Keçmiş arvadını və özünü öldürən şəxs mayor imiş - YENİ FAKTLAR
Aprelin 6-da Bakıda 1978-ci il təvəllüdlü Rasim Xəlilov ov tüfəngi ilə keçmiş həyat yoldaşı 25 yaşlı Misli Xəlilovanı qətlə yetirib, daha sonra özünü güllələyib. Hadisə Sabunçu rayonu ərazisində baş verib.
44 yaşlı Rasim Xəlilov Vətən Müharibəsinin iştirakçısı olub. O, müharibənin ilk günlərindən Azərbaycan torpaqlarının işğaldan azad olunması əməliyyatlarına qatılıb.
Bu barədə mərhumun döyüş yoldaşı, yazar Emin Piri məlumat verib.O bildirib ki, Rasim Xəlilov Vətən Müharibəsində göstərdiyi şücaətə görə medalla təltif olunub:
E.Pirinin sözlərinə görə, R.Xəlilov 44 günlük müharibə zamanı xəsarət almayıb, sonadək döyüşlərdə iştirak edib:
"Döyüşdə iştirak edən hər bir şəxs kimi, o da psixoloji travma almışdı. Təbii ki, Rasimin psixoloji problemləri yaranmışdı. Son günlər görürük ki, Vətən Müharibəsi iştirakçıları intihar edir, cinayət törədir. Bunların qarşısını almaq üçün Vətən Müharibəsi iştirakçılarına fərdi şəkildə psixoloji dərs keçilməlidir. 50-60 iştirakçıya bir yerdə psixoloji dərs deyirlər, bu, çox mənasızdır. Çünki psixoloji dərslər fərdi şəkildə, bir neçə prosedurla həyata keçirilməlidir. Bu, o demək deyil ki, Vətən Müharibəsi iştirakçıları cinayətə meyillidir. Müharibənin əsəb, stressi onlarda aqresiya yaradır. Rasimdə də psixoloji problemlər olub ki, silaha meyl edib. Lakin hadisənin hansı səbəbdən baş verdiyini bilmirəm".
"Rasim əslən Şəkidən idi. Orada da dəfn olunacaq. Müharibə vaxtı rütbəsi mayor idi. Müharibə dövründə eyni batalyonda xidmətdə olmuşuq. Batalyon komandirinin müavini idi. Füzuli, Cəbrayıl, Xocavənd, Laçın dəhlizi və Şuşa istiqamətində döyüşmüşük. Sonuncu tərxis yerimiz Laçın oldu, birlikdə qayıtdıq.
Rasim "Füzulinin azad olunmasına görə" medalı ilə təltif olunmuşdu, 20 illik xidməti dövründə bir sıra medallara layiq görülüb. İncəsənətə meyilli adam idi. Rəsm sərgilərində iştirak etdiyini söyləyirdi. Ailə məsələləri haqqında danışmağı sevmədiyim üçün onunla ailəsi barədə söhbət aparmamışam".
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 4663 Tarix: 09 aprel 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İsmayıllıda ölümlə nəticələnən qəzanın səbəbi açıqlandı
İsmayıllı rayonunda bir nəfərin ölümü, iki nəfərin isə ağır xəsarət alması ilə nəticələnən zəncirvari qəzanın ilkin səbəbi məlum olub. xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb. Bildirilib ki, oktyabrın 16-da saat 15 radələrində rayonun Balik kəndi ərazisində Göyça
17 oktyabrLaçın sakini Ağcabədidə niyə boğulub ölüb? - Səbəb
Ağcabədidə balıq tutmağa gedən Laçın sakini göldə boğularaq həyatını itirib. "Unikal"a istinadla xəbər verir ki, hadisə Ağcabədi rayonunun Taxta Körpü ərazisində yerləşən göldə baş verib. Belə ki, Laçın rayonunun Fingə kənd sakini 1974-cü il təvəllüdlü Rafiq Əliyev balıq tutarkən suda boğulub
10 oktyabrQaradağda dəhşətli qəza: Əsgərləri daşıyan avtobus aşdı - Video
Səhər saatlarında Qaradağ rayonu ərazisində qəza baş verib. "Yeni Sabah"a istinadən xəbər verir ki, hərəkətdə olan avtobus yoldan çıxaraq aşıb. Hadisə nəticəsində yaralıların olduğu bildirilir. İlkin məlumata görə avtobus gənc əsgərləri daşıyırmış
9 oktyabrGəncədə qəza: Ana və iki azyaşlı övladı xəsarət aldı
Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə nəticəsində üç nəfər xəsarət alıb. Belə ki, iki avtomobilin toqquşması nəticəsində ana və iki azyaşlı övladı xəsarət alıb. Yaralılar 30 yaşlı A.Həsənova, 5 yaşlı U.Məmmədli və 3 yaşlı N.Məmmədlidir. Onlar xəstəxanay
18 oktyabr2026-cı ilin ilk doqquz ayında velosiped qəzalarında ölənlərin sayı açıqlandı
"Velosipedçilər yol hərəkətinin müdafiəsiz iştirakçılarıdır və velosipeddə sürücünü qəza zamanı qoruya biləcək konstruktiv təhlükəsizlik elementləri olmadığından, toqquşmalar onlar üçün ağır nəticələnə bilər. Bu səbəbdən velosipedçilərin yol hərəkəti qaydalarına əməl etməsi, velosipedlərinin texnik
11 oktyabrYasamalda məktəbi yandırmağa cəhd etdilər - Foto
Yasamal rayonunda orta məktəblərin birində yanğın törətməyə cəhd olunub. "Qafqazinfo"ya istinadla xəbər verir ki, hadisənin qarşısı dərhal görülmüş tədbirlər nəticəsində alınıb. Xəsarət alan olmayıb. Bu hadisə xarici qüvvələrin təhriki ilə Azərbaycanın dünyəvi dövlət modelinə hücum edən təxribatçılarl
12 oktyabr