Tacikistan və Qırğızıstan sərhədində atışma: Ölən var

Tacikistan və Qırğızıstan sərhədində atışma: Ölən varTacikistan və Qırğızıstan sərhədində atışma olub.

Sərhəddəki Çorkuh kəndinin sakinlərinin "Sputnik Tacikistan"a verdiyi məlumata görə, hadisə nəticəsində bir nəfər ölüb. Həlak olan şəxsin İsfara sərhədçisi Sünnətullo Səmədov olduğu deyilir.

Çorkuh kənd sakinlərinin sözlərinə görə, martın 10-da səhər saatlarında qırğız sərhədçiləri torpaqlarında ağac əkən bir neçə kənd sakinini atəşə tutub.

"Atışma saat 09:30 radələrində baş verib. Hazırda kəndin bütün sakinləri hadisə yerinə toplaşıb", - deyə agentliyin mənbəsi bildirib.

Bu məlumatı İsfara şəhərinin administrasiyasından da təsdiqləyiblər.

Yerli hakimiyyətin sözçüsü bildirib ki, rəsmilər artıq hadisə yerinə gedib.

Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin Sərhəd Xidməti bu məlumatı təsdiq edərək, Tacikistan tərəfini sərhədi pozmaqda ittiham edib. Qurumdan qeyd edilib ki, insident nəticəsində 10 dəqiqə davam edən atışma başlayıb. Qırğızıstan tərəfdən heç bir yaralı və ya xəsarət alan yoxdur.

Xatırladaq ki, Tacikistan və Qırğızıstan sərhədində bundan əvvəlki silahlı münaqişə yanvarın 27-də Xocai Alo kəndi yaxınlığında baş vermişdi./Oxu.az


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1029   Tarix: 10 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

ABŞ Körfəz ölkələrini İrana qarşı mümkün hərbi əməliyyat barədə xəbərdar edib

ABŞ noyabrın 3-də keçiriləcək Konqresə aralıq seçkilərdən sonra İrana qarşı qısamüddətli, lakin intensiv hərbi kampaniya keçirə biləcəyi barədə bir sıra Fars körfəzi ölkələrini xəbərdar edib. xəbər verir ki, bu barədə "The Wall Street Journal" mənbələrə istinadən məlumat yayıb. Qeyd olunu

28 oktyabr
.

ABŞ İsrailə əlavə "Patriot" hava hücumundan müdafiə sistemi göndərəcək

ABŞ İsrailin raket hücumlarından müdafiəsini gücləndirmək məqsədilə Texas ştatından ölkəyə əlavə "Patriot" zenit-raket kompleksi göndərmək qərarına gəlib. xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) mənbələrə istinadən məlumat yayıb. Qeyd olunur ki, noyabr ayında Yaxı

28 oktyabr
.

Tramp tezliklə Putin və Zelenski ilə görüşəcəyini bildirib

ABŞ prezidenti Donald Tramp yaxın gələcəkdə Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Volodymyr Zelenski ilə görüşməyi ümid etdiyini bildirib. xəbər verir ki, Tramp jurnalistlərə verdiyi açıqlamada bildirib ki, "Rusiya və Ukrayna ətrafındakı vəziyyətlə bağlı böyük irəliləyiş əldə etmişik

28 oktyabr
.

Əhalinin DİQQƏTİNƏ! Oktyabrın 31-də...

Oktyabrın 30-dan 31-nə keçən gecə Yer kürəsində zəif və orta intensivlikli maqnit qasırğası başlaya bilər. Hadisənin təxminən 12-15 saat davam edəcəyi gözlənilir. xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb. Alimləri

29 oktyabr
.

ABŞ İrana qarşı yeni hücumlara hazırlaşır? - Müharibənin xərci 47 milyard dolları ötüb

ABŞ ilə İran arasında davam edən müharibə fonunda yeni hərbi əməliyyatların başlanması ehtimalı gündəmə gəlib. The Wall Street Journal qəzetinin məlumatına görə, Vaşinqton Körfəz ölkələrini noyabrın 3-də keçiriləcək ABŞ aralıq seçkilərindən sonra İrana qarşı qısamüddətli və intensiv hərbi əməliyyatları

28 oktyabr
.

Buzlaqların əriməsi Yerin formasını dəyişir: Qütblər yüksəlir, ekvator ətrafı daralır

İqlim dəyişikliyi təkcə temperaturun artmasına və dəniz səviyyəsinin yüksəlməsinə səbəb olmur. Alimlər müəyyən ediblər ki, qütb buzlaqlarının əriməsi Yer kürəsinin bərk səthinin formasına da təsir göstərir. Yeni araşdırmaya görə, qütb bölgələrində yer səthi yüksəlir, ekvator ətrafında isə əks istiqamətd

27 oktyabr
.

Rus ordusu iki kəndi işğal etdi

Rusiya ordusu Xarkov vilayətinin Alisovka və Sum vilayətinin Barilovka yaşayış məntəqələrini işğal edib. xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb

28 oktyabr
.

Madriddə etiraz aksiyası keçirilir

Madriddə etiraz aksiyası keçirən fermerlər hökumətdən qiymət artımı ilə əlaqədar təcili tədbirlərin görülməsini tələb edirlər. xəbər verir ki, bu barədə İspaniya mediası məlumat yayıb. Aksiya iştirakçıları traktorlarla Madridə daxil olub və İspaniya paytaxtının mərkəzindəki Kolumb meydanına doğru hərəkə

28 oktyabr
.

ABŞ-İran müharibəsi: Yeni zərbələr ehtimalı və atəşkəs danışıqları gündəmdə

ABŞ ilə İran arasında hərbi qarşıdurmanın yenidən genişlənməsi ehtimalı və müharibənin dayandırılması istiqamətində diplomatik səylər diqqət mərkəzindədir. Hörmüz boğazının açılması, ABŞ-ın İrana qarşı mümkün yeni hərbi əməliyyatları və sanksiyalarla bağlı fikir ayrılıqları regionda vəziyyətin qeyri-müəyyə

29 oktyabr