"Porsche" ilə söhbətə gedən məmur Səadət Sarayının qarşısında döyülüb

"Porsche" ilə söhbətə gedən məmur Səadət Sarayının qarşısında döyülübBakıda qadının birinci əri ilə ikinci həyat yoldaşı arasında düşən dava məhkəmə predmeti olub.

Sonxeber.az-ın Kriminalqafqaz-a istinadən məlumatına görə, paytaxt sakini Gülnaz A.-nın (ad şərtidir) birinci və ikinci əri Səadət Sarayının qarşısında əlbəyaxa davaya çıxıblar.

1984-cü il təvəllüdlü Çingiz Ə. (ad şərtidir) 2019-cu ildə həyat yoldaşından boşanıb. Boşanmadan sonra alimenti ödəmədiyindən iş icra şöbəsinə yönləndirilib və Nəsimi Rayon İcra Probasiya Şöbəsinin icra məmuru Camal M.-in icraatına verilib. Bu əsnada Camalla Gülnaz arasında yaxınlıq yaranıb və onlar evlənməyə qərar veriblər. Bunu görən Çingiz keçmiş arvadı ilə icra məmuru arasındakı münasibəti aydınlaşdırmaq üçün Camalla görüşüb və aralarında mübahisə yaranıb. Mübahisə zamanı o, Camala və onun "Porsche" markalı avtomobilinə zərər vurub. İcra məmuru qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi və bədən xəsarətləri alıb. Hadisə ilə bağlı cinayət işi başlanılıb.

Məhkəmədə dindirilən zaman təqsirləndirilən şəxs Çingiz Ə. deyib ki, Camalla heç bir düşmənçiliyi olmayıb: "Gülnazla 2008-ci ildə evlənmişik. İki qız övladımız var. 2019-cu ildə münasibətlər korlandığından boşandıq. Boşandıqdan sonra onun mənə qarşı aliment tələbi ilə bağlı qərarın icrası Nəsimi rayon İcra və Probasiya şöbəsinin icra məmuru Camal M.-ə həvalə edildi. Onunla bir neçə dəfə qərarın icrası ilə əlaqədar görüşmüşdüm. 2020-ci ildə axşam 11 radələrində Gülnazın yaşadığı evin qarşısından keçərkən Camalın avtomobilinə əyləşdiyini gördüm, aralarında səmimi münasibət olmasından şübhələndim. Boşandığım üçün onun gələcək həyatı məni maraqlandırmırdı. Amma Camalla arasındakı münasibətləri dəqiqləşdirmək istədim. Soraqlaşdıqda Gülnazın ondan hamilə olması və ailə quracaqları məlum oldu. Sonradan artıq rəsmi nikaha daxil olaraq birlikdə yaşadıqlarını öyrəndim".

Bir gün anası ilə yaşayan 11 yaşlı qızım zəng vuraraq məndən onun atası olub-olmadığımı soruşdu. Mən uşağın bu sualı qarşısında çaş-baş qaldım. Mən ona atası olduğumu izah etməyə çalışarkən Camal telefonu götürərək məni təhqir etdi, nalayiq ifadələr işlətdi. Buna görə də Camal barəsində polisə müraciət etdim. Lakin o, polis bölməsinin çağırışına gəlmədi. Hətta atası R. oğlunun bu hərəkətinə görə məndən və qardaşımdan üzr istədi. Oğlunu bağışlamağı xahiş etdi və biz atasının xahişinə görə Camaldan şikayətçi olmadıq.

3 aprel 2021-ci ildə mənə Raul adlı bir şəxs kobud şəkildə zəng edib görüşə çağırdı. Əvvəlcə Yasamal qəbiristanlığı ərazisində görüşməyi təklif etdi. Sonradan qardaşım onu Səadət Sarayının qarşısına çağırdı. Ora gedəndə "Porcshe" markalı "99 MG 666" seriyalı avtomobildə Camalı gördüm. Həmin vaxt qardaşım Camalın dostu Raulla avtomobilin yanında dayanıb söhbət edirdi. Mən onlara yaxınlaşıb nə baş verdiyini öyrənmək istəyərkən Camal "Porcshe"dən düşüb təpik atdı. Sonra qardaşımın sifətinə yumruq vurdu. Bunu görüb araya girdim, yumruqla Camalın başından vurdum. Polis əməkdaşları ora yaxınlaşdı. Camal avtomobilinə əyləşərək ərazidən uzaqlaşdı. Polislər məni, qardaşımı və Raulu bölməyə apardılar. Camalın barəsində şikayət ərizəsi yazdım. Camalın bizim onu döyməyimizlə bağlı iddiaları tamamilə yalandır. Mən onun avtomobilini zədələməmişəm".

Camal M. isə ifadəsində göstərib ki, aliment tələbi ilə bağlı işi apararkən Gülnazla münasibəti yaranıb, daha sonra ailələrini tanış edərək kəbin kəsdiriblər: "Rəsmi nikah və toy karantindən sonra olacaqdı. Gülnaz məndən hamilə oldu və hazırda bir oğlumuz var. Bu məsələdən xəbər tutan Çingiz qızları ilə görüşüb danışmaq üçün dəfələrlə bizim evə zəng edib. Çingiz hər bəhanə ilə ailəmdə narahatlıq yaradırdı. Zənglərdən birində mən telefonu götürüb bir daha evə zəng etməməsini tələb etdim. Polisə müraciət edərək guya ögey qızımla yaxşı davranmadığımı bildirib. Halbuki uşaqlar mənə ata deyir, Çingiz barədə isə yaxşı fikirdə deyillər. Mən polisə gedəndə Çingiz və qardaşı mənə söyüş söydülər.

Bir dəfə dostum Raula bu hadisələr barədə danışdım. Raul yanımda Çingizə zəng edərək məsələnin kökündən həll olunması üçün oturub söhbət etməyi təklif etdi. Səadət Sarayının qarşısında avtomobildən düşəndə Çingiz və tanımadığım şəxs üzərimə gəlib təpik atdı. Qardaşı məni arxadan qucaqlayaraq qollarımdan tutdu. Çingiz isə başıma yumruq zərbələri vurdu. Zərbənin təsirindən özümü itirib yerə yıxıldım, yerdə uzanıqlı vəziyyətdə olarkən başıma təpiklərlə vurmağa başladılar. Polis əməkdaşları hadisə yerinə yaxınlaşanda güc tapıb avtomobilə əyləşdim və oradan uzaqlaşdım. "5 mərtəbə" adlanan ərazidə DYP əməkdaşları maşını saxladı, polis bölməsinə dəvət etdilər. Onlar ümumilikdə 7-8 nəfər idilər. Avtomobilin ön buferinin sağ hissəsi batmış, boyası pozulmuşdu. Mənə 200 manat ziyan dəyib".

Məhkəmə araşdırması zamanı hadisə yerinə "Dodge Durango" markalı avtomobildən dörd nəfər şəxsin düşməsi də müşahidə olunub. Səbail Rayon Məhkəməsi xuliqanlıq ittihamı ilə Çingiz Ə. barəsində 1 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edib. Onun üzərinə başqa yerə getməmək iltizam tədbiri qoyulub. Lakin Çingiz Ə. Zəfər Günü ilə bağlı amnistiya aktının təsir dairəsinə düşdüyü üçün bəraət alıb və üzərindəki cəza götürülüb.

Hökmdən narazı qalan icra məmuru apellyasiya şikayəti verib və işin yenidən istintaqa qaytarılmasını xahiş edib. Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib və qərar dəyişdirilmədən saxlanılıb.


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 3540   Tarix: 17 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama

Cəbrayılda minaya düşən ata və oğulun son vəziyyəti açıqlanıb. Bu barədə -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. Bildirilib ki, Cəbrayıl rayonunda baş verən partlayış hadisəsi səbəbilə xəsarət alan iki nəfər (kişi) oktyabrın 9-da Kliniki Tibb

10 oktyabr
.

İsmayıllıda ev və köməkçi tikili yanıb

İsmayıllı rayonunun Mican kəndində yanğın hadisəsi baş verib. "Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, kənd sakininə məxsus ümumi sahəsi 150 kvadratmetr olan kürsülü, 6 otaqlı evin 130 kvadratmetr sahəsində yanar konstruksiyalar yanıb. Evə bitişik, ümumi sahəsi 180 kvadratmetr olan köməkç

10 oktyabr
.

Bağçada nəzarətsiz qalan uşağın qolu qırıldı - Anbaan video

Sumqayıt şəhərində azyaşlı özəl uşaq bağçasında yıxılaraq xəsarət alıb. "Xəzər TV-yə istinadla xəbər verir ki, hadisə nəticəsində azyaşlının qolu sınıb. Hadisə Sumqayıtda fəaliyyət göstərən "Laləli" körpələr evi-uşaq bağçasında baş verib. Sumqayıt şəhər sakini Yaqub Yasinov iddia edi

15 oktyabr
.

Bakıda maşın qadın və azyaşlını vurdu - Anbaan video

Bakıda biri azyaşlı olmaqla iki piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. -ın məlumatına görə, hadisə oktyabrın 7-də paytaxtın Nərimanov rayonu, Həsən Əliyev və Xan Şuşinski küçələrinin kəsişməsində baş verib. Hadisədən dərhal sonra ərazidə xidmət aparan yol polisi əməkdaşlar

8 oktyabr
.

Beyləqanda məktəbdə şagirdlər zəhərləniblər - Foto

"Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Beyləqan rayonunun Eyvazalılar kənd tam orta ümumtəhsil məktəbində şagirdlərin zəhərlənməsi faktını dərhal nəzarətə götürüb və araşdırmalara başlayıb". Bu barədə -ın sorğusuna cavab olaraq AQTA-dan məlumat verilib. İlkin araşdırmay

9 oktyabr
.

Lənkəranda 5 uşaq anası ərini bıçaqladı: Əvvəl də döyübmüş

Lənkəranda arvad ərini döyərək bıçaqlayıb. -ın məlumatına görə, hadisə Lənkəran şəhəri ərazisində baş verib. Şəhər sakini Şadil Məmmədov (soyad şərtidir - red.) birinci ailəsindən boşanmış 4 uşaq anası olan Aytənlə evlənib. Bir müddətdən sonra onların bir övladı olub. Bir neçə gün əvvəl Şadil işdən ev

14 oktyabr
.

Bərdədə pasiyenti döyən sanitar qadın indi də xəstəxananı ŞANTAJ EDİB - TƏFƏRRÜAT

Bərdə Rayon Mərkəzi Xəstəxanasında huşsuz pasiyentə qarşı zorakılıq göstərdiyi üçün işdən çıxarılan sanitar qadının sonrakı davranışı ilə bağlı yeni təfərrüat məlum olub. -ın əldə etdiyi məlumata görə, əmək müqaviləsinə xitam verildikdən sonra sanitar qadın xəstəxanaya gedib və sirkə içərək intihar

17 oktyabr
.

Sərxoş halda maşını aşırdı - Arvadı öldü, 12 yaşlı oğlu yaralandı - Yenilənib

Gədəbəydə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, qəza ötən gecə saat 22 radələrində rayonun Çanaqçı kəndi ərazisində qeydə alınıb. Gədəbəy rayon sakini 1989-cu il təvəllüdlü Ələkbərov Şükür Yapon oğlunun idarə etdiyi "VAZ 2107" markalı avtomobil

14 oktyabr
.

Azərbaycanlı müğənni əməliyyatdan sonra ÖLDÜ - FOTO

Gəncədə müğənni Daşqın Eldarlı əməliyyatdan sonra ölüb. BİG.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə şəhərdəki özəl klinikalardan birində baş verib. Belə ki, 1967-ci il təvəllüdlü Daşqın Eldarlı dünən əməliyyat olunub və əməliyyatdan sonra həyatını itirib. İlkin məlumata görə, müğənnini

11 oktyabr