Çərəz qiymətlərində müşahidə olunan artımın səbəbi nədir? - AÇIQLAMA
Son aylarda bazarlarda çərəzlərin qiymətində müşahidə olunan artım istehlakçılar arasında suallar doğurub.
Xüsusilə də bəzi məhsulların ölkə daxilində istehsal olunmasına baxmayaraq bahalaşması müzakirələrə səbəb olur. İctimai rəydə tez-tez "özümüz istehsal ediriksə, niyə ucuz deyil?" sualı səslənir.
Bəs qiymət artımının arxasında hansı iqtisadi amillər dayanır və daxili istehsal faktoru qiymətlərin aşağı olmasına zəmanət verirmi?
İqtisadçı ekspert Xalid Kərimli bu barədə Sonxeber.az -a açıqlama verib:
"Məhsulu özümüz istehsal ediriksə, onu mütləq ucuz satmalıyıq düşüncəsi düzgün yanaşma deyil. Bu fikir cəmiyyətdə illərdir formalaşıb, amma iqtisadi məntiq baxımından əsaslı deyil. Sahibkar məhsulunu bazarın diktə etdiyi qiymətə sata bilirsə, onu daha ucuz qiymətə satmağa çağırmaq ədalətli yanaşma sayıla bilməz.
Bəs məhsul nə zaman ucuzlaşa bilər? O zaman ki, bazarda bolluq yaranır, təklif tələbi üstələyir. Qiyməti müəyyən edən əsas amil məhz budur. Bundan əlavə, ölkədə satılan bütün çərəz məhsulları yerli istehsal deyil. İdxaldan asılılıq da qiymət formalaşmasına təsir göstərir.
Hazırkı bahalaşmanın əsas səbəblərindən biri inflyasiya mühitidir. Sahibkarlıq xərcləri, daşınma və logistika xərcləri artdıqca bu, birbaşa məhsulun maya dəyərinə təsir edir. Benzin və enerji tariflərinin artırılması isə zəncirvari şəkildə digər məhsulların da bahalaşmasına gətirib çıxarır.
Bəzi məhsullar üzrə isə əlavə amil kimi məhsuldarlığın azalması çıxış edir. Məsələn, fındıq və fıstıq istehsalında məhsuldarlıq aşağı düşüb. Nəticədə dünya bazarında bu məhsulların qiyməti təxminən iki dəfə artıb. Azərbaycan da fındığı dünya bazarına əvvəlki illərlə müqayisədə 41 faiz daha yüksək qiymətə ixrac edib.
Bu halda sual yaranır: əgər Zaqatala və Qaxda fındıq yetişdirən sahibkar məhsulunu dünya bazarında 41 faiz baha sata bilirsə, niyə onu daxili bazarda daha ucuz qiymətə təklif etməlidir? Qiymət artımının səbəbi sadədir - məhsuldarlıq azalıb, dünya bazarında qiymətlər yüksəlib və bu artım daxili bazara da təsir edib.
İqtisadi proseslər emosiyalarla deyil, bazar mexanizmləri ilə işləyir. Qiymət artımını təkcə "bahalıq" kimi deyil, onu formalaşdıran səbəblər kontekstində qiymətləndirmək daha obyektiv yanaşmadır."
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycan mebel idxalına çəkdiyi xərci 20 %-ə yaxın azaldıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycan 80 milyon 89,14 min ABŞ dolları dəyərində mebel və onun hissələrini idxal edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin 8 ayı ilə müqayisədə 19 milyon 602 min ABŞ dolları və yaxud 19,7 % azdır. Ötən dövr ərzind
26 sentyabrNaxçıvanda qadın sahibkarlar 1,4 milyon manatdan artıq güzəştli kredit alıb
İndiyə qədər Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu qadın sahibkarların layihələrinin maliyyələşdirilməsə 1,4 milyon manatdan çox güzəştli kredit ayırıb. "Report"un yerli bürosu xəbər verir ki, bunu Naxçıvanın iqtisadiyyat naziri Kazım Hüseynəliye
18 sentyabrAzərbaycan Belarusa armud ixracından gəlirini 3 dəfə artırıb
Bu ilin yanvar-iyul aylarında Azərbaycan 2,6 milyon ABŞ dolları dəyərində 3 min 885 ton armud ixrac edib. -ın Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 0,4 % az, kəmiyyət olaraq - 2,1 % çoxdur. Hesaba
1 oktyabrAzərbaycanın 8 ayda metanol istehsalının həcmi açıqlanıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 223,2 min ton həcmində metanol (metil spirit) istehsal olunub. -ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu, 2025-ci ilin ilk 8 ayı ilə müqayisədə 29,8 % azdır. Bu ilin sentyabrın 1-nə 37 min ton hazır məhsul qalığı yaranıb. Qeyd edə
17 sentyabrAzərbaycan Argentinadan limon və laymın idxalını kəskin artırıb
Bu ilin yanvar-iyul aylarında Azərbaycana xaricdən 13 milyon ABŞ dolları dəyərində 13 min ton limon və laym (təzə və yaxud qurudulmuş) gətirilib. -ın Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 4 %, kəmiyyə
1 oktyabrBritaniya şirkəti Azərbaycanda mis istehsalını 7 dəfədən çox artırıb
Azərbaycanda qızıl yataqlarının işlənməsi üzrə operator olan Böyük Britaniyanın "Anglo Asian Mining PLC" şirkəti (AAM) bu ilin birinci yarısında 12,329 unsiya qızıl hasil edib. şirkətin məlumatına istinadən xəbər verir ki, bu, 2025-cü ilin ilk yarəsə ilə müqayisədə 1,8 % çoxdur. "Angl
21 sentyabrAzərbaycanda özəlləşdirmədən büdcəyə daxilolmalar 19 %-ə yaxın artıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda dövlət əmlakının özəlləşdirilməsindən dövlət büdcəsinə 114,7 milyon manat vəsait daxil olub. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 18,7 % çoxdur. 8 ay ərzində quru
23 sentyabr