Ev heyvanlarının hüquqları uşaqların hüquqları ilə bərabərləşdirildi
İspaniyada ev heyvanları yalnız insanın sahib olduğu bir şey deyil, canlı və ağıllı varlıqlar kimi tanındığı qanun qüvvəyə minib.
Belə ki, artıq boşanma prosesi zamanı hakim ev heyvanlarının maraqlarını nəzərə almalı və sahiblərindən hansı ilə daha yaxşı olacağını müəyyən etməli olacaq.
"Heyvanlar ailənin bir hissəsidir və cütlük ayrılmaq qərarına gəldikdə, heyvanın taleyinə digər ailə üzvlərinin taleyi kimi ciddi diqqət yetirilməlidir", - deyə hüquqşünas Lola Qarsiya bildirib.
Onun sözlərinə görə, bu təcrübə tərk edilmiş və ya pis rəftar edilən ev heyvanlarının sayını azaltmağa kömək edəcək.
Hüquq müdafiəçisi əlavə edib ki, maliyyə qabiliyyətini sübut edə bilən və ya uşaqları himayəsinə verilən tərəfdaşın ev heyvanını himayəsinə götürmə şansı daha çoxdur.
Qeyd olunur ki, 2021-ci ilin oktyabrında Madrid məhkəməsi artıq bu məsələ ilə bağlı qərar verib. Həmin vaxt hakim nikahsız cütlüyün mübahisəsinə baxaraq, ev heyvanına görə kişi və qadının eyni məsuliyyət daşıdığı və ay ərzində ona növbə ilə baxması barədə qərar çıxarıb.
Oxşar yanaşma digər Avropa ölkələrində, o cümlədən Fransa, Almaniya və Portuqaliyada da tətbiq edilir.
Xatırladaq ki, bir neçə gün öncə Papa Fransisk ev heyvanlarını sevənləri eqoizmdə günahlandırıb. Onun sözlərinə görə, bəzi insanlar ev heyvanları saxlayırlar, lakin ailə qurmaq və uşaq sahibi olmaq istəmirlər. Vatikanın rəhbəri bildirib ki, uşaqları ev heyvanları ilə əvəz etmək insanları alçaldır və insanlıqdan məhrum edir./Oxu.az
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 926 Tarix: 08 yanvar 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
COP18-ə ev sahibliyi edəcək ölkə bilindi
Ekvador BMT-nin Bioloji Müxtəliflik üzrə Konvensiyasının Tərəflər Konfransının 18-ci sessiyasını (COP18) qəbul edəcək. xəbər verir ki, bu barədə Ermənistanın ətraf mühit naziri Ambartsum Matevosyan sosial şəbəkə hesabında paylaşım edib. Onun sözlərinə görə, müvafiq qərar İrəvanda təşkil olunan COP17-ni
31 oktyabrAvropada sərt qış vəd edən qədim təqvim
XVII əsrə aid müşahidələr əsasında tərtib edilən alman 100 illik təqvimi qarşıdan gələn qışın şaxtalı və qarlı keçəcəyini proqnozlaşdırır. Lakin müasir iqlim modelləri bunun əksinə olaraq, qış aylarının nisbətən mülayim və yağıntılı olacağını göstərir. Qaynarinfo xəbər verir ki, bu barədə "Agroforum"
31 oktyabrPolşa ABŞ-yə hərbi baza üçün dörd şəhər təklif edib
Polşa ABŞ-nin ölkə ərazisində daimi hərbi baza yerləşdirməsi üçün dörd mümkün şəhərin adını Vaşinqtona təqdim edib. xəbər verir ki, bu barədə Polşa Müdafiə Nazirliyinin nümayəndəsi, general Dariuş Lukovski "Rzeczpospolita" qəzetinə müsahibəsində bildirib. Onun sözlərinə görə, baza üçün Vrotslav
30 oktyabrBu ölkədən ABŞ-a cavab: Putin uşaqları öldürən diktatordur
Diktatorlara yaltaqlanmaq yalnız alçaldılmağa gətirib çıxarır, belə olan halda azadlıq onsuz da itirilir. xəbər verir ki, bunu Estoniyanın Baş naziri Kristen Mixal deyib. "Estoniya da digər Baltikyanı ölkələr kimi, Rusiyadan gələn təhlükə barədə açıq danışır. Biz əvvəllər də bu mövqedə olmuşuq v
30 oktyabrNATO komandanı Rusiya ilə müharibə ehtimalından danışdı
Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) Rusiya Federasiyası ilə müharibəsi qaçılmaz deyil. Lakin Moskva alyans üçün təhdid təşkil edir. xəbər verir ki, bu barədə NATO-nun Avropadakı Birləşmiş Silahlı Qüvvələrinin baş komandanı Aleksus Qrinkeviç LSM nəşrinə verdiyi müsahibədə danışıb. "Hesa
1 noyabrBritni Spirs maddi dəstəyi dayandırdı, keçmiş əri borca düşdü
Müğənni Britni Spirsin keçmiş həyat yoldaşı, rəqqas Kevin Federlayn eks-arvadının maddi dəstəyi dayandırıldıqdan sonra ciddi borc problemi ilə üzləşib. "Page Six" nəşrinə istinadən xəbər verir ki, kredit kartı borcuna görə Federlayn barəsində məhkəmə iddiası qaldırılıb. Nəşrin əldə etdiyi məhkəm
1 noyabrTramp Niki Minajın Ağ Evin mətbuat katibi olmasına qarşı deyil - Video
ABŞ Prezidenti Donald Tramp rep ifaçısı Niki Minajın Ağ Evin mətbuat katibi vəzifəsinə gətirilməsi fikrinə zarafatla müsbət reaksiya verib. xəbər verir ki, bloqer Benni Conson ABŞ liderindən götürdüyü müsahibə zamanı "Niki Minaj növbəti mətbuat katibi ola bilərmi?" deyə soruşub. Prezident cavabınd
1 noyabr