Pakistanın yeni Baş naziri Şahbaz Şərif kimdir? - DOSYE - FOTO

Pakistanın yeni Baş naziri Şahbaz Şərif kimdir? - DOSYE - FOTOPakistanda parlamentə etimadsızlıq səsverməsi nəticəsində İmran Xanın hökuməti ömrünü başa vurub. Sabiq Baş nazirin əleyhinə 174 parlament üzvü səs verib.

BAKU.WS xəbər verir ki, parlamentdə keçirilən səsvermədə Pakistanda müxalifət blokunun namizədi Şahbaz Şərif Baş nazir seçilib.

Şahbaz Şərif əvvəllər üç dəfə Pakistanın Baş naziri vəzifəsində çalışıb və son olaraq 2017-ci ildə korrupsiya ittihamı ilə mühakimə olunan Nəvaz Şərifin kiçik qardaşıdır.

İnqilabi şeirlərdən sitat gətirməsi ilə gündəmə gələn Şahbaz Şərif Pakistan Müslüman Liqasının lideri olmamışdan əvvəl uzun illər Pəncab əyalətində baş nazir vəzifəsində çalışıb. 70 yaşlı Şərif həm də ailəsindən miras qalan ölkənin aparıcı polad şirkətlərindən birinin sahibidir.

2019-cu ildə Şahbaz Şərifə qarşı çirkli pulların yuyulması ittihamı ilə cinayət işi açılıb və onun bəzi mülkləri müsadirə edilib. 2020-ci ildə həbs edilən və bir müddət həbsdə qalan Şahbaz Şərif daha sonra zaminə buraxılıb. Qardaşından fərqli olaraq o, rəqibləri ilə anlaşa bilən, ordu və müxalifətlə yola gedən çevik siyasətçi kimi tanınır.

Şərifi Baş nazir postunda gözləyən ən mühüm məsəslə iqtisadi və təhlükəsizlik problemləridir. 1947-ci ildə müstəqilliyini elan edən Pakistanda dörd dəfə hərbi çevriliş və eyni sayda uğursuz hərbi çevriliş cəhdi baş tutub.
Pakistanın yeni Baş naziri Şahbaz Şərif kimdir? - DOSYE - FOTOPakistanın yeni Baş naziri Şahbaz Şərif kimdir? - DOSYE - FOTOPakistanın yeni Baş naziri Şahbaz Şərif kimdir? - DOSYE - FOTO


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 3262   Tarix: 11 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Polşa ABŞ hərbi bazasının tikintisinə 3,8 milyard dollar ayırmağı planlaşdırır

Polşa öz ərazisində daimi ABŞ hərbi bazasının tikintisinə təxminən 15 milyard zlotı (3,8 milyard dollar) sərmayə qoymaq niyyətindədir. "Report" "WNP.pl" portalına istinadən xəbər verir ki, bu barədə Polşanın milli müdafiə naziri Vladislav Kosinyak-Kamış bildirib. "Biz hazırıq

25 oktyabr
.

Nigeriyada yeni evlənənlərə qeyri-adi toy hədiyyəsi verilir

Nigeriyada yeni evlənənlərə toy hədiyyəsi kimi günəş panellərinin verilməsi halları getdikcə artır. Bu tendensiya ölkədə yanacağın bahalaşması və əsasən Çindən idxal olunan avadanlıqların münasib qiymətə olması ilə əlaqələndirilir. xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb

25 oktyabr
.

Rusiyada ana müharibədə ölən ərinin sığorta puluna görə doğma qızını qaçırtdı

Başqırdıstanda (Rusiya) 18 yaşlı doğma qızını qaçırmaqda təqsirləndirilən 43 yaşlı qadın və onun əlbir olduğu 32 yaşlı şəxs həbs ediliblər. xəbər verir ki, bu barədə Rusiyanın İstintaq Komitəsindən məlumat verilib. Hüquq-mühafizə orqanlarının məlumatına görə, hadisə oktyabrın 15-i axşam saatlarında Sterlitamakd

25 oktyabr
.

İordaniyada pravoslav kilsəsinə hücumla bağlı üç şübhəli həbs edilib

"Əl-Məmləka" televiziyasının verdiyi məlumata görə, İordaniya Karak bölgəsindəki Əl-Hamuda Pravoslav Kilsəsinə edilən hücumda iştirak etməkdə şübhəli bilinən üç nəfəri həbs edib. xəbər verir ki, nəşr bildirir ki, "Təhlükəsizlik qüvvələrinin birgə əməliyyatı nəticəsində ixtisaslaşmış istinta

26 oktyabr
.

Dalaşan qadınları ayırmaq istədi, klinik ölüm keçirdi

Rusiyanın paytaxtı Moskvada iki qadının davasına müdaxilə edən 63 yaşlı kişi klinik ölüm keçirib. xəbər verir ki, küçədə iki qadın arasında yaranan mübahisə əlbəyaxa davaya çevrilib. Həmin vaxt oradan keçən 63 yaşlı kişi qadınları ayırmağa çalışıb. Lakin qadınlardan biri kişinin üzünə zərbə endirib

25 oktyabr
.

Paris yaxınlığındakı atışmada şübhəli bilinən şəxsin evindən Hitlerin kitabı tapıldı

Fransanın Trapp kommunasında yoldan keçənlərə atəş açmaqda şübhəli bilinən şəxs hadisəni oktyabrın 17-də ölkədə baş verən iğtişaşlara və mağazaların qarət edilməsinə görə qisas almaq istəyi ilə izah edib. "Le Monde" nəşrinə istinadən xəbər verir ki, şübhəli şəxs qaradərili və ərəbəsilli insanlar

25 oktyabr
.

Yaponiyada 13 minə yaxın sakinə daşqın təhlükəsi ilə əlaqədar təxliyə tövsiyə olunub

Yaponiyanın Xonsyu adasında yerləşən Vakayama prefekturasının hakimiyyət orqanları güclü yağışlar, daşqınlar və torpaq sürüşməsi təhlükəsi ilə əlaqədar təxminən 13 min sakinə təxliyə olunmağı tövsiyə edib. "Report"un Yaponiya İctimai Televiziyasına istinadən verdiyi məlumata görə, tövsiyə il

25 oktyabr
.

"Axios": Tramp administrasiyası Netanyahunun fəaliyyətindən narazıdır

ABŞ Prezidenti Donald Trampın administrasiyasındakı bəzi müşavirlər hesab edirlər ki, İsrailin Baş naziri Benyamin Netanyahu və onun ifrat sağçı koalisiya tərəfdaşlarının hökumətdə təmsil olunmadığı yeni hökumətlə Vaşinqtonun Yaxın Şərq siyasətini həyata keçirməsi daha asan ola bilər. "Report"

25 oktyabr
.

İrana qarşı zərbələr ABŞ-də siyasi böhrana səbəb oldu: Heqset hədəfdə

Pentaqon rəhbəri Pit Heqset ABŞ-də keçiriləcək aralıq seçkidə Demokratlar Partiyası qələbə qazanacağı təqdirdə diqqət mərkəzində olacaq şəxslərdən biri ola bilər. xəbər verir ki, bu barədə "Foreign Policy" nəşri ABŞ Nümayəndələr Palatasının Demokratlar Partiyasından olan üzvü Mayk Levinə istinadə

25 oktyabr