Ukraynalı jurnalist Kiyevdən danışır: "Putin hesab edirdi ki..."

Ukraynalı jurnalist Kiyevdən danışır: "Putin hesab edirdi ki..."Rusiyanın Ukraynaya təcavüzü davam edir. Proseslər göstərir ki, Kreml irəli sürdüyü şərtlər yerinə yetirilməyənə qədər müharibəni davam etdirməkdə israrlıdır. Şərtlər isə Ukrayna üçün kifayət qədər ağırdır: ölkənin NATO-ya üzvlükdən imtina etməsi, rus dilinə ikinci dövlət dili statusu verilməsi, Krımın Rusiyanın ərazisi kimi tanınması, nəhayət denasifikasiya və demilitarizasiya prosesinin həyata keçirilməsi.

Kiyev bu şərtlərdən yalnız NATO-dan imtina məsələsinə baxa biləcəyini açıqlayıb. Digər şərtləri qəbuledilməz hesab edən Prezident Volodimir Zelenski administrasiyasının davranışları müqavimətin davam edəcəyi barədə qənaəti möhkəmləndirir. Bəs Ukrayna xalqının Rusiya kimi hərbi cəhətdən güclü, beynəlxalq qanunları saya salmayan, doğum evlərini belə bombardman etməkdən çəkinməyən bir monstra qarşı sona qədər müqavimət aparmaq əzmi varmı?

Ukraynalı jurnalist Yarina Lazko hesab edir ki, xalqın müqavimət əzmi, işğalçıya qarşı döyüşmək ruhu kifayət qədər yüksəkdir. Ukraynalı həmkarımız Qaynarinfo-ya müsahibəsində bildirib ki, müharibənin Ukraynanın qələbəsi ilə başa çatacağına inanır.

Yarina Lezko Ukrayna parlamentinin rəsmi orqanı olan "Ukraynanın səsi" qəzetinin əməkdaşıdır. Qəzetin redaksiyası Kiyevdə yerləşir. Yarina özü də Kiyev doğumludur və hazırda orada yaşayır. Doğma şəhəri bombardman olunsa da, Yarina Kiyevi tərk etməyə tələsmir. Jurnalist deyir ki, paytaxtın müdafiəsi kifayət qədər güclü təşkil olunub. O, bu işdə keçmiş prezident Pyotr Poroşenkonun və Kiyevin meri Vitali Kliçkonun xüsusi rolunun olduğunu deyir.

"Poroşenko prezidentliyi dövründə şəxsi vəsaiti hesabına Kiyevin hava hücumundan müdafiəsi üçün mühüm işlər görüb. Kiyevin meri Vitali Kliçko - yəqin, siz bizim Kliçkonu tanıyırsınız, o həm də peşəkar boks üzrə dünya çempionudur - rus işğalçılarının qarşısını almaq üçün şəhərdə blok-postlar quraşdırılması barədə göstəriş verib. Bundan başqa, həm Poroşenko, həm də Kliçko silahlanaraq Kiyevin müdafiəsində şəxsən iştirak edirlər. Ona görə də kiyevlilərin əhəmiyyətli hissəsi doğma şəhərlərini tərk etmək istəmir. Əksinə, insanlar Kiyevi qorumaq üçün könüllü şəkildə ərazi müdafiə batalyonlarına yazılır", deyə Yarina bildirib.
Rusiya-Ukrayna müharibəsi ilə bağlı müxtəlif mülahizələr irəli sürülür. Qərbin layihəsi hesab edilən Ukrayna Prezidenti Volodomir Zelenskinin Rusiya ilə rəqabətdə olan beynəlxalq güclərin təhriki ilə ölkəsini müharibəyə sürüklədiyi iddia edilir.

Yarina Lazko isə bu cür düşünmür. Onun sözlərinə görə, əslində Zelenski prezident seçiləndə Rusiyaya münasibətdə heç də radikal mövqedə olmayıb:

"Gəlin açıq danışaq, Ukrayna xalqı Zelenskidən o qədər də razı deyildi. Baxmayaraq ki, o, seçkidə 73 faiz səslə qalib gəlmişdi. Bu səslər əslində Zelenskiyə deyil, Poroşenkonun əleyhinə verilmiş səslər idi. Çünki xalq Poroşenkonun bir il ərzində Ukraynanı çiçəkləndirəcəyini düşünürdü. İnsanlar hesab edirdi ki, qısa müddət ərzində iqtisadiyyat güclənəcək, insanların sosial rifahı yaxşılaşaq. Amma onlar nəzərə almırdı ki, Poroşenko Yanukoviçdən sonrakı Ukraynanın prezidenti seçilmişdi. O Yanukoviç ki, Putinin satellitesi idi, Kremlin çaldığı ilə oynayırdı. Onun dövründə Ukrayna ordusu demək olar ki, məhv edildi, iqtisadiyyat çökdü, ölkəmiz Rusiyanın yanında yer aldı, bununla da beynəlxalq aləmdən də təcrid olunmuş vəziyyətə gəldi.

Poroşenko prezidenti seçiləndə ilk olaraq ordu quruculuğuna başladı. Çünki Putinin Ukraynaya hücumunun qaçılmaz olduğunu bilirdi. Pararlel olaraq iqtisadi islahatlar apardı, əlaqələrini işə salaraq beynəlxalq rəyi Ukraynanın xeyrinə dəyişə bildi. Xalq bütün bunların qısa müddətdə başa gəlməsini istəyirdi. Ona görə də hakimiyyətin başında yeni sima görmək üçün Zelenskiyə səs verdilər".

Ukraynalı həmkarımızın fikrincə, Zelenskinin prezident seçilməsi Putini də qorxutmamışdı:

"Təsadüfi deyil ki, Putin Poroşenkodan başqa istənilən şəxsin Ukrayna prezidenti seçilməsini məqbul hesab edirdi. O, düşünüdü ki, Zelenski zəif liderdir və qısa zamanda onu Kremlin "sözəbaxan oğlan"ına çevirə bilər. Zelenski də hakimiyyətinin ilk illərində xalqın etimadını doğrultmadı. Onun beynəlxalq səfərləri, xüsusilə "Normandiya formatı"nda keçirilən görüşlər, daxili siyasəti göstərirdi ki, o siyasi cəhətdən yetkin şəxs deyil. Onun "Ştanmayer formulu"nu imzalaması Ukrayna xalqını ayağa qaldırdı. Bundan sonra Zelenski başa düşdü ki, nə istəsə edə bilməz. O, xalqın iradəsini nəzərə almalıdır. Yoxsa xalq onu da Yanukoviç kimi hökumət binasından küçəyə atar. Yanukoviç yenə qaça bildi. Zelenski isə heç qaçmağa da fürsət tapa bilməyəcəkdi".

Göründüyü kimi, jurnalistin sözlərindən aydın olur ki, Zelenski heç də iddia edildiyi kimi Qərbin təhriki ilə Rusiyaya meydan oxumayıb. O sadəcə Ukrayna xalqının iradəsi ilə hesablaşaraq Kremlə dirəniş göstərib və bununla da müharibə qaçılmaz olub.

Ukraynalı həmkarımız deyir ki, Putin Ukraynaya hücum edəndə mühüm bir amili nəzərə almayıb:

"Ukraynada güclü vətəndaş cəmiyyəti formalaşıb. Vətəndaş cəmiyyəti hakimiyyətin addımlarını diqqətlə izləyir. Əgər ölkənin, xalqın maraqlarına zidd hər hansı addım atılırsa, o zaman vətəndaş cəmiyyəti ayağa qalxır. Putin bunu hesablamamışdı. O hesab edirdi ki, Ukrayna xalqının işğala qarşı çıxacağını düşünmürdü. Xalq isə təcavüzün ilk günündən ayağa qalxdı və bü gün də müqavimət göstərir. Hesab edirəm ki, müqavimət Ukrayna qələbə çalanadək davam edəcək. Bizdə ərazi müdafiə batalyonları var. Yüz minlərlə insan həmin batalyonlara yazılıb. Artıq yer yoxdur. Amma işğalçılarla vuruşmaq üçün bu batalyonlara yazılmaq istəyən insanların ard-arası kəsilmir. Ona görə də mən inanıram ki, biz qalib gələcəyik".

Yarinanın fikrincə, Rusiyanın güclü orduya malik olması barədə mif artıq dağılıb:

"Onlar böyük itkilər verir. Kütləvi şəkildə təslim olurlar. Digər tərəfdən onların motivasiyası yoxdur. Biz vətənimizi qoruyuruq və bu bizi ruhlandırır. Onlarda isə belə bir ruh yoxdur, çünki onlar işğalçıdır.

Rusiyanın "qalibiyyət", "güclü ordu" barədə yalanlarına inanmayın. Onlar hətta Ukraynaya hücum etmədikləri barədə yalan danışırlar. Yəqin ki, Rusiya Xarici İşlər naziri Sergey Lavrovun "Biz heç bir ölkəyə hücum etməyəcəyik, Ukraynaya da hücum etməmişik" fikri ilə tanışsınız. Görürsünüz necə yalan danışırlar? Doğum evini bombalayıblar. Bütün dünya bu hadisədən xəbərdardır. Foto-video faktlar var. Amma ruslar bu barədə də müxtəlif yalanlar uydururlar. Bu cür uydurmalarla Putin çox da uzağa gedə bilməyəcək. Artıq Rusiyada da başa düşürlər ki, Ukraynada nə baş verir. Digər tərəfdən, sanksiyalar Rusiyanı çökdürməkdədir. Ona görə də Ukraynanın qələbəsi labüddür. Mən Çeçenistanın məhrum lideri Cövhər Dudayevin fikirlərini xatırlatmaq istəyirəm: "Ukrayna günəşi doğanda Rusiya çökəcək". Biz buna inanırıq!"/qaynarinfo


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1343   Tarix: 12 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Niyə bəşəriyyət hələ də yadplanetlilərlə əlaqə qurmayıb? - Alimlər 6 səbəb açıqladı

Onilliklər ərzində aparılan yad sivilizasiyaların axtarışlarına baxmayaraq, bəşəriyyət Yer kürəsindən kənarda ağıllı həyatın mövcudluğuna dair inandırıcı sübut əldə edə bilməyib. Qaynarinfo-nun məlumatına görə, "Popular Mechanics" nəşrinin yazdığına görə, getdikcə daha çox alim hesab edir ki

21 iyul
.

İlon Mask süni intellektlə "Odisseya" əsasında film çəkəcək

ABŞ-li milyarder İlon Mask "xAI" şirkətinə məxsus "Grok Imagine" süni intellekt (Sİ) video generatoru tərəfindən qədim yunan şairi Homerin "Odisseya" dastanına əsaslanan tammetrajlı filmin ərsəyə gətiriləcəyini bəyan edib. Ekran əsərinin cari ilin sonunadək işıq üzü görəcəy

22 iyul
.

İran üçün kritik zərbə: 500 min nəfərlik şəhər blokadaya düşdü

ABŞ ordusunun İrandakı körpülərə endirdiyi zərbələr ölkənin əsas liman şəhərlərindən biri olan Bəndər-Abbası İranın digər hissələri ilə nəqliyyat əlaqələrindən təcrid edib. xəbər verir ki, bu barədə "The Telegraph" nəşri məlumat yayıb. Bombardmanlar nəticəsində 500 min nəfər əhalisi olan v

19 iyul
.

60 km-lik "ölüm yolu": Niyə hələ də turistləri cəlb edir?

Boliviyanın Yunqas yolu, daha çox "Ölüm yolu" kimi tanınan marşrut, onilliklərdir dünyanın ən təhlükəli avtomobil yollarından biri hesab olunur. Təxminən 37 mil (təxminən 60 kilometr) uzunluğunda olan bu yol dar dağ yamacları boyunca uzanır və sürücünün ən kiçik səhvi belə dərin uçuruma düşməkl

20 iyul
.

İzmirdə 39 qanunsuz miqrant saxlanılıb

Türkiyənin İzmir vilayətinin sahillərində keçirilən əməliyyatlar zamanı 39 qanunsuz miqrant və miqrant qaçaqmalçılığı ilə məşğul olmaqda şübhəli bilinən bir nəfər saxlanılıb. "Report" "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Sahil Mühafizəsi Komandanlığı məlumat yayıb. Məlumat

19 iyul
.

ABŞ tarixinin ikinci ən böyük lotereya cekpotunu qazanan şəxsin kimliyi açıqlanıb

ABŞ tarixində ikinci ən böyük "Powerball" cekpotu - 1.82 milyard dolların sahibi məlum olub. Məlumata görə, qalib Arkanzas ştatının Nort-Litl-Rok şəhərinin meri Terri Hartvikin kiçik qardaşıdır. "Arkansas Democrat-Gazette" qəzetinə istinadən xəbər verir ki, bu barədə məlumatı qalibi

19 iyul
.

Dünyanın ortasındakı nəhəng qoruyucu maneə: Ekvatorda fırtına niyə olmur?

Dünya xəritəsinə baxdıqda okean sahillərini dağıdan nəhəng qasırğaların, tayfunların və siklonların ekvator xəttinin yaxınlığından belə keçmədiyi görünür. Meteorologiyada ən güclü atmosfer hadisələri hesab olunan bu fırtınalar sanki planetin tam ortasında görünməz bir maneə ilə qarşılaşır. Qaynarinf

20 iyul
.

Hava proqnozları psixologiyamıza necə təsir edir?

Hava proqnozlarının dəqiq olmaması təkcə gündəlik planları pozmur, həm də insanların psixoloji vəziyyətinə ciddi təsir göstərir. Xüsusilə yağış proqnozuna görə həftəsonu planlarını ləğv edən insanların sonradan günəşli hava ilə qarşılaşması məyusluq və narazılıq hissi yarada bilər. Qaynarinfo xəbər veri

21 iyul
.

Ərə getdi və... bal ayından sağ qayıtmadı

30 yaşlı fitnes ulduzu Laura Viktoriya Hartiq İtaliyada bal ayında velosiped sürərkən ölümcül xəsarətlər alıb. -ın xarici mediaya istinadən xəbərinə görə, toyundan bir neçə gün sonra Hartiq dağlarda velosiped sürüb. Enərkən motosikletlə toqquşub. Zərbə o qədər güclü olub ki, motosiklet iki yerə bölünüb

19 iyul