Ərzaq təminatı ilə bağlı mühüm qərar: Dekabrın 31-dək... - VİDEO
Baş nazir zəruri ərzaq məhsullarının və onların istehsalında istifadə olunan malların ölkədən çıxarılmasını tənzimləyəcək qərar imzalayıb. Yeni qərarla zəruri qida və digər bəzi məhsulların ixracı xüsusi icazə ilə mümkün olacaq. Ekspertlər deyirlər ki, Azərbaycanda ərzaq məhsullarının təminatında problem yoxdur və hazırda anbarlarda, eləcə də bazarlarda bolluqdur. Hökumət sadəcə bu qərarla qabaqlayıcı tədbir görmüş oldu. Yəni əsas məsələ xaricdən asılılığı azaltmaqla, daxili bazarda bolluq yaratmaq və qiymət artımının qarşısını almaqdır.
Minimum istehlak səbətinin tərkibinə daxil olan bir sıra əsas ərzaq mallarının ölkədən çıxarılması bundan sonra tənzimlənəcək. Bununla bağlı Baş nazir qərar imzalayıb. Qərara əsasən diri iri və xırdabuynuzlu mal-qara, onların əti, toyuq əti və məhsulları, qatılaşdırılmış süd və qaymaq, yağlar, dənli bitkilər, körpə uşaqlar üçün yeməklər, makaron məhsulları və heyvanlar üçün hazır yemlərin ölkədən çıxarılması İqtisadiyyat Nazirliyinin müsbət rəyi əsasında mümkün olacaq.
İqtisadçı ekspert Xalid Kərimli deyir ki, bundan sonra bu qərarla müəyyən edilən ərzaq mallarının başqa ölkəyə aparılmasına Azərbaycanda mövcud olan ehtiyatlar və əhalinin müvafiq mallar ilə qısamüddətli dövrdə təminatı ilə bağlı proqnoz əsas götürülməklə icazə veriləcək. Baş verən geosiyasi proseslər səbəbindən dünya bazarlarında əsas ərzaq mallarının qiymətlərinin artması fonunda hökümətin belə bir qabaqlayıcı addım atması təqdirə layiqdir. Hökümətin bu qərarı xarici asılılığı azaltmaqla daxili bazarı qoruyacaq, potensial qiymət artımını önləyəcək və yaranabiləcək problemləri indidən qabaqlayacaq.
Ekspert deyir ki, hökümət əsas ərzaq məhsullarının təminatı üçün bu zəruri addımı atmaqla daxildə məhsul bolluğunu tam təmin edəcək
Xalid Kərimli bildirir ki, bu qərar -məhsulların ixracını qadağan etmir, sadəcə zəruri qida məhsullarının ixracına nəzarət mexanizmi yaradır. Bununla da daxili bazarda vəziyyəti vaxtında tənzimləmək, zəruri qərarlar qəbul etmək mümkün olacaq..
Qərara əsasən bu siyahıya daxil olan malların ölkədən aparan şəxs malların növü, həcmi, təyinat ölkəsi, istehsal həcmi barədə məlumatları İqtisadiyyat Nazirliyinə təqdim etməlidir. Nazirlik müraciətə 5 iş günü müddətində baxır. Nazirliyin müsbət rəyi malın həcmi və müvafiq malların ölkədə mövcud olan ehtiyatları nəzərə alınmaqla, həmin malların yerli təchizata mənfi təsiri proqnozlaşdırılmadığı halda təqdim edilir. Müsbət rəyin təqdim edilməsindən imtina olunduğu halda, bu barədə müraciət edən şəxsə əsaslandırılmış imtina məktubu təqdim edilir.
Qərar bu il dekabrın 31-dək qüvvədədir.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycan Türkiyədən dəri idxalına çəkdiyi xərci 3 dəfə azaldıb
Bu ilin yanvar ayında Azərbaycan Türkiyədən 256 min ABŞ dolları dəyərində dəri və dəri məhsulları idxal edib. "Report" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 68,2 % və yaxud 3,1 dəfə azdır. Hesabat dövründə Türkiyənin dəri və dəri məhsullar
7 fevralAzərbaycanda daha bir dövlət qurumu ləğv edildi
Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ləğv edilib. Trend-in məlumatına görə, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov müvafiq Fərman imzalayıb. Sənədə əsasən, Naxçıva
14 martBalıq bahalaşıb? - Bakıda bazar qiymətləri BELƏDİR
Novruz və digər bayram günləri Azərbaycan süfrələri yalnız qoyun və mal əti ilə bəzənmir. Xüsusilə cənub bölgələrində balıq ləvəngisi uzun illərdir ki, bayram süfrələrinin parlaq bəzəyinə çevrilib. Balığın dadı süfrəyə rəng qatmaqla yanaşı, sağlamlıq üçün də böyük əhəmiyyət daşıyır. Zülal, D vitamini
21 martNaxçıvanda 40 subartezian quyusu qazılacaq - Sərəncam
Azərbaycan Prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikasında əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında Sərəncam imzalayıb. xəbər verir ki, Sərəncama əsasən, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Naxçıvan MR-də Azərbaycan Prezidentinin səlahiyyətl
24 fevralÇərəz qiymətlərində müşahidə olunan artımın səbəbi nədir? - AÇIQLAMA
Son aylarda bazarlarda çərəzlərin qiymətində müşahidə olunan artım istehlakçılar arasında suallar doğurub. Xüsusilə də bəzi məhsulların ölkə daxilində istehsal olunmasına baxmayaraq bahalaşması müzakirələrə səbəb olur. İctimai rəydə tez-tez "özümüz istehsal ediriksə, niyə ucuz deyil?" sual
25 fevralAzərbaycan Türkiyədən elektrik məhsulları idxalına çəkdiyi xərci artırıb
Bu ilin yanvar-fevral aylarında Azərbaycan Türkiyədən 34,335 milyon ABŞ dolları dəyərində elektrik məhsulları idxal edib. "Report" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 9,5 % çoxdur. Təkcə fevralda Türkiyə Azərbaycana 18,122 milyo
14 martAzərbaycanda dollar satışı kəskin azaldı
2026-cı ilin yanvar ayında Azərbaycanda banklar tərəfindən nağd ABŞ dollarının alqı-satqısı üzrə aparılmış əməliyyatların həcmi 260 milyon 423 min təşkil edib. APA-ya istinadən xəbər verir ki, bu göstərici əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 36.5% və ya 149.9 milyon ABŞ dolları azalıb. Qeyd edə
26 fevralAzərbaycan Avstraliyadan kürü əvəzediciləri almağa başlayıb
Ötən ilin yanvar-noyabr aylarında Azərbaycan 950 min ABŞ dolları dəyərində 71,3 ton balıq kürüsünün əvəzedicilərini idxal edib. "Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 66 %
14 fevralAzərbaycanda həyat sığortası üzrə ödənişlər 39 % artıb
Bu ilin yanvar ayında Azərbaycanda həyat sığortası növlərinin hesabına 61,29 milyon manat sığorta haqqı toplanılıb. "Report" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 1 % azdır. Hesabat dövründə həyat sığortası növləri üzrə ödənişlər is
1 mart