Azərbaycanlı fermerlər niyə süd sata bilmirlər?

Azərbaycanlı fermerlər niyə süd sata bilmirlər?Azərbaycanda süd istehsalı ilə məşğul olan fermerlər məhsullarını sata bilmirlər.

Bu barədə "Report"a açıqlamasında "Azərbaycan Südçülər Assosiasiyası" İctimai Birliyinin sədri Samir Eyyubov məlumat verib.

Onun sözlərinə görə, satış problemi həll olunmasa, süd istehsalçıları müflis ola bilərlər.

"Rusiya-Ukrayna müharibəsi fonunda Azərbaycana bu ölkələrdən, eləcə də Belarusdan süd məhsularının gətirilməsində ciddi problemlər var. Bu isə yerli südə və süd məhsullarına tələbatı artırmalı idi. Amma bazarda elə bir dəyişiklik yoxdur və fermerlərin məhsulları əllərində qalıb. Deməli, hardansa bazara ucuz məhsullar daxil olur. Şübhəsiz ki, həmin məhsulların keyfiyyəti aşağıdır, bununla belə, yerli istehsalçıların məhsullarını sıxışdırırlar", - deyə o qeyd edib.

S.Eyyubovun sözlərinə görə, hazırda azərbaycanlı fermerlər məhsullarını maya dəyərindən də aşağı qiymətə təklif edirlər, amma müəssisələr yenə də onları almır. Baxmayaraq ki, son vaxtlar südün maya dəyəri də yerində saymayıb:

"Azərbaycan heyvan yemini əsasən idxal edir. Son vaxtlar xaricdə yem bahalaşıb və son nəticədə məhsulların maya dəyəri 40 % artıb. Amma fermerlər satış qiymətini artırmayıblar və əvvəlki qiymətlə zavodlara təklif edirlər. Bununla belə, alış yenə də yoxdur. Halbuki, məhsullar əvvəlki vaxtla müqayisədə heç olmasa 25-30 % baha satılmalıdır ki, fermerlərə müflis olmasınlar".

"Report" məsələ ilə bağlı fermerlərin də fikirlərini öyrənib. Bərdə rayonunda olan istehsalçı İbrahim Səfərov deyir ki, onların məhsul satmaq üçün faktiki olaraq seçim imkanı yoxdur:

"Əvvəl məhsulumuzu bir neçə şirkətə satırdıq. İndi cəmi bir şirkət bizdən süd alır. Onlar da qiyməti maya dayərindən aşağı qoyublar, 3,5 % yağlılığı olan südün 1 litrini 61 qəpikdən alırlar. Halbuki, əvvəllər 80-85 qəpiyə satırdıq. Seçim olmadığı üçün məcbur olub dedikləri qiymətlə razılaşırıq. Onlar isə bizdən aldıqları qiymətdən təxminən 60 % baha olmaqla bazarda məhsul satırlar".

Samux rayonunda süd ferması olan Qiyas Həsənov da təxminən eyni sözləri deyir:

"Çox çətinliklə süd satırıq. Əvvəl 5 şirkətlə əməkdaşlıq edirdik. İndi 1 şirkətlə zülmlə işləyirik. Həmin şirkət də ürəyi istədiyi qiyməti qoyur. Məcbur olub məhsulumuzu həmin şirkətə satırıq. Bizdə təmiz sağılan çiy süd olur. Quru süd deyil. Heç quru südün mənşəyi də məlum deyil. Şirkətlər quru süd alır. İstehsala da onu qatır. Amma təmiz süd əlimizdə qalır, alan olmur. Əvvəl 70-90 qəpiyə südü satırdıq. İndi 61 qəpiyə südü satırıq. Halbuki, 1 kiloqram yemin qiyməti 35 qəpikdən 65 qəpiyə qalxıb".


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 2438   Tarix: 12 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Naxçıvanda yüksək vəzifəyə təyinat

Məmmədnağı Asiman oğlu Əkbərov Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyəti sədrinin müavini təyin edilib. Qaynarinfo xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının (MR) Nazirlər Kabineti bununla bağlı sərəncam verib. Qeyd edək ki, M.Əkbərov bundan əvvəl muxtar respublika Maliyyə Nazirliyini

5 avqust
.

DGK sədri: "Azərbaycan Aİ-nin yeni tranzit sisteminə qoşulur"

"Azərbaycan Avropa İttifaqına (Aİ) üzv olan ölkələrin də iştirak etdiyi yeni tranzit sistemə qoşulmağa hazırlaşır". xəbər verir ki, bunu "Report" İnformasiya Agentliyi və "İctimai TV"yə müsahibəsində Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-polkovnik

25 iyun
.

Kartdan-karta köçürmələrə limit: Yeni qaydalar kimlərə və necə təsir edəcək? - İQTİSADÇIDAN AÇIQLAMA

Avqustun 1-dən Azərbaycanda kartdan-karta pul köçürmələri üzrə yeni məhdudiyyətlərin tətbiqinə başlanılıb. Yeni qaydalara əsasən, bir bank kartı ilə gün ərzində maksimum 5 kartdan-karta köçürmə əməliyyatı aparmaq mümkündür, aylıq köçürmə məbləği isə 20 min manatla məhdudlaşdırılıb. Eyni zamanda, vətəndaşı

3 avqust
.

Azərbaycanın Böyük Britaniya ilə ticarət dövriyyəsi kəskin artıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycan və Böyük Britaniya arasında ticarət dövriyyəsinin dəyəri 3 milyard 559 milyon 663 min ABŞ dolları təşkil edib. "Report"un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,4 dəfə çoxdur. Son 1 ildə Azərbaycanı

7 iyun
.

Qızıl və gümüşün qiymətində artım qeydə alındı

Əmtəə bazarlarında qızıl və gümüşün fyuçers qiymətlərində artım qeydə alınıb. birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası (31,1 qram) üzrə 2026-cı ilin avqust fyuçerslərinin dəyəri 1,2% yüksələrək 4 096,3 ABŞ dollarına çatıb. Eyni zamanda

27 iyun
.

Azərbaycan Türkiyədən mal idxalına çəkdiyi xərci 7 % azaldıb

Bu ilin yanvar-may aylarında Azərbaycan Türkiyədən 926,908 milyon ABŞ dolları dəyərində mal idxal edib. "Report" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 7 % azdır. Beş ayda Azərbaycanın idxalı Türkiyənin ümumi ixracının 1 %-ni təşki

13 iyun
.

Qızıl və gümüş bahalaşdı

Nyu-York Ticarət Birjasında (NYMEX) və onun bölməsi olan "Comex"də qiymətli metalların - platin, palladium, qızıl və gümüşün qiymətlərində artım müşahidə olunur. xəbər verir ki, bu barədə ticarət platformalarının məlumatlarında qeyd edilib. Bakı vaxtı ilə saat 13:45-ə olan məlumata görə, NYMEX-d

21 iyul
.

Azərbaycan piy və yağ ixracından gəlirini 57 % artırıb

Bu ilin yanvar-may aylarında Azərbaycan 15,2 milyon ABŞ dolları dəyərində 10 min 285 ton bitki və heyvan mənşəli piy və yağ ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə idxal edilən məhsulun dəyəri 57 %, həcmi isə 32 % artıb. Hesaba

28 iyun
.

Yenilənmiş 100 manatlıqlar bu tarixdə tədavülə buraxılacaq

Cari ilin 15 iyul tarixində yenilənmiş 100 manatlıq pul nişanının tədavülə buraxılması nəzərdə tutulub. Bunu Trend-ə müsahibəsində Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Rəşad Məmmədov deyib. O bildirib ki, Mərkəzi Bank tərəfindən yenilənmiş pul nişanları və ya mövcud pul nişanlarında hər hans

3 iyul