Səddam Hüseynin müdafiəsi üçün iki prezident pul ayırıb - FOTO
Liviyanın keçmiş prezidenti Müəmmar Qəddafi və Yəmənin sabiq dövlət başçısı Əli Abdulla Saleh İraqın keçmiş lideri Səddam Hüseynin Əmmanda yerləşən müdafiə vəkilləri komitəsinin maliyyələşdirilməsi üçün vəsait ayırıblar.
Sonxeber.az "Report"a istinadən xəbər verir ki, bu barədə Səddam Hüseynin vəkili Büşra Xəlil "RİA Novosti"yə açıqlamasında bildirib.
"Vəkillər komitəsinin xərclərinə gəlincə, prezident Qəddafi bu məbləği Əmmanda komitənin ofisində işlədiyi üçün Raqedə (Səddam Hüseynin qızı-red) bağışladı, prezident Əli Abdulla Saleh də həmçinin bu məbləği bağışladı", - Xəlil bildirib.
İraqın öldürülən keçmiş liderinin qızı Raqed Hüseyn ABŞ-ın İraqda hərbi kampaniyasının başlamasından sonra İordaniyaya köçüb və burada Səddam Hüseyni məhkəmədə təmsil edən vəkillər komitəsinin koordinatoru olub.
"Əmmandan Bağdada biletləri xanım Raqed təmin edib, digərləri də öz ölkələrindən onun hesabına uçublar, otellərin xərcləri isə komitənin büdcəsindən ödənilib", - vəkil əlavə edib.
Qeyd edək ki, bu gün - dekabrın 30-u ABŞ-ın İraqa hərbi müdaxiləsindən sonra ölkədə mövcudluğu təsdiqini tapmayan kütləvi qırğın silahlarının axtarışı bəhanəsi ilə Səddam Hüseyni edam etməsinin 15-ci ildönümü tamam olur.
ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın İraqa hərbi müdaxiləsi 2003-cü ildə baş verib. Prezident Səddam Hüseyn beynəlxalq terrorizmlə mübarizə və kütləvi qırğın silahlarının axtarışı bəhanəsi ilə devrilib və edam edilib.
İraqın keçmiş lideri 6 aya yaxın amerikalılardan gizlənə bilib, lakin 2003-cü ilin dekabrında doğma şəhəri Tikrit yaxınlığında yaxalanıb. Xüsusi tribunalın ilk iclası 2004-cü ilin iyulunda baş tutub. Məhkəmə Hüseyni təqsirli bilib və 2006-cı il noyabrın 5-də asılaraq edam cəzasına məhkum edib.


Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Nazir məktəblərlə bağlı ƏMR İMZALADI: Dəyişiklik EDİLDİ
Noyabrın 1-dən bu avtobuslar DƏYİŞİR - Gedişhaqqı...
Noyabrda 11 gün İŞ OLMAYACAQ - TARİXLƏR
Maaşlar nə qədər və nə vaxt artacaq? - YENİ TARİX
2027-ci il nə ilidir? - Şərq təqvimi AÇIQLANDI
Pensiyaçılar, uşaqlar və işləyənlər üçün YENİ MƏBLƏĞLƏR AÇIQLANDI
Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
Qaz plitəsi, kombi və su qızdırıcıları istifadə edənlərin nəzərinə: 6 gün sonra yeni qaydalar qüvvəyə minir
Noyabrda hava kəskin DƏYİŞƏCƏK - XƏBƏRDARLIQ EDİLDİ
Qışda bu 5 əşyanı maşına qoymadan yola çıxmayın
Azərbaycan XİN-dən Feridun Sinirlioğlu BMT Baş katibi vəzifəsinə namizədliyinə reaksiya
31 yaşlı diş həkimi vəfat etdi - FOTO
Hər ay əlavə pensiya alacaq şəxslərin SİYAHISI AÇIQLANDI
Dondurucudakı qiyməni 15 dəqiqəyə əritməyin yolu
Gözəllik müsabiqəsinin qalibləri bəlli oldu