Bakıda hərbi sursat aşkarlanıb - VİDEO
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonunda hərbi sursatın aşkar edilməsi barədə məlumat daxil olub.
Sonxeber.az APA-ya istinadən bildirir ki, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu cəlb edilib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə ərazidəki insanlar təhlükəsiz məsafəyə uzaqlaşdırıldıqdan və kənar şəxslərin əraziyə girişi müvəqqəti məhdudlaşdırıldıqdan sonra çevik qrupun mütəxəssisləri tərəfindən hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın döyüş tətbiqinə yararlı 1 ədəd 30 mm-lik mərmi olduğu müəyyən edilib.
Sursat XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.
Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 1138 Tarix: 19 mart 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Pitbullun hücumuna məruz qalan 4 yaşlı qız həyatını itirib
Almaniyanın Maqdeburq şəhəri yaxınlığında baş verən faciəvi hadisədə pitbull cinsindən olan it 4 yaşlı qıza hücum edib. Ağır xəsarətlər alan azyaşlı həkimlərin bütün səylərinə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb. xarici mediaya istinadla xəbər verir ki, hadisə Maqdeburq yaxınlığındakı Osternienburge
10 iyulQaradağda AĞIR QƏZA - Ölən və yaralananlar var
Qaradağ rayonunda ölümlə nəticələnən qəza olub. "Qafqazinfo"ya istinadən xəbər verir ki, qəza hadisəsi rayonun Qobustan qəsəbəsi ərazisində baş verib. Belə ki, hərəkətdə olan "Mercedes" markalı minik maşını "VAZ 21015" markalı avtomobillə toqquşub. Nəticədə "VAZ"ı
11 iyulYemək axtaran nəhəng ayı yaşayış məntəqəsinə endi - VİDEO
Türkiyənin Bursa vilayətində yerləşən Uludağ bölgəsində qida axtarmaq üçün yaşayış məntəqəsinə enən iri ayı mobil telefon kamerası ilə görüntülənib. xarici mediaya istinadla xəbər verir ki, hadisə Uludağın Sarıalan ərazisində baş verib. Meşədən yaşayış məntəqəsinə enən ayı bir müddət ətrafda qida axtarıb
7 iyulAtasının ölüm xəbərini alan azərbaycanlı gəmi kapitanı VƏFAT ETDİ
Azərbaycanlı gəmi kapitanı Litvada vəfat edib. Ölkə.az-a istinadən xəbər verir ki, 52 yaşlı Elşən Nadir oğlu Əhmədov Türkiyə bayrağı altında üzən gəminin kapitanı olub. O, Misirə gedərkən yolda atası Nadir Əhmədovun ölümü xəbərini alıb. Həmin vaxt gəmi Baltik dənizində üzürmüş və Litva sahillərinə ya
10 iyulDişi aslanın hücumuna məruz qalan çoban ağır yaralanıb
Hindistanın Qucarat ştatında dişi aslanın hücumuna məruz qalan çoban ağır yaralanıb. Hadisənin mobil telefonla lentə alınan görüntüləri sosial şəbəkələrdə geniş yayılıb. xarici mediaya istinadla xəbər verir ki, hadisə Qucarat ştatının Qaraciya kəndində baş verib. Yerli sakin Kalubhay Boqhabhay Qamar
9 iyulXaçmazda avtomobil su hovuzuna düşüb, 69 yaşlı sürücü ölüb
Xaçmaz rayonu, Ağyazıbuduq kəndi ərazisində avtomobil su hovuzuna düşüb. Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları cəlb olunub. Dalğıclar tərəfində
11 iyul