Müctəba Xamenei İrana qarşı istənilən təhdidlərə dərhal cavab verilməsini əmr edib
İran Silahlı Qüvvələrinin Ali Baş Komandanı ayətullah Seyid Müctəba Xamenei, coğrafi mövqeyindən asılı olmayaraq, düşmən tərəfindən gələn istənilən potensial təhdidlərə dərhal və effektiv cavab verilməsini tapşırıb.
"Report" İran mediasına istinadən xəbər verir ki, bu barədə Xameneinin İslam Respublikası Silahlı Qüvvələrinin yüksəkrütbəli komandanları ilə görüşünün yekunlarına dair məlumatda bildirilib.
Xamenei hərbi kəşfiyyat sistemini gücləndirməyi, yerli müdafiə sənayesini həm doktrina, həm də taktiki ölçülərdə inkişaf etdirməyi, ən yeni texnologiyalar əsasında müasir müdafiə və güc imkanlarını artırmağı, eləcə də şəxsi heyətin döyüş ruhunu yüksəltməyi və onların maddi ehtiyaclarını təmin etməyi tapşırıb.
Bundan əlavə, ali baş komandan hədəflər siyahısının yenilənməsini əmr edib. Yenilənmiş siyahı ABŞ və İsrailin müxtəlif maddi və qeyri-maddi aktivlərini İran Silahlı Qüvvələrinin əlçatanlıq zonasında saxlamalıdır.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 121 Tarix: 31 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İşə bir saatdan gec çatırsınızsa - 40 faiz artıq maaş almalısınız
Böyük Britaniyada aparılan yeni tədqiqatlar gündəlik işə gediş-gəliş vaxtının işçilərin psixoloji sağlamlığına və iş məmnuniyyətinə birbaşa təsir etdiyini göstərib. "Qafqazinfo" xəbər verir ki, "Chase" maliyyə təşkilatının 200 britaniyalı işçi arasında keçirdiyi sorğuya əsasən, özün
31 oktyabrPolşada casusluqda şübhəli bilinən Rusiya vətəndaşı saxlanılıb
Polşada dəmir yolu infrastrukturu obyektlərinin çəkilişini apardığına görə casusluqda ittiham olunan 55 yaşlı Rusiya vətəndaşı saxlanılıb. "Report" xarici mediaya istinadən xəbər verir ki, bu barədə Polşanın cənub-qərbindəki Aşağı Sileziya voyevodalığının polis idarəsindən bildirilib. Həmi
30 oktyabrCənubi Koreyada eks-prezident Yun Sok Yol üçün ölüm cəzası tələb edilib
Cənubi Koreyanın xüsusi prokurorlar qrupu qiyam və hərbi vəziyyət elan etmə cəhdi ilə bağlı iş üzrə apellyasiya prosesi zamanı ölkənin sabiq prezidenti Yun Sok Yol üçün ölüm cəzası tələb edib. "Report" "Yonhap"a istinadən xəbər verir ki, xüsusi prokuror Ço In-sokun komandası bu tələb
29 oktyabrUkrayna konserv və neft emalı zavodunu tətil etdi
Ukrayna dronları Bryansk vilayətindəki Starodub şəhərinə hücum edib. Astra tərəfindən təhlil edilən yerli sakinlərin foto və videolarına görə, Konservuşprod müəssisəsi zərbə alıb. xəbər verir ki, hücumdan sonra fabrikin ərazisində böyük yanğın baş verib. Şirkətin veb saytında bildirilir ki, o, "Rusiy
30 oktyabrİtalyanlar əfsanəvi Ferrari obrazını yeni superkarda canlandırdılar
1978-ci ildə Paduada Ferrari-nin satışı və texniki xidməti ilə məşğul olan İtaliya şirkəti Michelotto, 4-cü və B qrup rallilərində iştirak etmək üçün orta mühərrikli Ferrari 308 GTB kupeləri əsasında öz dizaynlı avtomobillər istehsal etməyə başladı. xəbər verir ki, bu avtomobillər 1986-cı ilə qədər müxtəli
31 oktyabr