İlin bu vaxtı Bakıda çiyələk niyə belə ucuz satılır? - RƏYLƏR
Aprel ayının 4-ü… Bakı metrostansiyalarının qarşısında qalaq-qalaq və çiyələk dolu yeşiklər göz oxşayır. Satıçılar çiyələyin 1 kloqramını 2 manata təklif edir. Amma buna baxmayaraq, alıçılar ilin-günün bu çağında mövsümünə görə belə ucuz satılan çiyələk məhsullarının yanından düz keçir.
Aprel ayında çiyələyin belə ucuz satılmasına səbəb nədir?
Kənd təsərrüfat məhsulları üzrə ekspert Vahid Məhərrəmov Qaynarinfo-ya açıqlamasında bunun səbəbini ölkədə çiyələk yetişdirənlərin sayının çox olması ilə əlaqləndirib:
"İstehsalçılar düşünür ki, bazara böyük həcmdə çiyələk çıxacaq. Əslində 2 manat normal qiymətdir. Bir də baxır, kim onu necə və hansı şəraitdə yetişdirib. Onun məhsulunun maya dəyəri də neçəyə başa gəlirsə, ona uyğun qiymət təyin edilir. Əslində, məhsulun qiymətini bazar müəyyən edir. Qoyduğu qiymət o demək deyil ki, ona sata biləcək. Çiyələk tez xarab olur. İndi alıcılıq qabiliyyəti də aşağıdır. İnsanlar əsas kartof, soğan və südə üstünlük verir. Ağıllı sahibkarlar çalışır ki, məhsulu tez satsınlar. İndi çiyələk istehsal etmək əvvəlki kimi çətinlik törətmir".
İqtisadçı ekspert Natiq Cəfərli isə bildirib ki, məntiqlə aprel ayında klosu 2 manata çiyələk olmaz:
"Bu, hardan gəlib, necə gəlib bunu artıq aidiyyatı orqanlar araşdırmalıdır. Ərzaqların və məhsulların küçədə satışı ilə bağlı müəyyən prosedurlar var. Onun istehsalı ilə bağlı arayış olmalıdır. Bu gün Rusiyaya mal göndərmək çətinləşib. Ola bilsin ki, Rusiya üçün nəzərdə tutulubmuş, xarab olmasın deyə tez-bazar satışa çıxarıblar".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycan Dominikandan siqar idxalını 10 dəfə artırıb
Bu ilin yanvar-iyul aylarında Azərbaycan 745 min ABŞ dolları dəyərində 2,02 milyon ədəd siqar (tərkibində tütün olan, ucları kəsilmiş və nazik) idxal edib. -n Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsind
24 sentyabrBrent markalı neftin qiyməti artaraq 107,32 dollar/barelə çatıb
Neft qiymətləri, Yaxın Şərq münaqişəsinin tez bir zamanda sona çatacağına dair şübhələrdən irəli gələn əvvəlki günkü artımdan sonra çərşənbə axşamı səhəri yüksəlir. xəbər verir ki, Londondakı ICE Futures birjasında noyabr ayı üçün Brent markalı neftin fyuçerslərinin qiyməti 2,04 dollar və ya 1,94 fai
29 sentyabrƏməkhaqlarından tutulan vergi 7%-ə ÇATACAQ - Deputatdan AÇIQLAMA
Vergi dəyişikliklərinə əsasən, aylıq vergitutulan gəliri 2500 manatadək olan şəxslər 2027-ci ildən 5 faiz, 2028-ci ildən 7 faiz dərəcəsi ilə gəlir vergisi ödəyəcəklər. Bəs, 2027-ci ildən fiziki şəxslərin gəlir vergisi dərəcələrinin dəyişməsi vətəndaşların real gəlirlərinə və aylıq qazancına necə təsi
23 sentyabrBakı 2040-cı ilədək çoxmərkəzli şəhər modelinə keçəcək
"Bakı şəhəri 2040-cı ilədək çoxmərkəzli şəhər modelinə keçəcək". "Report"a istinadla xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda bildirib. Onun sözlərinə görə, bu, rəqabətədavaml
26 sentyabrBakıda avtobuslarla sərnişindaşıma 6 %-ə yaxın artıb
Bu ilin yanvar-avqust aylarında Bakıda şəhərdaxili, şəhərətrafı və qəsəbələrarası avtobuslarla 335,6 milyon sərnişin səfəri həyata keçirilib. Bu barədə -a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib. Bildirilib ki, bu, ötən ilin eyn
28 sentyabrAzərbaycanın 8 ayda metanol istehsalının həcmi açıqlanıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 223,2 min ton həcmində metanol (metil spirit) istehsal olunub. -ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu, 2025-ci ilin ilk 8 ayı ilə müqayisədə 29,8 % azdır. Bu ilin sentyabrın 1-nə 37 min ton hazır məhsul qalığı yaranıb. Qeyd edə
17 sentyabrAzərbaycanın avtomobil hissələri idxalına çəkdiyi xərci 14 %-dən çox azalıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycan 1 milyard 485 milyon 186,02 min ABŞ dolları dəyərində nəqliyyat vasitələri və onların hissələrini idxal edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin 8 ayı ilə müqayisədə 252 milyon 544,42 min ABŞ dolları və yaxu
26 sentyabrADY: Astara Terminalında yük aşırılması 30 % artıb
Bu ilin yanvar-avqust aylarında Astara Terminalında (İran ərazisində) 537 min tondan çox yük aşırılıb. Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) istinadən xəbər verir. Bildirilib ki, bu, ötən ilin eyni dövrünün göstəricisindən təqribən 30 % çoxdur. Təkcə bu ilin avqust ayı üzrə müvafi
22 sentyabr