Yarım milyonluq brilyantla tutulan şəxsə hökm oxundu
Qaçaqmalçılıq yolu ilə Dubaydan Azərbaycana brilyant qaşlar gətirən şəxsə hökm oxunub.
Hadisə ötən ilin yanvar-fevral aylarında baş verib. Belə ki, 1979-cu il təvəllüdlü Sahib Məmmədov (ad və soyad şərtidir) əvvəlcədən əlbir olduğu bir qrup şəxsin köməyi ilə 495075,50 manat dəyərində olan 16 ədəd şəffaf sellofan paketdə yerləşdirilmiş brilyant qaşları satmaq məqsədi ilə ölkəyə gətirib.
Sahib Məmmədov həmin sellofan paketləri boks kisəsinin içində gizlədərək 2021-ci ilin 12 fevralında gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə hava sərhədindən ölkəyə keçirib. Ankara-Bakı aviareysilə gələn Azərbaycan Respublikasının vətəndaşına məxsus baqaj rentgen aparatından keçirilib. Daha sonra vətəndaş saxlanılaraq inzibati binaya dəvət olunub.
Ona məxsus böyük ölçülü karton qutuya yoxlama keçirilən zaman, qutunun içərisində olan boks kisəsi açılıb və brilyant dolu paketlər yerə tökülüb. Gömrük əməkdaşları tərəfindən aşkar olunan bükümlər nömrələnib. Aşkar olunan brilyant qaşların təxmini ümumi kütləsi 4500 karat (948 qram) təşkil edib.
Sahib Məmmədov daha sonra 63287,33 manat gömrük ödənişini Dövlət Gömrük Komitəsinin vasitəsi ilə dövlət büdcəsinə ödəyib.
Bakı Şəhəri Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Sahib Məmmədovun cəzası şərti hesab edilib. Bu səbəbdən o azadlıqda qalıb və 2 il sınaq müddəti təyin edilib.
Qeyd edək ki, hadisə ilə bağlı ötən ilin 23 fevralında Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 1867 Tarix: 09 aprel 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İsmayıllıda ölümlə nəticələnən qəzanın səbəbi açıqlandı
İsmayıllı rayonunda bir nəfərin ölümü, iki nəfərin isə ağır xəsarət alması ilə nəticələnən zəncirvari qəzanın ilkin səbəbi məlum olub. xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb. Bildirilib ki, oktyabrın 16-da saat 15 radələrində rayonun Balik kəndi ərazisində Göyça
17 oktyabrLaçın sakini Ağcabədidə niyə boğulub ölüb? - Səbəb
Ağcabədidə balıq tutmağa gedən Laçın sakini göldə boğularaq həyatını itirib. "Unikal"a istinadla xəbər verir ki, hadisə Ağcabədi rayonunun Taxta Körpü ərazisində yerləşən göldə baş verib. Belə ki, Laçın rayonunun Fingə kənd sakini 1974-cü il təvəllüdlü Rafiq Əliyev balıq tutarkən suda boğulub
10 oktyabrQaradağda dəhşətli qəza: Əsgərləri daşıyan avtobus aşdı - Video
Səhər saatlarında Qaradağ rayonu ərazisində qəza baş verib. "Yeni Sabah"a istinadən xəbər verir ki, hərəkətdə olan avtobus yoldan çıxaraq aşıb. Hadisə nəticəsində yaralıların olduğu bildirilir. İlkin məlumata görə avtobus gənc əsgərləri daşıyırmış
9 oktyabrGəncədə qəza: Ana və iki azyaşlı övladı xəsarət aldı
Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə nəticəsində üç nəfər xəsarət alıb. Belə ki, iki avtomobilin toqquşması nəticəsində ana və iki azyaşlı övladı xəsarət alıb. Yaralılar 30 yaşlı A.Həsənova, 5 yaşlı U.Məmmədli və 3 yaşlı N.Məmmədlidir. Onlar xəstəxanay
18 oktyabr2026-cı ilin ilk doqquz ayında velosiped qəzalarında ölənlərin sayı açıqlandı
"Velosipedçilər yol hərəkətinin müdafiəsiz iştirakçılarıdır və velosipeddə sürücünü qəza zamanı qoruya biləcək konstruktiv təhlükəsizlik elementləri olmadığından, toqquşmalar onlar üçün ağır nəticələnə bilər. Bu səbəbdən velosipedçilərin yol hərəkəti qaydalarına əməl etməsi, velosipedlərinin texnik
11 oktyabrYasamalda məktəbi yandırmağa cəhd etdilər - Foto
Yasamal rayonunda orta məktəblərin birində yanğın törətməyə cəhd olunub. "Qafqazinfo"ya istinadla xəbər verir ki, hadisənin qarşısı dərhal görülmüş tədbirlər nəticəsində alınıb. Xəsarət alan olmayıb. Bu hadisə xarici qüvvələrin təhriki ilə Azərbaycanın dünyəvi dövlət modelinə hücum edən təxribatçılarl
12 oktyabr