Avstriyada yaşayan Qarabağ qazisi və türk iş adamı təltif olunub
Avstriyanın Salzburq şəhərində yerləşən Azərbaycan Evində 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə tədbir keçirilib.
Sonxeber.az "Report"a istinadən xəbər verir ki, tədbiri giriş sözü ilə Avstriya Azərbaycanlıları Cəmiyyətinin sədri Fərid Əzizov açıb. O, 44 günlük Zəfərlə nəticələnən tarixi qələbədən bəhs edib. Xalqımızın bir yumruq kimi Ali Baş Komandan, Prezident İlham Əliyevin ətrafında birləşərək Vətənin bütövlüyünü bərpa etməsindən danışıb. Vətən Müharibəsində canlarını qurban verən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycan həqiqətlərinin Avstriya ictimaiyyətinə çatdırılması və 2021-ci ildə diaspor quruculuğu işlərində göstərdiyi xüsusi fəallığa görə bir qrup fəal, Türkiyə Respublikasının vətəndaşı təşəkkürnamə ilə təltif olunub.
Təltif edilənlər arasında Avstriyada fəaliyyət göstərən psixoloq Nərmin Xanalızadə, birinci Qarabağ müharibəsi iştirakçısı, qazi Ramiz Məmmədov, türkiyəli iş adamı Durmuş Aydəmir də var.
Mükafatlandırılan şəxslər təltif edilmələrinin onlar üçün böyük mənəvi stimul olduğunu söyləyiblər.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 4113 Tarix: 01 yanvar 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
And dağlarının altında nəhəng qızıl yatağı tapıldı - Fəlakətə səbəb ola bilər
Argentina ilə Çili sərhədində yerləşən And dağlarının altında geoloqlar mis, qızıl və gümüşlə zəngin, dünyanın ən iri yataqlarından biri hesab edilən yeni faydalı qazıntı sahəsi aşkar ediblər. Lakin ekoloqlar xəbərdarlıq edirlər ki, yatağın sənaye miqyasında işlənməsi ətraf mühitə ciddi zərər vura bilər
22 iyulTəkbaşına qəhvə içməyi sevən insanlara xas 9 xüsusiyyət
Məhsuldarlığın demək olar ki, həyat tərzinə çevrildiyi müasir dünyada bir fincan qəhvə ilə qısa fasilə vermək bəzən vaxt itkisi kimi görünə bilər. Lakin "Your Tango" nəşrinin yazdığına görə, psixoloqlar hesab edirlər ki, heç nə etmədən bir neçə dəqiqə dincəlmək psixi sağlamlığın qorunmasını
20 iyulÜST xərçəng xəstəliyindən qorunmağın effektiv üsullarını açıqladı
Spirtli içkilərdən və tütün məmulatlarından imtina onkoloji xəstəliklərin profilaktikasında ən effektiv üsullardan biridir. xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Rusiya nümayəndəliyindən RİA Novosti-yə məlumat verilib. Təşkilatın məlumatına görə, ən təsirli yanaşma HPV və hepati
19 iyulXameneidən ABŞ-yə sərt ittiham: "Vaşinqton öz əsl üzünü göstərdi"
"ABŞ tərəfindən sazişin dəfələrlə pozulması Amerika prezidentinin imzasının əhəmiyyətsizliyini və etibarsızlığını bir daha nümayiş etdirib". "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir ki, bunu İranın ali rəhbəri Müctəba Xamenei bəyan edib. Onun sözlərinə görə
19 iyulFransada tıxacların uzunluğu rekord həddə çatıb
Fransada iyulun 18-də avtomobil tıxaclarının ümumi uzunluğu 708 kilometrə çatıb. xəbər verir ki, bu barədə "Sortiraparis" portalına istinadən məlumat yayılıb. Ən ciddi tıxaclar cənuba doğru istiqamət alan və Rona vadisindən keçən A7 avtomagistralında müşahidə olunub - burada tıxacın uzunluğ
19 iyulİran ordusu ABŞ-nin Küveytdəki bazalarına PUA hücumu təşkil edib
İran ordusu ABŞ-nin Küveytdəki bazalarına pilotsuz uçuş aparatları (PUA) ilə hücum təşkil edib. "Report" "Tasnim" agentliyinə istinadən xəbər verir ki, bu barədə ordunun mətbuat xidmətinin açıqlamasında deyilir. Bildirilib ki, zərbələr "düşmənin davamlı təcavüzlərinə, körpülərə
19 iyul