Güney Azərbaycanda məhkəmə sədri bölgə əhalisini hədələyərək "qarətçi" adlandırdı

Güney Azərbaycanda məhkəmə sədri bölgə əhalisini hədələyərək "qarətçi" adlandırdıŞərqi Azərbaycan əyalətinin Xarvana bölgəsinin məhkəmə sədri höccətülislam Səmii, Əndirian qızıl mədəni ətrafında yaşayan yerli əhalini təhqir edib.

"GünAz.Tv" xəbər verir ki, kəndliləri qarətçilikdə günahlandıran məhkəmə sədri onlara qarşı sərt tədbirlər görülməsini istəyib. O, yerli sakinləri bölgədə yerləşən qızıl mədənlərindən qanunsuz və gizli şəkildə qızıl konsentratı əldə etdiklərini, bunun xəyanət və xalqın malını oğurlamaq olduğunu deyərək, hüquq-mühafizə orqanlarını daha ciddi addımlar atmağa çağırıb.

Məhkəmə sədri bölgə məhkəmələrinə göndərilən cinayət işlərinin 35 faizinin qızıl konsentratı qaçaqmalçılığı ilə bağlı olduğunu qeyd edib.

"Xalqın əmin-amanlığını, ictimai asayişini pozmaq, milli sərvətləri talamaq məhkəmə sisteminin qırmızı xəttidir və qanunu pozanlarla mübarizə isə məhkəmənin fəaliyyətinin prioritet istiqamətidir", - deyə Səmii bildirib.

Qeyd edək ki, Vərziğan və Xarvana bölgəsində mövcud olan "Əndirian" qızıl mədəni istismar üçün xarici şirkətlərə verilib. Bundan öncə də İran hökumətinə bağlı media qurumları və bir sıra rəsmilər qızıl mədəni ətrafında işləyən yoxsul əhalini təhqir edib, onları "qaçaqmalçı" adlandırıblar. Şərqi Azərbaycanda yerləşən Əndəryan qızıl mədəninin ümumi ehtiyatının 30 milyon ton civarında olduğu bildirilir. Əndəryan kəndi və bölgə əhalisi işsiz olduğu halda İran rejimi sözügedən mədəndə Çin, Rusiya, Gürcüstan və Ermənistan kimi ölkələrin vətəndaşlarını çalışdırır. Mədənin fəaliyyətindən bölgə əhalisinə çatan isə yalnız ətraf mühitin korlanmasıdır. Əndərian Qızıl Mədənində qızıl hasilatı üçün qeyri-standart və köhnə üsuldan istifadə olunur. Mədənin fəaliyyətinin ətraf mühitə vurduğu ziyana görə dəfələrlə etirazlar olsa da, İran rəsmiləri faktları gizlədərək mədənin fəaliyyətinin davam etməsinə şərait yaradıblar.

Ekspertlərin fikrincə, mədəndə hər gün təxminən bir ton natrium sianid istehlak olunur. Bu, çox təhlükəli və zəhərli maddədir. Həmin maddə havanı çirkləndirir və sonda yağıntılar zamanı torpağa daxil olur. Sözügedən maddə sonradan yeraltı suları da çirkləndirir.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 2465   Tarix: 13 noyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Rusiyada siçan qızdırmasına kütləvi yoluxma qeydə alındı

Rusiyada siçan qızdırmasının kütləvi yayılması halları qeydə alınıb. Ölkənin müxtəlif bölgələrində təqribən 1500 nəfər tibbi yardım üçün həkimlərə müraciət edib. xəbər verir ki, bu barədə "SHOT" "Telegram" kanalı məlumat yayıb. Məlumata görə, Nijni Novqorod və Saratov vilayətlərində

1 noyabr
.

İlon Mask və "Binance" qurucusu arasında gərginlik: Bir milyard dollarlıq xatırlatma

"Binance" kriptobirjasının qurucusu Çanpen Çjao amerikalı iş adamı və milyarder İlon Maskın "X" sosial şəbəkəsindəki reaksiyasından sonra 1 milyard dollardan çox dəyəri olan "SpaceX" səhmlərini satmaq ehtimalına eyham vurub. bu barədə RBC-ya istinadən xəbər verir. Məlumat

1 noyabr
.

Dünyanın ən bahalı şirkəti üç ay sonra dəyişdi

"Apple" texnologiya korporasiyası olan "Nvidia"nı geridə qoyaraq yenidən dünyanın ən dəyərli şirkəti statusuna sahib olub. xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb. Bildirilir ki, oktyabrın 30-na olan məlumata əsasən, "Apple"ın bazar kapitallaşmas

31 oktyabr
.

Yaponiya silah istehsalını iqtisadiyyatın əsas hərəkətverici qüvvəsinə çevirmək istəyir

Yaponiya hökuməti silah istehsalını ölkə iqtisadiyyatının inkişafının əsas hərəkətverici qüvvələrindən birinə çevirməyi planlaşdırır. "Report" xəbər verir ki, bu barədə Yaponiyanın NHK ictimai televiziya kanalı məlumat yayıb. Bildirilib ki, bu vəzifə Tokio hökumətinin ilin sonunadək qəbul etməy

1 noyabr
.

ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketinin satışına razılıq verdi

ABŞ hökuməti Ukraynaya "Patriot" zenit-raket kompleksi üçün 500 ədəd "PAC-3" raketi və müvafiq avadanlığın 2.1 milyard dollar məbləğində satışını təsdiqləmək barədə qərar qəbul edib. xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb. Bəyanatda vurğulanır ki, satınalm

1 noyabr
.

ABŞ, Yaponiya və Cənubi Koreya üçtərəfli Arktika-Sakit okean tərəfdaşlığı yaradıb

ABŞ, Yaponiya və Cənubi Koreyanın xarici işlər nazirləri Atlantada Üçtərəfli Arktika-Sakit okean Tərəfdaşlığının yaradılması haqqında memorandum imzalayıblar. "Report" xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb. Bildirilib ki, layihənin əsas məqsədi Sakit okean və Arktik

1 noyabr
.

Tramp Kubaya vaxt qoydu

ABŞ Prezidenti Donald Tramp Kuba ilə bağlı vəziyyətin onun prezidentlik müddəti başa çatana qədər dəyişəcəyini bildirib. "RİA Novosti"yə istinadən xəbər verir ki, Tramp bu barədə bloqer Benni Consona müsahibəsində danışıb. ABŞ lideri Vaşinqtonun Kubada baş verənləri diqqətlə izlədiyini vurğulayıb

1 noyabr
.

Britni Spirs maddi dəstəyi dayandırdı, keçmiş əri borca düşdü

Müğənni Britni Spirsin keçmiş həyat yoldaşı, rəqqas Kevin Federlayn eks-arvadının maddi dəstəyi dayandırıldıqdan sonra ciddi borc problemi ilə üzləşib. "Page Six" nəşrinə istinadən xəbər verir ki, kredit kartı borcuna görə Federlayn barəsində məhkəmə iddiası qaldırılıb. Nəşrin əldə etdiyi məhkəm

1 noyabr
.

Kitab və seriallara mövzu olan cinayət: Avstraliyalı qadının əməlləri dünyanı heyrətə salıb

Avstraliyada "göbələkli cinayət" kimi tanınan hadisəyə görə ömürlük həbs cəzasına məhkum edilən Erin Pattersonun apellyasiya şikayəti təmin edilməyib. Beləliklə, o, həyatının qalan hissəsini həbsxanada keçirəcək. Türkiyə mətbuatına istinadən xəbər verir ki, Pattersonun məhkəmə qərarından verdiy

1 noyabr