Mobil telefonla qaz kartına necə pul yükləmək olar?
Bu gün sizə Azəriqaz İstehsalat Birliyinin yeni tərtib etdiyi "Gallus" kartlarının NFC təminatı olan telefonlarda necə və hansı proqram təminatı ilə yükləmə qaydasını izah edəcəyik.
Sonxeber.az Axar.az-a istinadən xəbər verir ki, yalnız NFC təminatı olan telefonlarla "Gallus Pay" kartla yükləmə əməliyyatı etmək olur, yəni heç bir yerə getmədən "Smart Gallus Pay" sayğaclardan ödəniş əməliyyatı edə bilirik. Bunun üçün ilk olaraq "Play Market" və ya "App Store"dan "E Manat+" proqramı yükləyirik. "E manat+" proqram təminatını açırıq, "ödəniş et" bölməsinə seçirik. "Kommunal Azəriqaz" və "Azəriqaz Gallus pay" pəncərəsinə daxil oluruq. Kartı telefonun alt hissəsinə tutduqda kartda olan məlumatlar telefonda əks olunur. Sayğacın nömrəsi, abonent kodumuz və ödəniş növü qeyd olunur. Ödəniş növünü seçərək "davam et" düyməsi, ondan sora məbləği daxil edirik. Yenidən "davam et" düyməsinə basırıq. Beləliklə kartın məlumatları əks olunur. Biz kartın nömrəsini, istifadə müddətini və cvv kodunu qeyd edərək qeyd etdiyimiz məbləğin "ödə" düyməsini sıxaraq istədiyimiz məbləği karta köçürmüş oluruq. Məlumat üçün bildiririk ki, yaxın günlərdə əvvəlcədən ödənişli smart tipli "Zenner" sayğaclarda da bu tətbiq aktivləşdiriləcək.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycandan Rumıniyaya xam neft ixracının dəyəri 35%-dən çox artıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycandan Rumıniyaya 924 min 913,09 ton xam neft ixrac edilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 18,8 faiz və ya 146 min 297,55 ton artım deməkdir. xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb. İxrac olunan xam neftin dəyəri 581 milyo
21 sentyabrBu qurumlarda işləyənlərin MAAŞLARI KƏSKİN ARTACAQ
Hərbçilərin pensiya məbləği ilə təminat xərcliyi arasındakı əlaqə aradan qalxacaq, fərdi şəxsi hesabda qeydə alınmış pensiya kapitalı, habelə sabit məbləğdə aylıq pensiya əlavəsi hesablanmaqla pensiya təyin ediləcək. xəbər verir ki, sözügdən məsələ parlamentin bugünkü iclasında müzakirəyə çıxarılan "Verg
30 sentyabrBrent markalı neftin qiyməti bir barel üçün 102 dollara düşdü
Neft qiymətləri düşür və bu, bu həftənin ABŞ ilə İran arasındakı münaqişənin diplomatik yolla həlli istiqamətində səyləri bərpa etmək üçün fürsət yarada biləcəyi gözləntiləri ilə əlaqədardır. xəbər verir ki, Londonda yerləşən ICE Futures birjasında noyabr ayı üçün Brent markalı neftin fyuçersləri 1,8
21 sentyabrAzərbaycanda kütləvi pambıq yığımına başlanılıb
Sentyabr ayının sonlarından etibarən Azərbaycanda kütləvi pambıq yığımına başlanılıb. "Report"un Aran bürosu xəbər verir ki, bununla əlaqədar Saatlı rayonunun Fətəlikənd kəndində tədbir keçirilib. Tədbirdə kənd təsərrüfatı naziri Məcnun Məmmədov, Saatlı rayon icra hakimiyyətinin başçısı Elmi
2 oktyabrAİ-95 markalı benzinin qiyməti BAHALAŞACAQ? - AÇIQLAMA
Rusiyada neft emalı müəssisələrində yaranan problemlər və yanacaq istehsalının azalması regionun yanacaq bazarına da təsir göstərə biləcək amillərdən biridir. Bəs, Rusiyada neft emalı və yanacaq istehsalında yaranan problemlər Azərbaycanda benzin qiymətlərinə hansı formada təsir göstərə bilər və xüsusil
29 sentyabrƏtin qiyməti 30 manata qədər BAHALAŞACAQ? - AÇIQLAMA
Azərbaycanda ət qiymətlərinin yaxın gələcəkdə Türkiyədəki kimi 40-50 manata çatacağı ilə bağlı iddialar səslənir. Bəs, bu proqnoz nə dərəcədə əsaslıdır, Azərbaycanda ət qiymətlərinin bu səviyyəyə yüksəlməsi real risk hesab oluna bilərmi və hazırkı bahalaşma fonunda belə iddialar nə dərəcədə əsaslıdır?
29 sentyabr