UNICEF Əfqanıstanda uşaq nikahlarının sayının artması barədə xəbərdarlıq edib
Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu Əfqanıstanda uşaq nikahlarının sayının artmasından narahatdır.
Bu barədə UNICEF-in icraçı direktoru Henrietta For bildirib.
"Əfqanıstanda uşaq nikahlarının sayının artması ilə bağlı xəbərlərdən dərin narahatam... Biz ailələrin cehiz müqabilində 20 günlük qız övladlarını gələcək evlilikləri üçün təklif etdikləri barədə etibarlı xəbərlər almışıq", - deyə For bildirib.
UNİCEF-də qeyd edilir ki, Əfqanıstanda erkən nikah kimi geniş yayılmış fenomen qadınlara qarşı məişət zorakılığına və ayrı-seçkiliyə, nəticədə həm də psixoloji problemlərə səbəb ola bilər. Təşkilatın hesablamalarına görə, 15-49 yaş arası əfqan qadınlarının 28 faizi 18 yaşından əvvəl evlənib.
UNİCEF-in məlumatına görə, Əfqanıstandakı əlverişsiz iqtisadi vəziyyət getdikcə daha çox ailəni qızları erkən yaşda evləndirməyə və ya uşaqlarını işə göndərməyə məcbur edir.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1686 Tarix: 14 noyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Rusiyada siçan qızdırmasına kütləvi yoluxma qeydə alındı
Rusiyada siçan qızdırmasının kütləvi yayılması halları qeydə alınıb. Ölkənin müxtəlif bölgələrində təqribən 1500 nəfər tibbi yardım üçün həkimlərə müraciət edib. xəbər verir ki, bu barədə "SHOT" "Telegram" kanalı məlumat yayıb. Məlumata görə, Nijni Novqorod və Saratov vilayətlərində
1 noyabrDünyanın ən bahalı şirkəti üç ay sonra dəyişdi
"Apple" texnologiya korporasiyası olan "Nvidia"nı geridə qoyaraq yenidən dünyanın ən dəyərli şirkəti statusuna sahib olub. xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb. Bildirilir ki, oktyabrın 30-na olan məlumata əsasən, "Apple"ın bazar kapitallaşmas
31 oktyabrABŞ Ukraynaya 500 ədəd "Patriot" raketinin satışına razılıq verdi
ABŞ hökuməti Ukraynaya "Patriot" zenit-raket kompleksi üçün 500 ədəd "PAC-3" raketi və müvafiq avadanlığın 2.1 milyard dollar məbləğində satışını təsdiqləmək barədə qərar qəbul edib. xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb. Bəyanatda vurğulanır ki, satınalm
1 noyabrTramp Kubaya vaxt qoydu
ABŞ Prezidenti Donald Tramp Kuba ilə bağlı vəziyyətin onun prezidentlik müddəti başa çatana qədər dəyişəcəyini bildirib. "RİA Novosti"yə istinadən xəbər verir ki, Tramp bu barədə bloqer Benni Consona müsahibəsində danışıb. ABŞ lideri Vaşinqtonun Kubada baş verənləri diqqətlə izlədiyini vurğulayıb
1 noyabrBritni Spirs maddi dəstəyi dayandırdı, keçmiş əri borca düşdü
Müğənni Britni Spirsin keçmiş həyat yoldaşı, rəqqas Kevin Federlayn eks-arvadının maddi dəstəyi dayandırıldıqdan sonra ciddi borc problemi ilə üzləşib. "Page Six" nəşrinə istinadən xəbər verir ki, kredit kartı borcuna görə Federlayn barəsində məhkəmə iddiası qaldırılıb. Nəşrin əldə etdiyi məhkəm
1 noyabr