"Azəriqaz" Xankəndinə qaz yox, son şans verir - GÜNÜN MÖVZUSU

"Azəriqaz" Xankəndinə qaz yox, son şans verir - GÜNÜN MÖVZUSU"Azəriqaz" Xankəndiyə qazın veriləcəyini açıqlayıb.

Dövlət şirkətinin bəyanatında deyilir: "Son günlər Qarabağ iqtisadi rayonuna aid ərazidə uzun illər texniki xidmət göstərilmədən istismar olunan qaz paylayıcı xətlərdəki nasazlıq qaz təchizatında problemlərin yaranmasına səbəb olub.

Martın 28-də Xankəndi və digər ətraf yaşayış məntəqələrinə təbii qazın verilməsi bərpa olunacaq və ilk növbədə test işləri həyata keçiriləcək. Bununla əlaqədar olaraq istehlakçılara təbii qazdan istifadə edən zaman diqqətli olmaq, texniki təhlükəsizlik qaydalarına ciddi riayət etmək tövsiyə edilir.

Martın 29-da test yoxlamaları başa çatdırıldıqdan sonra Qarabağ iqtisadi rayonuna aid ərazidə təbii qazın verilməsi tam bərpa olunacaq".

Xankəndinə təbii qaz verilməsi ilə bağlı "Azəriqaz"ın açıqlaması yetərincə konkret, bitkin və ən başlıcası, siyasi altqatlıdır.

Sosial şəbəkələri oxuyuram.

"Ermənilərə niyə qaz veririk?", "Geri çəkildik!", "Rusun dediyini edirik" və sair və ilaxır.

Fəqət, 3 məqamı ilk əvvəl aydınlaşdırmaq gərəkdir:

1. Xankəndinə kimin - Ermənistanın, yoxsa Azərbaycanın - təbii qazı verilir? 2. İstehlak edilən təbii qaza görə ödənişlər Azərbaycanın, yoxsa Ermənistanın büdcəsinə gedir? 3. İstehlak edilən təbii qaza görə ödəniş hansı valyutada - manatda, yoxsa erməni dramında - həyata keçirilir?

Suallara cavab verək.

1. Xankəndinə, habelə Rusiyanın sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi ərazilərə təbii qaz Ermənistandan verilir.

2. Bu ərazilərdə istehlak olunan təbii qaza görə ödənişlər Ermənistan büdcəsinə gedir.

3. İstehlak olunan təbii qaza görə erməni dramı ilə ödəniş olunur.

Açıqlamanın "Azəriqaz" tərəfindən verilməsi Ermənistan və Rusiya ilə yanaşı, Qərbə də sərt messicdir: Qarabağdakı ermənilərin təminatı Ermənistan və Rusiyadan yox, Azərbaycandan asılıdır.

Məhz Azərbaycan bu ərazidə nəyin nə olacağını təyin və təmin edəcək.

Xankəndinə təbii qaz Ermənistandan verilir, amma boruya tam nəzarət bizdədir.

Boru da müvəqqətidir - bunu Ermənistan rəhbərliyi də bilir, Xankəndindəki ermənilər də.

Ona görə əsl erməni şivəni qaldırıblar.

"Azəriqaz" kəllməsini oxuyanda ermənilər dəqiq anlayıblar ki, onlardan artıq heç nə asılı deyil.

Xankəndindəki, Əsgərandakı, Ağdərədəki, Xocalıdakı erməni sürülərinə təhlükəsizlik təminatını nə Ermənistan, nə Rusiya, nə Fransa verə bilər, vermir və verməyəcək də.

Azərbaycandır təminatçı: ermənilər Bakının tələblərini və şərtlərini yerinə yetirərsə.

Tələblərsə çox sadə və bəsitdir: rusiyalı sülhməramlıların hələlik nəzarət etdikləri ərazilərdəki ermənilər birdəfəlik dərk etməlidirlər ki, onlar ya Azərbaycan vətəndaşı olduqlarını xatırlayaraq Azərbaycanın mövcud qanunvericiliyinə tam, qeyd-şərtsiz əməl edirlər və silahı yerə qoyaraq normal yaşama başlayırlar, ya da Azərbaycanı tərk edib istədikləri məkana, dövlətə yollanıb "öz müqəddəratlarını" orada təyin etməyə, yeni erməni "dövləti" qurmağa başlayırlar.

Bu qədər bəsit.

"Azəriqaz"ın açıqlamasındakı digər diqqətçəkən məqam "Bununla əlaqədar olaraq istehlakçılara təbii qazdan istifadə edən zaman diqqətli olmaq, texniki təhlükəsizlik qaydalarına ciddi riayət etmək tövsiyə edilir" cümləsidir.

Beləcə, "Azəriqaz"ın açıqlaması vasitəsilə rəsmi Bakı ermənilərə xəbərdarlıq edir ki, Qarabağdakı ermənilər sadəcə, "istehlakçılar"dır, yəni Azərbaycan vətəndaşlarıdır və onlar bütün problemləri ilə bağlı İrəvana, ATƏT-in Minsk Qrupuna, Fransa Prezidentinə, Rusiyanın dövlət başçısına, yaxud Dalay Lamaya və ya Madaqaskardakı Taksi Sürücüləri Federasiyasına yox, məhz Bakıya müraciət etməli, çözümü bizdən istəməlidirlər.

Azərbaycanın indiyədək Ermənistandan Xankəndinə təbii qaz verilməsinə mane olmaması sadəcə, Bakının humanizmi ilə bağlıdır.

Əldə silah tutmayan və terrorçuluqla məşğul olmayan qarabağlı ermənilər, qocalar və uşaqlar normal məişət şərtlərindən məhrum olunmamalıdırlar.

Lakin rəsmi Bakı Ermənistan tərəfdən Azərbaycanlı silahlı separatçılara və terrorçulara dəstək verilməsinə, o cümlədən təbii qaz təminatına laqeyd qala bilməz.

2020-ci ilin noyabrın 20-də Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanmış üçtərəfli bəyanatda da Qarabağda yaşayan ermənilərin təbii qazla təminatı, xüsusilə də Ermənistandan Xankəndinə uzanan qaz boru kəməninin normal fəaliyyətinin təminatı ilə bağlı bir kəlmə yer almayıb.

Rəsmi Bakı məhz bu səbəbdən Xankəndinə təbii qazı məhud həcmdə, kvota ilə, dinc əhali və rusiyalı sülhməramlılara yetəcək qədər buraxa bilər.

Təbii ki, həmin təbii qazın istehlakçının yoxlanması və monitorinqi şərtdir.

Çünki biz yerli ermənilərin diversant dəstələrini və Ermənistanın buradakı hərbçilərini təbii qazla təmin etmək niyyətində deyilik.

"Azəriqaz"ın bəyanatı həm də xəbərdarlıqdır ki, hazırda rusiyalı sülhməramlıların yerləşdiyi ərazilər bir müddət sonra Azərbaycanın ümumi qazpaylama şəbəksinə qoşulacaq, yerli ermənilər də "Azəriqaz"ın abonentləri olacaqlar.

"Azəriqaz"ın açıqlamasının altqatı budur.

Rusiyaya gəldikdə isə...

Ordumuz mövqelərindən, nəzarət etdiyi yeni postlardan bir santimetr də geri çəkilməyib.

Rusiya Müdafiə Nazirliyinin dünənki sarsaq və idiotik bəyanatına da Azərbaycan Müdafiə Nazirliyi tərs şapalaq kimi bəyanat verdi.

Hə, bəyanatın sonunda Müdafiə Nazirliyimizin "xahiş edirik" ifadəsi işlətməsini də "zəiflik əlaməti" sayanlar var, "tələb edirik" yazılmasını məqbul sayanlar da.

Nəzakət tərbiyəlilərə və özünə inananlara məxsusdur.

Qorxağın nəzakəti yaltaqlıq, sarsağın nəzakəti qabalıqdır.

"Xahiş edirik" ifadəsini hərbçilər işlədəndə isə tam ayrı məna kəsb edir. Bütün hallarda bu ifadə sonuncu xəbərdarlıq sayılır.

Hərbçi dostlarım bunu əla bilirlər./Milli


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 2165   Tarix: 27 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Bakıda ətin qiyməti 19 manat oldu

Azərbaycanda mal ətinin qiyməti yenidən bahalaşıb. Qaynarinfo xəbər verir ki, hazırda ət satış məntəqələrində sümüklü ət alıcılara 19 manatdan təklif edilir. Sümüksüz mal əti isə 21-22 manata satılır. Bu isə son bir ayda 1-2 manat artım deməkdir. Satıcılar qiymət artımına səbəb kimi mövsüm dəyişikliyin

22 sentyabr
.

Brent markalı neftin qiyməti bir barel üçün 102 dollara düşdü

Neft qiymətləri düşür və bu, bu həftənin ABŞ ilə İran arasındakı münaqişənin diplomatik yolla həlli istiqamətində səyləri bərpa etmək üçün fürsət yarada biləcəyi gözləntiləri ilə əlaqədardır. xəbər verir ki, Londonda yerləşən ICE Futures birjasında noyabr ayı üçün Brent markalı neftin fyuçersləri 1,8

21 sentyabr
.

Britaniya şirkəti Azərbaycanda mis istehsalını 7 dəfədən çox artırıb

Azərbaycanda qızıl yataqlarının işlənməsi üzrə operator olan Böyük Britaniyanın "Anglo Asian Mining PLC" şirkəti (AAM) bu ilin birinci yarısında 12,329 unsiya qızıl hasil edib. şirkətin məlumatına istinadən xəbər verir ki, bu, 2025-cü ilin ilk yarəsə ilə müqayisədə 1,8 % çoxdur. "Angl

21 sentyabr
.

Qızıl qiymətlərində son vəziyyət

Azərbaycanda 2026-cı il 2 oktyabr tarixinə olan qızıl qiymətləri açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, 1 unsiya - 7106.1105 manat, 1 qram (99 əyyar təmiz qızıl) - 228.47 manat, 1 qram İtalyan qızılı (750 əyyar) - 171.52 manat, 1 qram Türk qızılı (585 əyyar) - 133.79 manat, | 1 qram Rus qızıl

2 oktyabr
.

İqtisadçı ekspert vəfat etdi

İqtisadçı ekspert Pərviz Heydərov vəfat edib. "Qafqazinfo" xəbər verir ki, o, 54 yaşında xəstəlik səbəbindən dünyasını dəyişib. Qeyd edək ki, P.Heydərov 90-cı illərdə İqtisadiyyat Nazirliyində çalışıb. Prezident İlham Əliyevin 21 oktyabr 2014-cü il tarixli Sərəncamı ilə Azərbaycan iqtisadiyyatını

29 sentyabr
.

Azərbaycan buğda idxalına çəkdiyi xərci 13 %-dən çox artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan 185 milyon 174 min ABŞ dolları dəyərində 841 min 677,9 ton buğda idxal edib. bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir. Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə ölkəyə gətirilən buğdanın dəyəri 21,6 milyon ABŞ dolları və ya 13,2 %, həcm

24 sentyabr
.

Taxtakörpü su anbarında istehsal edilən enerjinin həcmi açıqlanıb

Şabran rayonu ərazisində Samur çayı, Taxtakörpü su anbarının üzərində tikilən "Taxtakörpü" Su Elektrik Stansiyasında (SES) istismara verildiyi tarixdən bu ilin sentyabrın 1-nə 675,5 milyon kVt/saat elektrik enerjisi istehsal edilib. Bu barədə -a Energetika Nazirliyindən məlumat verilib. Bildirili

28 sentyabr
.

Əmtəə bazarlarında qızıl və gümüşün bahalaşması davam edir

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri artıb. "APA-Economics" birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun "COMEX" əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin dekabr fyuçerslərinin dəyəri 0,75% artaraq 4 218,

1 oktyabr
.

Minimum əməkhaqqı nə qədər artacaq? - Gözlənti açıqlandı

2027-ci ilin fevralınadək minimum əməkhaqqının artacağı gözlənilir. Ötən il Əmək Məcəlləsinə edilən dəyişikliyə əsasən Azərbaycanda minimum əməkhaqqı məbləğinə ildə azı bir dəfə yenidən baxılmasını nəzərdə tutulur. Millət vəkili Vüqar Bayramov bilidirib ki, dövlət başçısı tərəfindən 2026-cı ilin fevralınd

30 sentyabr