Sankt-Peterburq limanı yüklərin 70%-ni itirə bilər
Bu ilin mart ayında Sankt-Peterburq limanı logistika ilə bağlı problemlər səbəbindən konteyner yüklərinin emalını azaldıb.
Sonxeber.az "APA-Economics"ə istinadən xəbər verir ki, bu barədə "Delovoy Peterburq"a şəhər Nəqliyyat Komitəsindən məlumat verilib.
Yük dövriyyəsinin nə qədər azaldığı dəqiqləşdirmir. "Vedomosti" qəzeti ekspertlərin fikrinə əsaslanaraq yazır ki, söhbət xeyli azalmadan gedir.
"FM Logistic" şirkətinin biznesin inkişafı üzrə direktoru Aleksey Misailov hesab edir ki, ümumilikdə sanksiyalara görə Rusiyanın Şimal-Qərb limanları 70%-dək yüklərini itirəcək. Xarici konteyner xətlərinin işi dayandırıldıqdan sonra yüklər dəmir yolu ilə daha aktiv şəkildə daşınacaq.
Nəqliyyat Komitəsinin sədr müavini Aleksey Lvov, bu vəziyyətdən çıxış yolunu iki istiqamətdə görür. "Bizim iki istiqamətimiz var: şərq - dəmir yolundan istifadə etməklə, yəni uzaq şərq limanlarına daha sonra isə ölkə boyu üzrə hərəkət edərək. Ya cənub istiqaməti - cənub limanlarına və daha irəli, ya dəmir yolu, yaxud da mümkün əlaqə kimi - yol nəqliyyatı", - deyə o qeyd edib.
Xatırladaq ki, Rusiya Dəmir Yolları Türkiyə-Azərbaycan-Rusiya marşrutu üzrə tranziti asanlaşdırmağa hazır olduğunu barədə "Delovoy Peterburq" bu həftənin əvvəlində yazmışdır.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycandan Rumıniyaya xam neft ixracının dəyəri 35%-dən çox artıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycandan Rumıniyaya 924 min 913,09 ton xam neft ixrac edilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 18,8 faiz və ya 146 min 297,55 ton artım deməkdir. xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb. İxrac olunan xam neftin dəyəri 581 milyo
21 sentyabrBu qurumlarda işləyənlərin MAAŞLARI KƏSKİN ARTACAQ
Hərbçilərin pensiya məbləği ilə təminat xərcliyi arasındakı əlaqə aradan qalxacaq, fərdi şəxsi hesabda qeydə alınmış pensiya kapitalı, habelə sabit məbləğdə aylıq pensiya əlavəsi hesablanmaqla pensiya təyin ediləcək. xəbər verir ki, sözügdən məsələ parlamentin bugünkü iclasında müzakirəyə çıxarılan "Verg
30 sentyabrBrent markalı neftin qiyməti bir barel üçün 102 dollara düşdü
Neft qiymətləri düşür və bu, bu həftənin ABŞ ilə İran arasındakı münaqişənin diplomatik yolla həlli istiqamətində səyləri bərpa etmək üçün fürsət yarada biləcəyi gözləntiləri ilə əlaqədardır. xəbər verir ki, Londonda yerləşən ICE Futures birjasında noyabr ayı üçün Brent markalı neftin fyuçersləri 1,8
21 sentyabrAzərbaycanda kütləvi pambıq yığımına başlanılıb
Sentyabr ayının sonlarından etibarən Azərbaycanda kütləvi pambıq yığımına başlanılıb. "Report"un Aran bürosu xəbər verir ki, bununla əlaqədar Saatlı rayonunun Fətəlikənd kəndində tədbir keçirilib. Tədbirdə kənd təsərrüfatı naziri Məcnun Məmmədov, Saatlı rayon icra hakimiyyətinin başçısı Elmi
2 oktyabrAİ-95 markalı benzinin qiyməti BAHALAŞACAQ? - AÇIQLAMA
Rusiyada neft emalı müəssisələrində yaranan problemlər və yanacaq istehsalının azalması regionun yanacaq bazarına da təsir göstərə biləcək amillərdən biridir. Bəs, Rusiyada neft emalı və yanacaq istehsalında yaranan problemlər Azərbaycanda benzin qiymətlərinə hansı formada təsir göstərə bilər və xüsusil
29 sentyabrƏtin qiyməti 30 manata qədər BAHALAŞACAQ? - AÇIQLAMA
Azərbaycanda ət qiymətlərinin yaxın gələcəkdə Türkiyədəki kimi 40-50 manata çatacağı ilə bağlı iddialar səslənir. Bəs, bu proqnoz nə dərəcədə əsaslıdır, Azərbaycanda ət qiymətlərinin bu səviyyəyə yüksəlməsi real risk hesab oluna bilərmi və hazırkı bahalaşma fonunda belə iddialar nə dərəcədə əsaslıdır?
29 sentyabr