Slovakiya sərhədinə təkbaşına çatan balaca Həsən Suriya müharibəsindən də qaçıbmış - FOTO/VİDEO
Ukraynanın Zaporojye şəhərində yaşayan 11 yaşlı Həsənin dörd gün əvvəl Slovakiya sərhədinə qədər olan yolu təkbaşına qət etməsi sosial şəbəkələrdə gündəm olmuşdu.
Əlinə yazılmış bir telefon nömrəsi, çantası və pasportu ilə ağlayaraq, çaşqınlıqla müharibədən qaçanların cərgəsinə qoşulan uşağın görüntüləri yayılmışdı.
Məlum olub ki, bu, atası suriyalı olan Həsənin müharibənin dəhşətindən ikinci qurtuluşudur. 10 il əvvəl də o, anasının qucağında ikən Suriyada vətəndaş müharibəsindən qurtulubmuş.
Xəstə anasına baxdığı üçün uşağı Slovakiyaya tək yola salmağa məcbur olan anası Yuliya Piseçka göz yaşları ilə ukraynalı uşaqlara sığınacaq verilməsini xahiş edib.
Slovakiyaya təkbaşına gedib çıxa bilən Həsən hazırda bacısının yanındadır, onlar Ukraynada qalan analarına qovuşmaq arzusu ilə yaşayırlar.
Qeyd edək ki, kilometrlərlə yolu təkbaşına qət edən Həsən cəsarətinə görə Slovakiya Daxili İşlər Nazirliyi tərəfindən "qəhrəman" elan edilib./Oxu.az





Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 2189 Tarix: 11 mart 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Zelenskinin "sağ əli" Uitkoffla mübahisə etdiyini təkzib etdi
Ukrayna Prezident Ofisinin rəhbəri Kirill Budanov oktyabrın 9-da Floridada keçirilən danışıqlarda ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoffla mübahisə etməsi barədə məlumatları təkzib edib. xəbər verir ki, Budanov bu barədə "RBK-Ukrayna"ya açıqlamasında bildirib. "Ünsiyyətin təfərrüatlar
28 oktyabrRusiya bu müharibələri uduzub - Sikorski
Qərbdə möhkəm kök salmış bir mif var: Rusiya həmişə qalib gəlir. Lakin işlər heç də həmişə onların istədiyi kimi getmir. xəbər verir ki, bunu Polşa xarici işlər naziri Radoslav Sikorski deyib. "Rusiya Krım müharibəsində məğlub oldu. Yaponiyaya qarşı müharibədə uduzdu. Birinci Dünya müharibəsində
27 oktyabrÇexiyada orta əsrlərdən qalma xəstəlik geniş yayılır
Çexiyada parazit gənənin törətdiyi yoluxucu xəstəlik olan qaşınma hallarının sayı artır. Ən çox yoluxma Moraviya-Sileziya diyarında, xüsusilə Ostrava şəhərində qeydə alınır. Qaynarinfo xəbər verir ki, bu barədə Çexiyanın "iDNES.cz" nəşri məlumat yayıb. Çexiya Səhiyyə İnstitutunun məlumatın
27 oktyabrTramp Baydeni Ukraynaya pulsuz silah verməkdə günahlandırdı
ABŞ prezidenti Donald Tramp sələfi Co Baydenin administrasiyası dövründə Vaşinqtonun Ukraynaya 350 milyard dollarlıq silah ötürdüyünü və bunun üçün kompensasiya almadığını açıqlayıb. xəbər verir ki, bu açıqlamanı Texasda Respublikaçılar Partiyası tərəfdarlarının mitinqində verib. "Biz ordunu yenidə
28 oktyabrBill Qeytsdən proqnoz: Süni intellektin əvəz etməyəcəyi peşələr (SİYAHI)
"Microsoft" şirkətinin həmtəsisçisi Bill Qeyts hesab edir ki, süni intellektin sürətli inkişafı fonunda yalnız bir neçə peşəyə tələbat sabit qalacaq. Bu arada "Microsoft" süni intellekt infrastrukturu sahəsinə investisiyalar fonunda 60 min əməkdaşına könüllü olaraq işdən ayrılmağ
28 oktyabrStubb Putindən sonra Zelenskiyə zəng vurub
Finlandiya Prezidenti Aleksandr Stubb və Norveçin Baş naziri Yonas Qar Störe Rusiya Prezidenti Vladimir Putinlə danışıqlardan sonra Ukrayna Prezidenti Volodimir Zelenskiyə zəng ediblər. "Novyny.LIVE" yazdığına görə, bu barədə Zelenskinin mətbuat katibi Dmitri Litvin məlumat verib. Danışıqlard
27 oktyabrPezeşkian Moskvada səfərdədir
İran Prezidenti Məsud Pezeşkian Moskvada səfərdədir. APA-nın Rusiya bürosu xəbər verir ki, İran Prezidenti Qaz ixrac edən ölkələrin forumunda iştirak etmək üçün Moskvaya səfər edib. Rusiya Prezidenti Vladimir Putin forumda çıxış edib. Kremlin məlumatına görə, Putinin Pezeşkianla ikitərəfli görüşü d
27 oktyabr