Putinin "müəllimi"ndən ŞOK SÖZLƏR: Hər şey ssenari idi - Zelenski təslim olmasa...
"Buçadakı qətliam və 52 nəfərin öldüyü vağzala edilən hücum İstanbulda əldə edilən müsbət nəticələri sıfırlamaq üçün Qərb ölkələri tərəfindən hazırlanan ssenari idi".
Metbuat.az xəbər verir ki, Rusiyanın ictimai-siyasi xadimi və politoloq Aleksandr Duqin belə açıqlama verib. O bildirib ki, Qərb Ukraynadakı müharibənin davam etməsini istəyir. Duqinin iddiasına görə, vağzala atılan raket Ukrayna ordusunun arsenalında olub. Duqin qeyd edib ki, Qərbin törətdiyi təxribatlar liderlərin görüşmə ehtimalını aradan qaldırıb. Duqin bildirib ki, ABŞ və NATO Ukraynaya müdaxilə etsə Rusiya kimyəvi silahdan istifadə edəcək:
"Rusiya müdaxilə etməsəydi, Ukraynadan Rusiyaya hücumlar başlayacaqdı. Rusiyanın Ukraynada verdiyi itkilər normaldır. Gözləsəydik bərpası mümkün olmayan itkilər verəcəkdik. Rusiya ordusunun bəzi bölgələrdən çəkilməsi taktiki məsələdir. Hazırda orduda komandanlıq da daxil olmaqla yeniliklər edildi. Ordu hazırlıqları başa çatdırandan sonra əvvəlcə Donbas ardınca Kiyev daxil olmaqla Ukrayna şəhərlərinə hücumlar başlayacaq. Rusiya üçün Donbas və ya Ukraynanın bir hissəsini nəzarətə almaq zəfər deyil. Ukraynada bütün hədəflər yox edilib təhlükəsizlik təmin edilənə və ya Zelenski təslim olana qədər hərbçilərimiz evinə dönməyəcək".
Qeyd edək ki, bəzi dairələrin iddiasına görə, Aleksandr Duqin Kremlin hazırkı siyasətinin ideoloqudur. İddia edilir ki, prezident Vladimir Putin Aleksandr Duqindən məsləhətlər alır, onun tövsiyyələrinə uyğun davranır.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qatıq hazırlayanda 1 qaşıq əlavə edn - nə su salır, nə də turşuyur
Azərbaycanda internet bahalaşıb - QİYMƏTLƏR
Sovetdən qalma binalarla bağlı MÜHÜM QƏRAR - sakinləri nə gözləyir?
"Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın"
Təcili pula ehtiyacı olanlara ŞAD XƏBƏR
Noyabrda ağacın dibinə 1 stəkan tökün: Yayda bol məhsul əldə edin
Azərbaycanda toylarla bağlı yeni vəziyyət - YEMƏKLƏR YIĞIŞDIRILDI…
Paltaryuyana 1 qaşıq əlavə edin - dəsmaldakı pis qoxunu yox edir
Pensiya kapitalı bu halda birdəfəlik verilə bilər - ŞƏRTLƏR
"Anamla atam ailə qurmağımı istəyir"
Avtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA
Yağış, şimşək, şimal-şərq küləyi - Həftənin ilk iş gününün havası
Abşeron rayonunun Masazır qəsəbəsi, Əsəs Həsənov küçəsində qanunsuz tikinti aparılır - ARAŞDIRMA
Ət bazarı üçün BƏDBİN PROQNOZ - Daha böyük bahalaşma...
"WhatsApp"da hamının xoşuna gələcək iki YENİLİK - ARTIQ BELƏ OLACAQ...