Putin göstəriş verdi, indi də bu ölkə ilə sərhədə ağır hərbi texnika yerləşdirildi - Yeni müharibə başlayır?
Finlandiya və İsveçin NATO-ya daxil olma ehtimalından sonra Rusiya ordusu yenidən hərəkətə keçib.
Sfera.az bildirir ki, prezident Vladimir Putinin göstərişi ilə Finlandiya sərhədinə ağır hərbi texnika yerləşdirilib. Kremlin sözçüsü Dmitriy Peskov dünən Moskvada verdiyi açıqlamada, NATO-nun münaqişə aləti olduğunu vurğulayıb. O, "NATO sülh və sabitliyi təmin edən bir ittifaq deyil, Alyans münaqişə alətidir. Alyansın daha da genişlənməsi, şübhəsiz ki, Avropada təhlükəsizliyi artırmayacaq", - deyə qeyd edib.
Milli təhlükəsizliyinin təhlükə altına düşəcəyini bildirən Rusiya İsveçin, eləcə də qərb qonşusu Finlandiyanın NATO-ya daxil edilməsinə qarşı olduğunu bildirib.
Xatırladaq ki, NATO-nun baş katibi Yens Stoltenberq aprelin 7-də NATO Xarici İşlər Nazirləri Toplantısındakı çıxışında Ukrayna müharibəsinin aylarla, hətta illərlə davam edə biləcəyini, Finlandiya və İsveçin Alyansa qoşulmaq istəyəcəyi təqdirdə, bu tələbin tez bir zamanda yerinə yetiriləcəyini deyib.
Sözügedən ölkələr 1995-ci ildən Avropa Birliyinin üzvü olsalar da, NATO-nun üzvü deyillər. Rusiyanın Ukraynaya təcavüzündən sonra bu iki ölkənin NATO-ya üzv ola biləcəyi ilə bağlı söz-söhbətlər yenidən gündəmə gəlib.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 5016 Tarix: 12 aprel 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Gürcüstanda məktəbə hücum planlaşdıran yeniyetmələr saxlanılıb
Gürcüstanın hüquq-mühafizə orqanlarının əməkdaşları məktəbə silahla hücum etməyi planlaşdıran iki yeniyetməni saxlayıblar. "Report" xəbər verir ki, bu barədə Gürcüstanın Baş Prokurorluğu məlumat yayıb. Prokurorluğun məlumatına görə, saxlanılanlar aprel və mayda sosial şəbəkədə tanış olubla
25 oktyabrHamilə olduğunu doğuşa saatlar qalmış öyrəndi
Böyük Britaniyada 41 yaşlı qadın hamilə olduğunu doğuşa cəmi bir neçə saat qalmış öyrənib. xarici mediaya istinadən xəbər verir ki, Semmi Evans adlı qadın qarnında yaranan qeyri-adi şişkinlik səbəbindən həkimə müraciət edib. Məlumata görə, sentyabrın 14-də tibbi müayinədən keçən qadına hamiləlik test
25 oktyabrDalaşan qadınları ayırmaq istədi, klinik ölüm keçirdi
Rusiyanın paytaxtı Moskvada iki qadının davasına müdaxilə edən 63 yaşlı kişi klinik ölüm keçirib. xəbər verir ki, küçədə iki qadın arasında yaranan mübahisə əlbəyaxa davaya çevrilib. Həmin vaxt oradan keçən 63 yaşlı kişi qadınları ayırmağa çalışıb. Lakin qadınlardan biri kişinin üzünə zərbə endirib
25 oktyabrPezeşkian Rusiyaya gedir
İran Prezidenti Məsud Pezeşkian bu gün Rusiyaya səfər edəcək. "Qafqazinfo" "Tasnim" agentliyinə istinadən xəbər verir ki, İran liderinin Moskvada Qaz İxrac edən Ölkələr Forumuna (GECF) üzv ölkələrin sammitində iştirakı gözlənilir. Pezeşkianın səfəri bir gün davam edəcək
26 oktyabr