düşünərək psixoloji cəhətdən sakitləşəcəkdilər", - deyə Hayek bildirib.
Artistin sözlərinə görə, evinə gələn paranormal varlıqlar mütəxəssisi ailəsini daha çox qorxudub. Belə ki, o, 20-yə yaxın kabus saydığını deyib.
Hollivud ulduzu bununla belə, ruhların hamısının onun evini tərk etmədiyini bildirib. Belə ki, medium, hansısa rahibəyə aid olan ruhlardan birinin evdən çıxmaq istəmədiyini deyib.
"O, təkid edirdi ki, bu rahibədən yaxşı enerji gəlir və o, qalır", - deyə aktrisa sözlərini yekunlaşdırıb.\oxu.az
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 976 Tarix: 10 noyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Rusiyada siçan qızdırmasına kütləvi yoluxma qeydə alındı
Rusiyada siçan qızdırmasının kütləvi yayılması halları qeydə alınıb. Ölkənin müxtəlif bölgələrində təqribən 1500 nəfər tibbi yardım üçün həkimlərə müraciət edib. xəbər verir ki, bu barədə "SHOT" "Telegram" kanalı məlumat yayıb. Məlumata görə, Nijni Novqorod və Saratov vilayətlərində
1 noyabrDünyanın ən bahalı şirkəti üç ay sonra dəyişdi
"Apple" texnologiya korporasiyası olan "Nvidia"nı geridə qoyaraq yenidən dünyanın ən dəyərli şirkəti statusuna sahib olub. xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb. Bildirilir ki, oktyabrın 30-na olan məlumata əsasən, "Apple"ın bazar kapitallaşmas
31 oktyabrABŞ Ukraynaya 500 ədəd "Patriot" raketinin satışına razılıq verdi
ABŞ hökuməti Ukraynaya "Patriot" zenit-raket kompleksi üçün 500 ədəd "PAC-3" raketi və müvafiq avadanlığın 2.1 milyard dollar məbləğində satışını təsdiqləmək barədə qərar qəbul edib. xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb. Bəyanatda vurğulanır ki, satınalm
1 noyabrTramp Kubaya vaxt qoydu
ABŞ Prezidenti Donald Tramp Kuba ilə bağlı vəziyyətin onun prezidentlik müddəti başa çatana qədər dəyişəcəyini bildirib. "RİA Novosti"yə istinadən xəbər verir ki, Tramp bu barədə bloqer Benni Consona müsahibəsində danışıb. ABŞ lideri Vaşinqtonun Kubada baş verənləri diqqətlə izlədiyini vurğulayıb
1 noyabrBritni Spirs maddi dəstəyi dayandırdı, keçmiş əri borca düşdü
Müğənni Britni Spirsin keçmiş həyat yoldaşı, rəqqas Kevin Federlayn eks-arvadının maddi dəstəyi dayandırıldıqdan sonra ciddi borc problemi ilə üzləşib. "Page Six" nəşrinə istinadən xəbər verir ki, kredit kartı borcuna görə Federlayn barəsində məhkəmə iddiası qaldırılıb. Nəşrin əldə etdiyi məhkəm
1 noyabr