50 qram araq, Kremlin sirləri, 92 il ömür - BİR NAZİR HAQDA BİR NEÇƏ KƏLMƏ

50 qram araq, Kremlin sirləri, 92 il ömür - BİR NAZİR HAQDA BİR NEÇƏ KƏLMƏÇazov norması. Belə deyirdilər sovetlər dönəmində içməyə bəraət qazandıranlar. Və bu dozanı o, hə, məhz o, akademik, SSRİ-nin bir nömrəli həkimi, Səhiyyə naziri Yevgeni İvanoviç Çazov təyin etmişdi. Rəsmən, ya qeyri-rəsmi, hər halda belə deyirdilər. Hətta Andropovun alkoqolizmə qarşı mübarizə illərində belə Çazov cəsarətlə bunu deyirdi.

Amma 50 qram, çox yox. Sovet insanı isə təbii ki 50 qramla kifayətlənmirdi, əndazəni aşırdı, normaları pozurdu. Sonda infarkt, insult…

O da elə kardioloq idi. Qeyri-rəsmi Kremlin baş həkimi sayılırdı. Onun pasiyentləri təkcə Sovet rəhbərliyinə daxil olan şəxslər deyildi. O vaxt Brejnevin təşəbbüsüylə yaradılmış SSRİ Səhiyyə Nazirliyinin 4-cü idarəsi birbaşa partiya rəhbərlərinin sağlamlığına cavabdeh idi. Amma o, təkcə dövlət məmurlarına deyil, tanınmış mədəniyyət, incəsənət nümayəndələrinə, elm xadimlərinə, ölkənin inkişafına xüsusi töhfələr verən insanlara da xidmət edib. Bundan başqa dünyanın 20-dən çox dövlətinin başçısı da öz ürəklərini ona etibar ediblər.
Müsahibələrinin birində deyirdi: "1967-ci ildə cəmi 37 yaşım vardı. Mən məşhur həkim Myasnikovun müavini kimi Kardiologiya İnstitutuna rəhbərlik edirdim. Bir inzibatçı kimi özümü çox gənc və təcrübəsiz, siyasətçi və diplomat kimi isə heç bir şeyə yaramayan biri hesab edirdim. Belə bir vaxtda isə məni problem və sirlərlə dolu olan çox nüfuzlu və qapalı bir tibb müəssisəsinə rəhbərlik etməyə dəvət edirdilər".

1967-ci ildən 1986-cı ilə qədər Çazov bu idarəyə rəhbərlik edib.

Deyilənə görə, həmin dövrdə Çazovun üzərinə düşən ən böyük məsuliyyət Brejnevin səhhətinə cavabdehlik olub.

Brejnevin səhhətindəki adi dəyişiklik olduqda Çazovdan hesabat tələb edilirdi.

Onun müsahibəsindən: "Brejnevlə də xüsusi münasibətlərim vardı. Brejnev əvvəllər bacarıqlı, enerjili, işlək, sərt və tələbkar adam idi. Amma ömrünün son 5-6 ilində o dəyişmişdi. Çox yumşaq, mülayim olmuşdu, hər gün qulluq tələb edirdi. Təəssüf ki, bu gün hansısa maraqlara görə, bəlkə də sensasiya xətrinə Brejnevdən az qala ölkənin necə idarə olunmasından xəbəri olmayan, başı guya özünə orden-medal verməyə qarışan zəif rəhbər obrazı yaradırlar. Əsla belə deyil. Brejnevin rəsmi xarici səfərlərində onu müşayiət edən şəxs kimi deyə bilərəm ki, onu hər yerdə böyük ehtiramla qarşılayır, o isə özünü nəhəng dövlətin rəhbəri kimi çox abırlı və ləyaqətli aparırdı. Sadəliyi və ciddiyyəti ilə hamını özünə valeh edə bilirdi. Brejnev hakimiyyətinin ilk illərində güclü siyasi aktyor idi. Amma təəssüf ki, o, güclü yuxugətirici dərmanlardan həddən artıq çox istifadə edirdi ki, bu da toksokamaniyaya gətirib çıxarmışdı. Nəticə ağır oldu - beyin damarlarının aterosklerozu".

Çazov qeyd etdiyimiz kimi uzun illər Kremlin bir nömrəli həkimi olub. O, Kremldəkilərin əksəriyyətinin özəl həyatından da xəbərdar idi.

Bir dəfə müsahibəsində sovet insanının az qala büt saydığı sabiq sovet rəhbəri Yuri Andropovla bağlı demişdi: "Mən dəqiq bilirəm ki, Andropovun çox ciddi və gözəl bir qadınla gizli əlaqələri və sevgi macərası vardı. Qadın da Andropova biganə deyildi, amma ikisi də bunu hamıdan gizlədirdi. Andropov o nəhəng sistemin başında dayansa da vaxt o vaxt deyildi. Bunu şəxsi həyatımdan da bilirəm. İkinci dəfə evlənəndə məni partiyadan, gənc arvadımı isə komsomoldan çıxardılar. Arvadımdan aborta getməyi, məni birdəfəlik unutmağı tələb etdilər və s. Nə isə, Andropovu başa düşürdüm. Bir gün Andropov məndən qəribə bir xahiş etdi. Yuri Vladimiroviç gülümsünüb dedi ki, onun sevimli qadınının oğluna tibb institutuna daxil olmaqda kömək etməyimi istədi".

Çazovun sabiq Rusiya prezidenti Boris Yeltsinlə bağlı da maraqlı xatirəsi var: "Mən Yeltsini o, hələ Sverdlovsk Vilayət Partiya Komitəsinin birinci katibi olan vaxtdan şəxsən tanıyırdım. Onun haqqındakı təəssüratım pis deyildi. Amma Yeltsin Moskvaya gələndən sonra içkiyə qurşandı. Sonra da sakitləşdirici dərmanlardan həddən artıq istifadə etməyə başladı. Bir dəfə səhhəti pisləşdi deyə onu xəstəxanaya yatırdılar. Arvadının və həkimlərin yanındaca Yeltsinə dedim ki, içməyi birmənalı olaraq dayandırıb sağlam həyat tərzi sürməlisən. Çox ağıllı və ziyalı qadın olan Naina İosifovna Yeltsina məni müdafiə etdi. Yeltsin isə uzandığı çarpayıdan qalxıb əsib-coşmağa və mənim üstümə qışqırmağa başladı. Mənə beləcə də dedi: Rədd ol buradan!"

Bir dəfə isə Qorbaçov haqda belə deyib: "Mən Qorbaçovu çox məsələlərdə günahlandırıram və onun haqqında hər şeyi bilirəm. Növbəti xatirələr kitabımda Mixail Qorbaçov haqqında bildiyim son hərfi də işıqlandıracam..."

Çazov Rusiya insanının sağlamlığı ilə bağlı daim həyəcan təbili çalıb. Məsələn, bir dəfə, özü də ahıl çağında Moskvada mətbuat konfransı çağırıb və açıq şəkildə bəyan edib: "Rusiyada hər il 1 milyon 280 min adam ürək-damar xəstəliklərindən ölmüşdür. Ölkədə yüksək arterial təzyiqli 41,6 milyon adam var, lakin onların cəmi 8 milyonu həkim qeydiyyatındadır".

Yeri gəlmişkən, bayaq adını çəkdiyimiz Andropov da təzyiqdən əziyyət çəkib. Onun kəskin şəkəri və böyrək çatışmamazlığı da varmış. Çazov bir dəfə etiraf etmişdi ki, məhz o və sovet səhiyyəsi baş katibin ömrünü ən azı 15 il uzadıb.

O, bu gün 92 yaşında dünyasını dəyişdi. Çazov sovet dövlətinin əfsanəvi nazirlərindən sayılırdı. Ona görə yox ki, dünyanı idarə edən adamları müalicə etmişdi. Həm də ona görə ki, o, bir sirr boxçasıydı. Bu boxçanı isə o, 1992-ci ildə açdı. SSRİ dağılandan sonra, "Sağlamlıq və hakimiyyət: Kreml həkiminin xatirələri"ni yazmaqla...


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 2459   Tarix: 15 noyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İran yeni silahlar sınaqdan keçirib

İran yeni silahları sınaqdan keçirib və ordu yüksək hazırlıq vəziyyətindədir. "Report" xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi "Al Jazerra" telekanalına müsahibəsində bildirib. "Silah imkanlarımızı yeniləmişik, zəif cəhətləri aradan qaldırmışıq və yen

1 noyabr
.

Misirin XİN rəhbəri ABŞ və İran arasında qarşıdurmanın yeni mərhələsi barədə xəbərdarlıq edib

Misirin xarici işlər naziri Bədr Abdel Ati ABŞ və İran arasında silahlı qarşıdurmanın yeni mərhələsinin daha dağıdıcı ola biləcəyi və ağır nəticələrə səbəb olacağı ilə bağlı ciddi narahatlığını ifadə edib. "Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə o Bəhreyndə keçirilə

1 noyabr
.

Donald Tramp ona qarşı aksiyaların Corc Soros tərəfindən maliyyələşdirildiyini açıqladı

ABŞ Prezidenti Donald Tramp ona qarşı təşkil edilən etiraz aksiyalarının milyarder Corc Soros tərəfindən maliyyələşdirildiyini iddia edib. -ın məlumatına görə, bu barədə "The Wall Street Journal" nəşri yayıb. "Yenə bir etirazçı. Onlara Soros pul ödəyir. Üstəlik, bu adam ucuz başa gəli

31 oktyabr
.

ABŞ-də pilotlar 12 min metr yüksəklikdə UNO gördülər

ABŞ-nin Uçan Naməlum Obyektlərin (UNO) Öyrənilməsi üzrə Milli Mərkəzi (NUFORC) Ohayo ştatı üzərində naməlum obyektlə qarşılaşan pilotların hesabatını dərc edib. xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb. Məlumata görə, 2026-cı il avqustun 16-da mülki təyyarəni idarə edən pilotla

1 noyabr
.

Cey Di Vens məxfi sənədlər əsasında UNO-ları araşdıracaq: "Yaxşı və pis ruhlar mövcuddur"

ABŞ-nin vitse-prezidenti Cey Di Vens uçan naməlum obyektlər (UNO) və qeyri-adi təbiət hadisələrinə dair məlumatları araşdırmaq məqsədilə gizli sənədlərə olan çıxış imkanından faydalanacağını bəyan edib. xəbər verir ki, siyasətçi bu barədə "Fox News" telekanalının efirindəki çıxışı zamanı danışıb

1 noyabr
.

Yaponiya silah istehsalını iqtisadiyyatın əsas hərəkətverici qüvvəsinə çevirmək istəyir

Yaponiya hökuməti silah istehsalını ölkə iqtisadiyyatının inkişafının əsas hərəkətverici qüvvələrindən birinə çevirməyi planlaşdırır. "Report" xəbər verir ki, bu barədə Yaponiyanın NHK ictimai televiziya kanalı məlumat yayıb. Bildirilib ki, bu vəzifə Tokio hökumətinin ilin sonunadək qəbul etməy

1 noyabr
.

"MS NOW" ABŞ-nin İrana zərbələri bərpa edə biləcəyi tarixi açıqlayıb

ABŞ Konqresinə aralıq seçkilərdən bir gün sonra İrana yenidən zərbələr endirə bilər. "Report" xəbər verir ki, bu barədə "MS NOW" telekanalı mənbələrə istinadən məlumat yayıb. Qeyd olunub ki, ABŞ administrasiyası Fars körfəzi ölkələrini noyabrın 4-də başlaya biləcək "qısa və intensi

1 noyabr
.

Sobçak və həyat yoldaşının Latviyaya girişi qadağan edildi

Rusiyalı jurnalist Kseniya Sobçak və həyat yoldaşı, rejissor Konstantin Boqomolovun Latviyaya girişinə qadağa qoyulub. Axşam.az xəbər verir ki, bu barədə Latviyanın xarici işlər naziri Bayba Braje açıqlayıb. Nazirin sosial şəbəkə hesabında paylaşdığı məlumata görə, 44 yaşlı Sobçak və 51 yaşlı Boqomolo

1 noyabr
.

Rusiya dizel ixracına qoyulan qadağanın müddətini uzatdı

Rusiyanın Nazirlər Kabineti dizel məhsullarının ixracına qoyulan qadağanın müddətini daha üç ay uzadıb. TASS-a istinadən xəbər verir ki, yeni qərar 2027-ci ilin yanvarın 31-dək qüvvədən qalacaq. Bildirilir ki, qadağa ölkənin daxili yanacaq bazarında sabitliyin qorunması məqsədilə tətbiq edilir. Nəzər

31 oktyabr