Ermənistan və Rusiyada Qazaxıstanı parçalamaq planları qurulur? - FOTO

Ermənistan və Rusiyada Qazaxıstanı parçalamaq planları qurulur? - FOTOQazaxıstanda baş verən etirazlar bu ölkəyə qarşı məkrli planları olan qüvvələri hərəkətə gətirib.

Belə ki, sosial şəbəkənin erməni və rus seqmentində, o cümlədən mətbuatında ölkədə baş verən hadisələrə tam "fərqli" yanaşma göstərilib. "Fərqli"lik isə etirazların Qazaxıstanı parçalamaq üçün fürsət kimi görülməsindən ibarət olub.

Məsələn, rusiyalı jurnalist ("Vesti" nəşri) Andrey Medvedyev belə bir sualla çıxış edib:

"Hazırkı vəziyyətdə Rusiya kimi dəstəkləməlidir? Etirazçıları yoxsa hakimiyyəti? Düzgün cavab – heç kimi".

Jurnalist Qazaxıstan hökumətinin "qazax "qolodomor"u ideyasını təbliğ etdiyini, rus dilinin sıxışdırılmağa çalışdığını iddia edib. Eyni ittihamları həmçinin etiraz edən təbəqəyə də yönəldib.
Ermənistan və Rusiyada Qazaxıstanı parçalamaq planları qurulur? - FOTO"Bu məsələdə mənim fikrimcə Britaniya prinsiplərini tətbiq etmək lazımdır. Burada daimi müttəfiqlər yoxdur, sadəcə daimi maraqlar var", - deyə o bildirib.

Jurnalist həmçinin Qazaxıstandakı rus əhalinin "təhlükəsizliyi" məsələsini gündəmə gətirib.

Qazaxıstanı parçalamaq sevdasına həmçinin "Sinyaya Boroda" (Mavi Saqqal) "Telegram" kanalı da düşüb. Qeyd edək ki, bu kanal erməniyönlü rus millətçisi, təbliğatçısı tərəfindən idarə olunur.
Ermənistan və Rusiyada Qazaxıstanı parçalamaq planları qurulur? - FOTOSözügedən şəxs paylaşımında bildirir ki, Qazaxıstanın ruslar yaşayan regionlarını Rusiyanın orbitinə daxil etmək üçün yaxşı məqam yaranıb. Belə ki, kanal sözügedən regionların əhalisini bir kənara çəkilib sakitcə baş verənləri izləməyə və "məqam" gözləməyə çağırır. Bundan sonra isə hadisələr Donbasdakı ssenari üzrə inkişaf edə biləcək.

"Təəssüf ki, donetsklilərdə bu qansız alınmadı. Ancaq bizdə həmin vaxt müvafiq təcrübə yox idi. İndi isə var", - deyə paylaşımda qeyd olunur.

Son cümlədəki, "təcrübə" sözsüz ki, Qazaxıstan dövlətini parçalamaq niyyətinin bariz ifadəsi sayılmalıdır.

Daha bir "Telegram" kanalı, erməni diasporunun "himayə"si altında fəaliyyət göstərən rusiyalı "hərbi jurnalist" və millətçinin idarə etdiyi "Starşe Eddı" da ölkə ərazisində yaşayan rus və rusdilli əhalini "ön plana" çəkilib.
Ermənistan və Rusiyada Qazaxıstanı parçalamaq planları qurulur? - FOTOHəmçinin qeyd olunub:

"Ukraynada iqtisadi tələblər altında başlayan, lakin çox keçmədən millətlərarası qarşıdurma mərhələsinə çevrilən vəziyyətin necə başa çatdığını hamımızın xatırlayırıq".

Göründüyü kimi burada da Ukrayna ilə analogiyalar aparılır. Üstəlik qeyd olunur ki, Rusiyanın tərəflərə xəbərdarlıq etməsi məqsədəuyğun hesab olunmalıdır. Belə ki, ruslara hücum cəhdləri birbaşa olaraq Rusiyaya hücum kimi qəbul olunmalıdır. Ortada millətlərarası hər hansı bir qarşıdurma zəmini olmasa da, sözügedən təbliğat maşınının bu cür əlaltıları süni gərginlik və ədavət yaratmaq üçün fürsəti əldən vermək istəmir.

Məhz bu səbəbdən Qazaxıstandakı vəziyyət Ukrayna ilə müqayisə olunur, ölkənin rusdilli əhalisinin "təhlükəsizliyi" məsələsi gündəmə gətirilir və Rusiyanın müdaxiləsi amili qabardılır.

Erməni diasporunun daha bir əlaltısı, rusiyalı hərbi müxbir, millətçi Aleksandr Kots isə məsələyə bir cümlə ilə reaksiya verib:

"Maraqlıdır, Tokayev Putinə qoşun yeridilməsi istəyini latın yoxsa Yanukoviç kimi köhnə əlifba ilə yazacaq?".
Ermənistan və Rusiyada Qazaxıstanı parçalamaq planları qurulur? - FOTOKənardan bir cümləlik münasibət kimi görünən bu sözlərdə isə yenə də Ukrayna ilə paralellər çəkilir, Qazaxıstanın Rusiyanın təsir dairəsindən çıxmaq cəhdlərinə işarə vurulur, üstəlik yenidən Moskvanın hərbi müdaxilə ehtimalı süni şəkildə ortaya atılır.

Elə Rusiyada yaşayan erməni bloqçu Mina Xaçatryan da Qazaxıstanda baş verən hadisələri öz təbliğat maşınlarının sifarişi əsasında şərh edir. Paylaşımında yenə də Qazaxıstanda yaşayan rus və rusdilli əhali məsələsi şişirdilir. Ukrayna və Gürcüstanda baş verənlərdən qazaxların dərs çıxarmadığı qeyd olunur.
Ermənistan və Rusiyada Qazaxıstanı parçalamaq planları qurulur? - FOTOBu kimi bir çox paylaşımlar birmənalı olaraq Qazaxıstan dövlətinə qarşı çirkin kampaniyanın başladılması anlamına gəlir. Ortada heç bir əsas olmadığı halda bir çox rusiyalılar və ermənilər artıq ölkəni parçalamağa başlayıblar.

Bütün bunlar isə yuxarıda göstərilənlərin eyni bir mərkəzdən idarə olunduğunu işarə edir. Bu mərkəzin isə harada yerləşdiyini təxmin etmək çətin deyil. Əsas alət kimi seçilən ermənilər isə həmişə olduğu kimi burada da katalizator rolunu oynayırlar./Oxu.az


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 2230   Tarix: 05 yanvar 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Müctəba Xamenei İrana qarşı istənilən təhdidlərə dərhal cavab verilməsini əmr edib

İran Silahlı Qüvvələrinin Ali Baş Komandanı ayətullah Seyid Müctəba Xamenei, coğrafi mövqeyindən asılı olmayaraq, düşmən tərəfindən gələn istənilən potensial təhdidlərə dərhal və effektiv cavab verilməsini tapşırıb. "Report" İran mediasına istinadən xəbər verir ki, bu barədə Xameneinin İsla

31 oktyabr
.

Trampın "Nobel" arzusu xanımına nəsib ola bilər

ABŞ-nin birinci xanımı Melaniya Trampın adı gələn il Nobel Sülh Mükafatına namizədlər sırasında yer ala bilər. Böyük Britaniyanın "Teleqraf" nəşrinə istinadən xəbər verir ki, buna səbəb onun Ukraynada humanitar yardımların həyata keçirilməsi istiqamətində göstərdiyi diplomatik cəhdlərdir. Məlumat

31 oktyabr
.

Donald Tramp ona qarşı aksiyaların Corc Soros tərəfindən maliyyələşdirildiyini açıqladı

ABŞ Prezidenti Donald Tramp ona qarşı təşkil edilən etiraz aksiyalarının milyarder Corc Soros tərəfindən maliyyələşdirildiyini iddia edib. -ın məlumatına görə, bu barədə "The Wall Street Journal" nəşri yayıb. "Yenə bir etirazçı. Onlara Soros pul ödəyir. Üstəlik, bu adam ucuz başa gəli

31 oktyabr
.

Kitab və seriallara mövzu olan cinayət: Avstraliyalı qadının əməlləri dünyanı heyrətə salıb

Avstraliyada "göbələkli cinayət" kimi tanınan hadisəyə görə ömürlük həbs cəzasına məhkum edilən Erin Pattersonun apellyasiya şikayəti təmin edilməyib. Beləliklə, o, həyatının qalan hissəsini həbsxanada keçirəcək. Türkiyə mətbuatına istinadən xəbər verir ki, Pattersonun məhkəmə qərarından verdiy

1 noyabr
.

Almaniyada müəllim 16 il işə çıxmadan maaş alıb

Almaniyada 62 yaşlı müəllim 16 il ərzində xəstəlik məzuniyyətində olmasına baxmayaraq, rəsmi maaş alıb. Bu müddətdə onun dalğıclıqla məşğul olduğu üzə çıxıb. "Lad Bible" nəşrinə istinadən xəbər verir ki, söhbət Vezel şəhərindəki peşə kollecinin müəlliməsindən gedir. Təhsil müəssisəsi qadın

1 noyabr
.

İran yeni silahlar sınaqdan keçirib

İran yeni silahları sınaqdan keçirib və ordu yüksək hazırlıq vəziyyətindədir. "Report" xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi "Al Jazerra" telekanalına müsahibəsində bildirib. "Silah imkanlarımızı yeniləmişik, zəif cəhətləri aradan qaldırmışıq və yen

1 noyabr
.

Budanov Ukrayna üzrə üçtərəfli danışıqların növbəti raundunda irəliləyiş gözləyir

Ukrayna ABŞ və Rusiya ilə üçtərəfli danışıqların növbəti raundunda irəliləyiş gözləyir. "Report" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Ofisinin rəhbəri Kirill Budanov amerikalı senatorlarla onlayn formatda keçirilən görüşün yekunlarına dair öz "Telegram" kanalında bildirib

31 oktyabr
.

İşə bir saatdan gec çatırsınızsa - 40 faiz artıq maaş almalısınız

Böyük Britaniyada aparılan yeni tədqiqatlar gündəlik işə gediş-gəliş vaxtının işçilərin psixoloji sağlamlığına və iş məmnuniyyətinə birbaşa təsir etdiyini göstərib. "Qafqazinfo" xəbər verir ki, "Chase" maliyyə təşkilatının 200 britaniyalı işçi arasında keçirdiyi sorğuya əsasən, özün

31 oktyabr
.

ABŞ Polşadakı vəziyyətlə bağlı açıqlama verdi

Polşa Konstitusiya Tribunalında baş verən hadisələr həqiqətən də çox ciddidir. xəbər verir ki, bunu ABŞ-ın Polşadakı səfiri Tom Rouz bildirib. "Görünür, hökumətin dövlət hakimiyyətindən istifadəsi, eləcə də konstitusiya qurumunun müstəqilliyi və səlahiyyətləri ilə bağlı görünməmiş bir qarşıdurmanı

31 oktyabr